şənbə günü, 14 noyabr 2026
     

JuHİ jurnalistlərin 2021-ci il üzrə sosial durumları və media məkanı ilə bağlı baş vermiş hadisələrə dair yekun hesabatını açıqladı

Image


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2021-ci ildə sosial durumlarını və media məkanı ilə bağlı baş vermiş önəmli hadisləri əks etdirən hesabatını açıqlayıb. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, hesabat 60 KIV redaksiyasını əhatə edən jurnalistlər arasında keçirilən sorğu, həmçinin, 2021-ci il ərzində  aparılan monitorinqin nəticələri əsasında hazırlanıb.

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, həmçinin, 2021-ci ildə diqqət çəkən media hadisələri barədə sualları cavablandırıblar. Sorğu və monitorinqin yekunu olaraq  aşağıdakı nəticələr əldə edilib:

Əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində durum

Azərbaycanda aparılan struktur  islahatları KİV redaksiyalarında əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də müsbət  təsir göstərib. 2021-ci ildə  KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin  bağlanılması sahəsində uğurlu nəticələr əldə edilib. Həmçinin,  Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) media subyektlərinə  dəstək layihələri müsabiqəsi kontekstində irəli sürdüyü şərtlər sırasında KİV redaksiyalarında əmək müqavilələrinin bağlanması tələbini də irəli sürməsi redaksiyalarda işçilərlə müqavilələrin bağlanılmasını stimullaşdırıb. Sorğuya cəlb edilənlərin 90 %-dən çoxu bildiriblər ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla  əmək müqavilələri bağlanılır. Bununla yanaşı, əvvəlki illərdə bu müstəvidə müşahidə edilən bəzi  problemlər də qalmaqdadır. Xüsusi olaraq 3 məqam diqqəti çəkir:

-  KİV redaksiyalarında əmək müqavilələrinin yalnız bir qrup işçiyə tətbiq edilməsi. Sorğunun nəticələri  göstərir ki, redaksiyalarda işçilərin 30-40% ilə müqavilələr bağlanılır, qalan işçilər müqaviləsiz, şifahi razılaşmalarla çalışdırılır. Bu yanaşma sorğu keçirilən redaksiyaların 25%-də müşahidə edilib. 

-  Fərdi  əmək müqavilələrinin müddətli bağlanılması və ya fərdi əmək müqaviləsi əvəvzinə “xidmət müqaviləsi”nin tətbiq edilməsi,

- Real əmək haqqının əmək rəsmi sənədlərdə  göstərilənlərlə uyğunsuzluğu.

Qeyd edək ki, daimi çalışan jurnalistlərə “müddətli müqavilənin”nin tətbiq edilməsi və ya onlarla əmək müqaviləsi əvəzinə “xidmət müqaviləsi”nin bağlanılması, əmək haqqının uyğunsuz rəsmiləşdirilməsi əmək münasibətlərinə xitam verilmə, ixtisarlar və digər  hallarında  jurnalistlər üçün əlverişsiz durum yaradır.  

Əmək haqqı, orta aylıq gəlirlər sahəsində durum

Bu kontekstdə 2021-ci ildə ötən illə müqayisədə ciddi dəyişiklik müşahidə edilməyib. Rəyi soruşulanlardan:

- 54 faizi aylıq gəlirlərinin 700-1000 manat;

- 31 faizi aylıq gəlirlərinin 500-700  manat;

- 15 faizi aylıq gəlirlərinin 250-500 manat  civarında olduğunu bildirib.

Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox  regional KİV-də qeydə alınıb. Sorğu iştirakçıları qeyd ediblər ki, region KİV-ləri təkcə əmək haqqı, maliyyə-iqtisadi baxımdan deyil, digər çətinliklərlə də üzləşirlər. Regional KİV-lərlə bağlı xüsusi proqramın hazırlanması təklifləri səsləndirilib.   

Media sahəsində 2021-ci ildə diqqət çəkən hadisə və tendensiyalar

- Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq, 2021-ci ildə Azərbaycan media industriyasında struktur, kadr və qanunvericilik islahatları davam edtirilib.

- Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib, “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

- “Media haqqında” yeni qanun layihəsi işlənib hazırlanıb. Layihə Milli Məclisdə üçüncü oxunuşda təsdiq edilib.

- Dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, KİV-lərlə təmasları intensiv olaraq davam edib. 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2021-ci ildə də yüksələn xəttlə davam edib. Bu dönəmdə Prezident İlham Əliyevin həm milli, həm də transmilli KİV-lərlə canlı təmasları intensiv olub.  Prezidentin köməkçisi Hikmət Hacıyevin, bir sıra nazirlərin, komitə və şirkət rəhbərlərinin KİV təmsilçiləri ilə vasitəsiz görüşləri xarakterik hal alıb.

- “Azərbaycan” nəşriyyatına yeni baş direktor təyin edilib. Müvafiq sərəncama əsasən, Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azd edilib, Leyla Güləliyeva direktor vəzifəsinə təyin edilib.

- Milli Məclis “Kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair” təkliflərin reallaşdırılması üçün Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi yönündə müzakirələrə başlayıb. Bu, çap media subyektlərinin durumuna müsbət təsir edən mühüm addımlardan biri kimi dəyərləndirilib.

- "Space" TV-nin rəhbəri Vaqif Mustafayev tutduğu vəzifədən istefa verib. Müşfiq Hətəmov  "Space" TV-nin rəhbəri təyin edilib.

- Media sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin daha da gücləndirilməsi yönündə önəmli addımlar atılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə keçirilən görüşdə iki  ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

Türk Şurasına üzv dövlətlərin KİV nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərlərii təşkil edilib. Bu missiyada Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya, Bosniya və Herseqovinadan olan 20-dən çox jurnalist təmsil olunub.

- “Trend” İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”unun birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub.

- Milli media məkanında peşəkarlığın artırılması yönündə həyata keçirilən sistemli fəaliyyət də diqqət mərkəzində olub. MEDİA Agentliyi ADA Universiteti ilə birgə media peşəkarlığı müstəvisində çoxsaylı proqramalar hazırlayaraq, icra edib. Bu sırada “Mediada islahatlara doğru” mövzusunda keçirilən seminar, “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlimlər və digər tədbirlər müsbət dəyərləndirilib.

- COVİD-19  pandemiyasının  təsirləri 2021-ci ildə də özünü göstərib. Monitorinqin nəticələrinə görə, jurnalistlər arasında yoluxanların sayı 288 nəfərə yaxın olub (2020-ci ildə  117 nəfər olmuşdu ). Bununla da 2020 və 2021-ci illərdə yoluxanların ümumi sayı 405 nəfərə çatıb. COVİD-19-a yoluxma səbəbindən həyatını itirən  jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb.

- Tibbi Ərazi Birliklərinin İdarəetmə Birliyi (TƏBİB) Mətbuat Şurasının müraciətini nəzərə alaraq, jurnalistlər üçün növbədənkənar peyvəndləmə kampaniyasını həyata keçirib. Kampaniya çərçivəsində 800 nəfərdən çox jurnalistə növbədənkənar peyvəndləmə həyata keçirilib.

- Ermənistanın yaratdığı gərginlik fonunda azərbaycanlı jurnalistlərin ciddi insidentlərlə üzləşməsi halları davam edib. 2021-ci ildə bu səbəbdən Azərbaycanın 2 media işçisi- AzərTAc-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov -Kəlbəcər rayonu ərazisində minaya düşərək  həyatlarını itiriblər. 22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev hər iki şəhid jurnalistin ailələrinə mənzillər hədiyyə edib.

- KİV-dən sui-istifadə hallarına qarşı mübarizə tədbirləri intensivləşdirilib. 2021-ci ildə özünü jurnalist,  KİV  qurumu işçisi kimi tədim edərək sui-istifadə hallarına yol verən, şantaj, hədə yolu ilə vətəndaşlardan qanunsuz vəsait tələb edən  şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. 2021-ci ildə bu hallar üzrə barələrində hüquqi ölçü götürülən “KİV” və “jurnalistlərin” sayı 18 nəfər olub . Bu sırada “Bəyaz TV” adlı Youtube kanalının,  “Cia.az” informasiya portalının, “Azadinfo.az” MMC-nin, “Xəbər kanalı” səhifəsinin, "Ltv -7” xəbər kanalının,  Şəhid ailələrindən “çəkiliş aparmaq” adı ilə maddi vəsait alan “İnform Xəbər TV”nin (Azər Kazımov,  Rübabə Vəliyeva),  “www.sheffaf.az” xəbər portalının, “www.azinfo.tv”-nin və digərlərinin (ümumilikdə 18 KİV qurumu) adları xüsusilə diqqət çəkib.

- "Qərb bölgəsi press" adlı qəzetin təsisçisi Bəxtiyar Əliyev isə Aslanov Vasif Elman oğlu tərəfindən qətlə yetirilib. Rəsmi məlumatda qeyd edilib ki, Vasif  Aslanov  Bəxtiyar  Əliyevi  KİV adından şantaj əməlləri ilə məşğul olduğuna, onu  şantaj etdiyinə görə qətlə yetirib.

- 2021-ci ildə ümumrespublika yayımlı  KİV qurumlarından biri - Lider  TV - öz fəaliyyətini dayandırıb. Bakı Kommersiya Məhkəməsi Lider televiziyasının müflis elan edilməsi ilə bağlı iddianı təmin edib. Bağlanan anda Lider TV əməkdaşlarının sayı  təqribən 224 nəfər göstərilirdi.

- 2020-ci ildə 5  yeni onlayn KİV qurumu fəaliyyətə başlayıb.

- Adları beynəlxalq təşkilatların hesabatlarında həbsdə olan jurnalistlər kimi hallandırılan şəxslərdən bir qismi 2021-ci ildə sərbəst buraxılıblar və ya üzərlərindən şərti məhkumluq götürülüb. "Azadlıq" qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamla əfv edilib. “Bakupress” İnformasiya Agentliyinin həbsdə olan rəhbəri Şəfəq Ağacan (Ağabalayeva) da azadlığa çıxıb. Jurnalist Elçin Həsənzadə isə həbs cəzasını tam çəkdikdən sonra azadlığa çıxıb.

- Jurnalistlər üçün tikilən 3-cü binanın Şəhid ailələrinə verilməsi ilə bağlı təşəbbüs gündəmə gətirilib. Bu məqsədlə  Prezidentə müraciət edilib. Müraciəti 38 nəfər KİV, jurnalist təşkilatı və QHT  rəhbəri imzalayıb. Təşəbbüs birmənalı qarşılanmayıb. 132 nəfər jurnalist bu təşəbbüsün əleyhinə çıxıb. Mövzu qərar verilməmiş saxlanılıb.

- 2021-ci ildə bəzi rəsmi qurumlar tərəfindən jurnalistlərin informasiya almaq hüququnu  zorakılıqla məhdudlaşdırma halları da qeydə alınıb. Dövlət Sərhəd Xidməti Mətbuat Xidmətinin rəhbəri mayor Rövşən Cahangirovun “Baku TV”nin əməkdaşlarına qarşı fiziki təzyiq göstərməsi ciddi tənqidlə qarşılanıb.

- Yazdıqları yazılara görə “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Məmmədov yüksək məbləğdə cərimələnməsi, “Bumeranq" TV-nin baş redaktoru Elçin Rəhimzadənin uzun müddətli sorğu-sual edilməsi, "Kanal 13"-ün əməkdaşı Əvəz Hafizlinin reportaj hazırladığı anda fiziki zorakılığa məruz qalması media məkanında neqativ hadisələr kimi qeydə alınıb.

QEYD: təsviri verilən nəticələr yalnız  KİV-lərdə  jurnalistlərin durumunu əks etdirir, redaktor heyəti və digərlərinə aid deyil  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ