şənbə günü, 14 noyabr 2026
     

Rusiya Belarusdan sonra Qazaxıstanı da İttifaq dövlətinə birləşdirmək niyyətinə düşdü

Image


Qazaxıstandakı iğtişaşlardan istifadə edib bura ordu yeridən Rusiyanın yeni niyyəti üzə çıxıb. Söhbət Qazaxıstanı da İttifaq dövlətinə birləşdirmək arzusundan gedir. Artıq Kremlin “danışan dilləri” bu barədə açıq fikirlər səsləndirir.

Krım Slavyan Xalqları Assambleyasının həmsədri Roman Çeqrineç belə bir vaxtda bəyan edib ki, Qazaxıstanı Rusiya və Belarusun İttifaq dövlətinə birləşdirmək haqda düşünmək olar. Onun fikrincə, Qazaxıstan hazırkı vəziyyət fonunda Rusiya və Belarusla birlikdə İttifaq dövlətinin bir hissəsi ola bilər: “Məncə, postsovet məkanında hamı artıq başa düşür ki, Rusiyanın dəstəyi olmadan heç bir dövlət təkbaşına yaşaya bilməyəcək, ona görə də bizə birləşmək lazımdır”. Qeyd edək ki, analoji fikirləri Belarus lideri Lukaşenko səsləndirmişdi. Aleksandr Lukaşenko bu xüsusda qeyd edib: “Bu il heç də asan olmayacaq. Dünya ciddi şəkildə dəyişəcək. Dünya xalqların birləşməsi və dövlətlərin ittifaqı ilə dəyişəcək. Bizim kimi dövlətlərin tək halda yaşaması təkcə çətin deyil, mümkünsüz olacaq. Buna görə də mən suverenitet və müstəqilliyimizi saxlamaq üçün, dövlət olmağımız üçün olduqca sərt kurs seçdim. Amma ən yaxın dostlarımız, qardaşlarımızla sıx əlaqədə idik. Kimdir bu? Bu, Rusiyadır, Qazaxıstandır, Ukraynadır. Orda hazırda nə baş verdiyi vacib deyil. Orda insanlar çox yoxsuldurlar. Belə çox davam edə bilməz. Biz hər şey etməliyik ki, Ukraynanı qaytaraq”. Lukaşenko Ukraynada dini baxımdan da fərqlər yaradılmasına cəhd edildiyini xatırladıb və bildirib ki, buna Belarusda da 2020-ci ildə cəhdlər edilib: “Qazaxıstan olayları postsovet ölkələrinə Rusiya perimetri boyunca hücum cəhdidir. Bir daha təkrar edirəm: əgər Rusiya dağılsa, biz hətta hara düşəcəyimizi bilməyəcəyik, üstümüzdən sadəcə ayaqlayıb keçəcəklər. Buna görə də biz öz sivilizasiyamızın, pravoslavlığın mərkəzini və təkcə bunu yox, həm də Rusiya Federasiyasına daxil olan torpaqları qorumalıyıq”. Kremlin qeyri-rəsmi sözçüsü sayılan Moskva və bütün Rusiya patriarxı Kirill Qazaxıstanın tarixi rus torpağı olduğunu bildirib: “Biz hamımız bilirik ki, bir vaxtlar vahid və nəhəng ölkəmizin ərazisində bu gün ağır hadisələr baş verməkdədir. İnsanlar ağır vətəndaş qarşıdurması ilə üzləşiblər, qan axıdılır. Və bütün bunlar bizim lap yaxınlığımızda, tarixi rus torpaqlarında baş verir və buna görə də biz bütün bunlara, qan axıdılmasına, həmin toqquşmalara laqeyd qala bilmərik”.

Rusiya Dövlət Dumasının deputatı, korrupsiyaya qarşı mübarizə və təhlükəsizlik komitəsinin üzvü, hakim “Vahid Rusiya” partiyasının təmsilçisi Biysultan Hamzayev Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağırıb. Deputat özünün sosial şəbəkə hesabında bildirib ki, Qazaxıstanın tarixi vətəni Rusiya ilə birləşməsinin vaxtıdır: “Mərkəzi Asiya rus torpağıdır! Sosial şəbəkələrdə Qazaxıstanın Rusiya ilə birləşməsi ideyasının müzakirəsi gedir. Şəxsən mənim, Rusiya vətəndaşının, siyasətdən və vəzifəsindən asılı olmayaraq tutduğu mövqe belədir. Qazaxıstanın tarixi Vətəni Rusiya ilə birləşdirilməsinə dair referendumun keçirilməsini dəstəkləyirəm”.

Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin də bu müstəvidə mühüm fikirlər səsləndirib: “Gözümüzün qabağında dost, hətta qardaş ölkədə əsl faciə baş verdi. Silahlıların mütəşəkkil, yaxşı planlaşdırılmış reydi həyata keçirildi. Görünür bu, Qazaxıstanda daxili siyasi sabitliyin dağılmasına və ölkəmizin cənub sərhədlərində uzunmüddətli sabitliyin pozulmasına yönəlib. Lakin sui-qəsdçilərə planlarını həyata keçirmək qismət olmadı. Bu, Rusiyanın dostlarının azadlığına və təhlükəsizliyinə qəsd etməyə, Moskvanın xarici siyasət maraqlarının və müttəfiqlərimizin maraqlarının qırmızı xətlərini keçməyə cəsarət edənlər üçün dərsdir”.

Elə bunlar fonunda ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində Rusiyanın Sovet İttifaqı dövründə mövcud olan nizamı bərpa etməyə “çalışdığını” bildirib və bunun Vaşinqton üçün qəbuledilməz olduğunu vurğulayıb. Kremlin cavabı da gecikməyib. Rusiya Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev bu xüsusda qeyd edib: “Rusiyanın digər ölkələrlə inteqrasiyası və MDB dövlətləri arasında təsirini gücləndirməsi Vaşinqtonu qorxudur. Ölkələr arasında inteqrasiya ildən-ilə dərinləşir, ABŞ isə bundan qorxur. Bu inteqrasiya praktik həyat baxımından tamamilə adekvatdır, obyektivdir və realdır – həm mədəni, həm siyasi, həm də müdafiə baxımından”. Deputat əlavə edib ki, Rusiyanın MDB ölkələri arasında təsiri yaxşı mənada artacaq və Vaşinqtonu da həyəcanlandıran məhz budur. Çünki ABŞ üçün indi daha güclü və çətin olacaq: “Rusiyanın MDB ölkələri içərisində təsirinin güclənməsi sözün yaxşı mənasında olacaq: bu təsir obyektiv əlaqələrdir – infrastruktur, dil, ənənə... Blinkeni də narahat edən odur ki, ABŞ hər keçən gün keçmiş Sovet İttifaqı ölkələrinə təsiri itirəcək, buna kimsənin şübhəsi olmasın”.  Rusiya Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti Aleksey Makarkin isə qeyd edir ki, Rusiya indi Qazaxıstan rejimini xilas edir: “Qazaxıstan, təbii ki, Rusiyanın KTMT-dəki müttəfiqidir. Amma bununla yanaşı, Qazaxıstan Moskvanın çox hörmətlə və böyük emosiya ilə yanaşdığı bəzi tarixi məsələlərdə belə Rusiyadan uzaqlaşır. Təbii ki, Rusiya Qazaxıstanı özünə yaxınlaşdırmaq istəyərdi, amma hərbi əməliyyatlarla yox, siyasi yolla”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ