şənbə günü, 14 noyabr 2026
     

Paşinyan Ermənistanda etiraz aksiyalarını susdurmaq üçün KTMT qüvvələrinə ümid edir?

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul etməsi Ermənistanda indi ən çox müzakirə edilən mövzular sırasında yer alır. Buna səbəb həmin qərara KTMT-nin sədri kimi baş nazir Nikol Paşinyanın imza atmasıdır.

Erməni mediası yazır ki, Paşinyan belə qərara imza atmaqla tarixi məsuliyyəti Rusiyanın üzərindən yayındırıb və hüquqi sənədlərdə Ermənistanı əsas hədəf olaraq göstərib. Eyni zamanda qeyd olunur ki, Paşinyan Rusiya oyununa alət olmaqla, Qərbin Ermənistana ümidlərinin də üzərindən qalın bir xətt çəkib. O da vurğulanır ki, Qərb yardımları Ermənistan üçün dayanacaq və bu ölkəni daha ağır duruma salacaq. Ermənistanın “Şant ittifaqı” milliyyətçi partiyasının yaydığı bəyanatda bu xüsusda qeyd olunur: “2022-ci il yanvarın 1-dən Qazaxıstan Respublikasında keçirilən etirazlar prezident Kasım-Jomart Tokayevin KTMT-yə şifahi müraciətindən sonra kütləvi toqquşma nümayişlərinə çevrilib, KTMT-yə üzv dövlətlərlə siyasi məsləhətləşmələr zamanı yardım göndərilməsinə qərar verilib, beləliklə, Nikol Paşinyan təşkilatın siyasi qərarına görə bütün məsuliyyəti öz üzərinə götürərək Ermənistanın beynəlxalq nüfuzunu növbəti dəfə aşağı salır. Partiya Ermənistanın dövlət, milli-təhlükəsizlik maraqlarının olmadığı bir şəraitdə ölkənin KTMT-nin daxili münaqişələrinə, daxili siyasi məsələlərə müdaxiləsini qəti şəkildə pisləyir”. Qeyd olunub ki, Ermənistan qüvvələrinin Qazaxıstanda sülhyaratma prosesinə cəlb edilməsi Rusiyanın xarici siyasət maraqlarını təmin etmək üçün növbəti cəhddən başqa bir şey deyil. Partiya vurğulayıb ki, Paşinyan Ermənistanın beynəlxalq nüfuzunu bir daha zərbə altında qoyur.

Erməni hərbi ekspert Karen Vrtanesyan isə məsələnin başqa tərəfinə diqqət edir. O qeyd edir: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Paşinyanın Qazaxıstana qoşun yeritdiyini deməklə açıq mətnlə etiraf edib ki, sabah və ya ertəsi gün Nikol hökumətinə hansısa təhlükə yaransa, Qazaxıstan öz qoşununu Ermənistana göndərəcək. Biz ilk dəfə KTMT mexanizmlərindən istifadə etdik, onların necə işləməli olduğunu göstərdik. Ümid edirik ki, gələcəkdə Ermənistan belə vəziyyətə düşərsə, müvafiq yardımı alacaq”. Erməni politoloq Robert Gevondyan da məsələyə eyni prizmadan yanaşır: “KTMT bu dəfə hərbi yox, daxili polis olduğunu açıq şəkildə nümayiş etdirdi”. Onun sözlərinə görə, əvvəllər Ermənistanın iştirakı formal idisə və yalnız Rusiya ilə münasibətləri korlamamaq ideyası ilə şərtlənirdisə, indi bu, təhlükəli xarakter alır. Gevondyan qeyd edib ki, erməni əsgərini Qazaxıstana göndərmək Ermənistanın dövlətçiliyinə zərbədir: “Ermənistanda siyasi böhran tam aradan qalxmayıb, vəziyyəti dəyişmək üçün başqa qüvvələrin fəaliyyəti lazımdır. Bütün bunların nəticəsi olaraq görürük ki, böhranın əhəmiyyətli dərəcədə yumşaldılmasına baxmayaraq, o hələ də tam aradan qalxmayıb. 2022-ci ildə siyasi böhranın nəhayət aradan qaldırılması, dövlətin normal inkişaf məcrasına qayıtması üçün siyasi qüvvələrdən bacarıqlı və gərgin iş tələb olunur. Amma hakimiyyət buna qabil deyil və əvəzində gələcəkdə KTMT-dən ölkə daxilində etirazları yatırmaq məqsədilə yardım almaq üçün Kremlə xoş gedişlər edir”. Hərbi-siyasi məsələlər üzrə erməni analitik Mher Hakobyan da erməni hərbçilərinin Qazaxıstana göndərilməsini yanlış hesab edir: “Ümid edək ki, o hərbçilər orada ciddi döyüşlərə getməsinlər və ya ümumiyyətlə ciddi döyüşlər olmasın. Qazaxıstanda proseslərin necə getdiyini qarşıdakı günlər göstərəcək, çünki hazırda unikal gözləmə vəziyyəti var.  Məlumdur ki, sülhməramlı missiyada Ermənistanın rolu ikinci dərəcəlidir, əsas skripka Rusiyadır”.
Ermənistanın Polşadakı keçmiş səfiri, ölkənin Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan isə qazaxların KTMT qüvvələrinə qəzəbli olduğunu xatırladır: “İstisna edilmir ki, Qazaxıstandakı erməni əsgərlər əsir düşə və Azərbaycanda peyda ola bilərlər. Qazaxıstan hakimiyyətinin Azərbaycanla yaxın əlaqələri var”. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Qazaxıstana göndərdiyi hərbçilər heç də sülhməramlı missiya ilə məşğul deyil. Rusiyalı analitik Yevgeni Mixaylov da qeyd edir ki, Ermənistan hərbçiləri Qazaxıstandakı vəziyyətdən öz eqoist məqsədləri üçün istifadə edirlər: “Belə ki, Qazaxıstanın “Xəbər 24” telekanalı Uralsk şəhərində nəzarət-buraxılış məntəqəsində Ermənistan nömrəli avtomobilin saxlanıldığını, sərnişinlərinin silahlı olduğunu bildirib. Maşında gözyaşardıcı qaz və soyuq silahlar olub. Bundan başqa, yük yerindən 50 ədəd mobil telefon, 6 ədəd planşet, 23 dəst smart saat və xüsusi maqnit etiketləri olan bir çanta paltar aşkar edilib. Saxlanılanların sözlərinə görə, onlar iğtişaş zamanı əşyalar, smartfonlar və digər avadanlıqlar oğurlayıblar. Bu, ilk növbədə, bəzi şəxslərin ölkədə hökm sürən xaosdan sui-istifadə edərək, quldurluqlarda iştirak etmək fikrinə düşdüyünü göstərir. Onlar hər yerdə, o cümlədən Rusiyada da fəaliyyətdə olan quldurlardır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ