şənbə günü, 14 noyabr 2026
     

Qazaxıstan məsələsinə görə müxalifət Paşinyanı dalana dirəyir

Image


Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xətti ilə Qazaxıstana 100 hərbçi göndərməsi bu ölkədə artıq ictimai-siyasi müstəvidə ciddi çəkişmə predmetinə çevrilir. Müxalifət bu xüsusda məsələni artıq qanunverici orqanın müzakirəsinə çıxarmağa çalışır. Belə ki, Ermənistan parlamentinin ən böyük müxalif fraksiyası olan “Hayastan” bloku parlamentin müdafiə və xarici əlaqələr komissiyalarına müraciət edərək birgə iclasın keçirilməsini təklif edib.

Müxalifət Ermənistan silahlı qüvvələri kontingentinin Qazaxıstana göndərilməsinin müzakirəsini istəyir. “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan deyib ki, müxalifəti 100 Ermənistan əsgərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə Qazaxıstana göndərilməsinin səbəbi və belə bir qərarın necə verildiyi maraqlandırır: “Ermənistan buna hansı əsasla razılıq verib? Ermənistanı bu addımı atmağa nə vadar edib? Bizim nəzərimizcə, erməni qoşun kontingentinin göndərilməsi düzgün deyildi”.  Müxalif “Şərəfim var” fraksiyasının deputatı Ayk Mamicanyan da baş nazir Nikol Paşinyanın hərbçilərin göndərilməsinə dair mövqeyini tənqid edib. Ayk Mamicanyan diqqəti Türkiyə və Azərbaycanda Qazaxıstan hadisələri ilə bağlı yazılanlara cəlb edib: “Hazırda Türkiyə və Azərbaycan mətbuatında Qazaxıstan hökumətinə qarşı kampaniya aparılır. Burdan belə belə bir ehtimal doğur ki, bu hadisələrin əsas motivi, sözsüz, son zamanlar ətə-qana dolmuş pantürkizm anlayışı olub və hadisələrə bu çərçivədən baxılmalıdır”.

“Hayastan” fraksiyasının deputatı Vahe Hakobyan isə bildirib: “Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Ermənistan KTMT şərtlərini yerinə yetirməyə bilər, çünki müqavilə var: “Eyni zamanda, bildiyimə görə, müqavilədə coğrafi bölgü var: hər bir ölkə öz bölgəsinə cavabdehdir, yəni biz cənuba cavabdehik. Üstəlik, Nazarbayevin İlham Əliyevi müharibədə qalib gəlməsi münasibətilə təbrik etdiyini nəzərə alaraq hakimiyyət KTMT-nin qərarını alqışlaya, lakin hər hansı bir qoşun göndərməyə bilərdi, çünki mənim fikrimcə, bu, həlak olan oğlanlarımıza qarşı çox hörmətsiz münasibətdir”. Erməni deputat vurğulayıb ki, Paşinyan özünə, illərdir söylədiyi fikirlərə zidd vəziyyətə düşüb: “Hakimiyyət kreslolarını saxlamaq üçün KTMT-ni də, NATO-nu da, talibləri də bura gətirəcək”. “Hayastan” fraksiyasının digər deputatı Aqnesa Xamoyan da Paşinyanı tənqid edənlər sırasındadır: “Biz, Ermənistan KTMT-yə sədrlik edəndə belə onun fəaliyyətinə əngəllər olmasının tərəfdarı ola bilmərik”. Xamoyan bildirib ki, 44 günlük müharibə zamanı və ondan sonra Qazaxıstanın açıq rəsmi davranışını nəzərə alaraq onlar Qazaxıstana qoşun göndərilməsinin tərəfdarı ola bilməzlər: “Təkcə noyabrın 10-da Qazaxıstan prezidenti Tokayevin qələbə günü münasibətilə İlham Əliyevə ünvanladığı təbriki xatırlayaq. Sən Paşinyan küçə ilə hakimiyyətə gəlmisən, indi erməni əsgəri bir ölkənin daxili-siyasi həyatını sabitləşdirməyə göndərirsən”. O bildirib ki, erməni hərbi qulluqçuların Qazaxıstana göndərilməsi qəbuledilməz idi. “Hayastan” fraksiyasının başqa deputatı Andranik Tevanyan bildirib ki, KTMT-yə bəli, Qazaxıstana erməni kontingentinin göndərilməsinə isə yox deyir: “Qazaxıstana getmiş erməni kontingentinin payına Almatı mərkəzi bazarına nəzarət çatıb. Faktiki olaraq Qazaxıstandakı ermənilər məşhur “Çörək harada varsa, orada qal” versiyasını rəhbər tutdular. Əgər ciddidirsə, onda Ermənistan məlum hallardan çıxış edərək KTMT-nin Qazaxıstana qoşun yeritmək barədə KTMT-nin konsensus qərarının qəbul edilməsinə mane olmamalı, lakin yenə də məlum hallardan çıxış edərək erməni kontingentinin göndərilməsindən çəkinməliydi. KTMT-nin qərarına “bəli” deməklə Qarabağ  və Ermənistanın təhlükəsizliyinin zəmanətçisi olan Rusiyaya kömək edərdik, kontingent göndərməməklə isə Qazaxıstan prezidenti Tokayevə 44 günlük müharibə ilə bağlı anti-erməni davranışı ilə bağlı cavab verərdik. Lakin Nikol Paşinyan həmişə olduğu kimi yanlış qərar qəbul etdi. Taleyin ironiyası odur ki, 2008-ci ildə “1 Martı” təşkil etmiş, 10 məfərin ölümünə səbəb olmuş və 2018-ci ildə hakimiyyətə gəlmiş Nikol Paşinyan küçə ilə hakimiyyətə gəlməyə, qazax nikollarına və qazax “1 Mart”ına qarşıdır”.

 Ermənistanın “1in.am” nəşri isə yazır: “Qazaxıstanda baş verən hadisələr Ermənistanı kifayət qədər çətin vəziyyətə salıb. Ermənistan ətrafında siyasi və təhlükəsizlik hadisələri, gündəmlər demək olar ki, “fövqəlsəs” sürətlə inkişaf edir, bir hadisənin və bu hadisə kontekstində baş verən inkişafların ardınca digəri gəlir. Bu vəziyyət Ermənistandan böyük səy, diplomatik bacarıq, müdriklik, vəziyyəti və hadisələri qiymətləndirmək üçün institusional imkan tələb edir. Və bu, elə bir haldadır ki, institusional potensialın məhz bu halı Ermənistanın son otuz ildə əsas problemlərindən biridir. Müstəqilliyin ilk illərində müharibədən tutmuş ağır iqtisadi qıtlığa qədər bir sıra obyektiv səbəblərə görə bu problemin həllinə böyük səy göstərilə bilinmədisə, sonrakı illərdə ölkənin institusional potensialının inkişafı üçün əlverişli şərait yarandı. Bura təkcə dövlət idarəçiliyi deyil, istər siyasi, istər mülki, istər qeyri-hökumət, istərsə də media-ekspert olsun, ictimai-siyasi və iqtisadi həyatın praktiki olaraq bütün səviyyələri daxildir. Bu gün Ermənistanın xarici siyasətində çeviklik, dayanıqlıq və diversifikasiyaya gəldikdə, bu problemin institusional həlli məsələsinə adekvat diqqət yetirilməlidir. Dövlətin xarici siyasətinin təhlükəsizliyinə, daxili siyasi məsələlərə görə məsuliyyət daşıyan hakim siyasi çoxluq ilk növbədə buna can atmalıdır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ