şənbə günü, 14 noyabr 2026
     

Erməni ordusundan yeni qaçhaqaç başlayıb...

Image


İstər Ermənistanın öz daxilində, istərsə də Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə olan qanunsuz erməni silahlı dəstələri arasında yenə əsl xaos, özbaşınalıq hökm sürməsi müşahidə edilməkdədir. Elə bu səbəbdən erməni ordusunun şəxsi heyət baxımından azalması prosesi davam edir.

Bu arada yayılan məlumata əsasən, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində olan qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında özbaşınalıq və narazılıq halları artmaqdadır. “Könüllülər” fürsət düşdükcə ailələrini də götürüb Ermənistana köçürlər.

Ağdərə ərazisindəki mənbələrdən Azərtac-a verilən məlumata görə, yanvarın 9-da saat 12.00 radələrində həmin istiqamətdə fəaliyyət göstərən qanunsuz silahlı dəstənin 30-dan çox üzvü kütləvi şəkildə fərarilik edib. Qarabağ sakini olan 30-dan çox erməni evlərinə buraxılmamasından hiddətlənərək silahlı dəstəni tərk edərək evlərinə gedib. Mənbənin məlumatında, həmçinin bildirilib ki, qanunsuz dəstənin əvvəlcədən razılığa gələn üzvləri təhkim olunduqları əraziyə taksilər və avtomobili olan qohumlarını çağırıblar. Qanunsuz silahlı dəstənin “komandiri və müavinləri” insidentlə bağlı dindirilmək üçün prokurorluğa çağırılıblar. Ermənistan daxilində də ordu ilə bağlı analoji problemlər qeydə alınır. Belə ki, Ermənistan Müdafiə Nazirliyi Dərələyəz bölgəsindəki hərbi hissələrdən birində baş verən ölümlə bağlı məlumat yayıb. Məlumata görə, hadisə dekabrın 31-də baş verib və ilkin versiyaya görə, qətldir. Ermənistanın “1in.am” nəşri məsələ ilə bağlı yazıb: “Müddətli erməni hərbi qulluqçulardan biri ölümcül yaralanıb, onun xidmət yoldaşı isə cinayəti törətmək şübhəsiylə həbs olunub. İllərdir ki, kiçik Ermənistan ordusunda qətllər və ya intiharlar olur. Qanuna uyğun olmayan münasibətlərə görə hərbi qulluqçular ya bir-birlərini öldürürlər, ya da bu, intihara səbəb olur. Üstəlik, fiziki ölüm və ya xəsarət olmadıqda media ümumiyyətlə susur, lakin bu cür münasibətlər nəticəsində müxtəlif təzahürlərdə özünü göstərən zehni itki kifayət qədər əhəmiyyətlidir. Bu fenomen Ermənistan ordusunda illərdir ki, bir aktivlik, bir azalma, lakin ölümcül qanunauyğunluq ilə davam edir. Ermənistan ordusunun hərbi qulluqçuları bir-birlərindən canlar alırlar. Şübhəsiz ki, problemin kökü təkcə orduda deyil, idarərtmədə, orduya münasibətdə də ciddi  çatışmazllıqlar hökm sürür”.

Bu arada araşdırmalara əsasən, ötən il ərzində Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin də sayı az olmayıb. Bu xüsusda “ordu.az” portalı qeyd edir ki, ​2021-ci ilin yanvar ayının 1-dən dekabr ayının 31-nə kimi Ermənistan ordusunda 50 (19-u təxribata cəhd, 6-sı qəza, 6-sı naməlum, 5-i güllələnmə, 5-i silahla davranış qaydalarının pozulması, 4-ü intihar, 1-i döyüş xidmətinin təşkili qaydalarının pozulması, 1-i döyülmə, 1-i qumbara partlayışı, 1-i infarkt, 1-i ürək-ağciyər çatışmazlığı) ölüm hadisəsi qeydə alınıb.
Düşmən ordusunda ötən ilin rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 69 nəfər (30-u qəza, 15-i təxribata cəhd, 10-u döyülmə, 4-ü güllələnmə, 4-ü ehtiyatsızlıq, 3-ü intihara cəhd, 2-si partlayış, 1-i naməlum) yaralanıb. Ötən ilin noyabrın 16-da və dekabrın 10-da sərhəddə baş verən təxribatlar zamanı yaralananlar barədə məlumat verilməyib. Mətbuatda yüzlərlə şəxsin yaralandığı və fərarilik etdiyi bildirilir.
Həmçinin 12 fərarilik, 5 cinayət, 3 mənimsəmə faktı aşkarlanıb. Fərarilik, cinayət və mənimsəmə hallarının daha çox olduğu ehtimal edilir. 
Qeyd olunan müddət ərzində ona yaxın korrupsiya faktı müəyyən edilib. Onu da qeyd edək ki, 44 günlük müharibə zamanı aldığı zərbədən işğalçı Ermənistan ordusu hələ də təşkilatlana bilmir. Müharibə bitəndən sonra 4 müdafiə nazirinin dəyişməsi bunu bir daha sübut edir. Qeyd edək ki, müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci il noyabrın 20-də işdən çıxarılıb və hazırda işi məhkəmədə araşdırılır. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olunub. O, 2021-ci il iyulun 20-də vəzifəsindən azad olunub, Rusiyaya səfir təyin edilib. Həmin il avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu. Lakin Nikol Paşinyanla mövqeyi toqquşduğundan noyabrın 15-də o, vəzifəsindən uzaqlaşdırılaraq yerinə baş nazirin müavini Suren Papikyan təyin olunub. Onun da dəyişdiriləcəyi barədə söz-söhbət gəzməkdədir. Erməni jurnalist Voskan Sarkisyan isə Suren Papikyanın ordudan qətiyyən başı çıxmadığını bildirir: “Əslən lorili olan Suren Papikyan 3 ildə, 2018-2021-ci illərdə ərazi idarəetmə və infrastrukturlar naziri, daha sonra baş nazirin müavini statusunda xarici kredit vasitələriylə dövlətlərarası yolun Lori dərəsindən keçən hissəsindən Tumanyan-Baqrataşen gömrük məntəqəsinə qədər 51,7 km-lik hissəni təmir edə bilməyib”. Onun sözlərinə görə, çox vacib iş yarımçıq qalıb, Ermənistan-Gürcüstan dövlətlərarası yolunun həmin hissəsinin təmirinin nə vaxt başa çatacağını heç kim bilmir. Voskan Sarkisyan qeyd edib ki, yolu təmir edə bilməyən Suren Papikyana daha çətin bir iş - Ermənistan sərhədlərinin mühafizəsi həvalə edilib: “O, hərb işində yalnız hərbi xidmətdə olarkən komandirini bıçaqlaması və bu səbəbdən həbsdə olması, sonra amnistiya ilə azadlığa çıxması ilə seçilib. S.Papikyan hərb işindən mənim ginekologiyadan anladığım qədər anlayır. Onun məziyyətləri kimi Nikol Paşinyanın ona güvəndiyini və onun Paşinyanın yaxın çevrəsində yeganə ciddi adam olduğunu qeyd edirlər. Nikol Paşinyan David Tonoyana da güvənib və o, indi haradadır? Əgər Suren Papikyan doğrudan da ciddi adamdırsa, onun Nikol Paşinyanla nə əlaqəsi var? Tezliklə törətdiyi əməllərə görə cavab verəcəyi vaxt gələcək”. Bunlar fonunda ordunun siyasi intriqalara qarışması da silahlı qüvvələrin vahid komandanlığının zəif olduğunu deməyə əsas verir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ