şənbə günü, 14 noyabr 2026
     

Ermənilər 1-ci sinifdən belə tərbiyə olunur - Əlifba üzərində “paşanı güllələyən erməni qoçu”...

Image


Ermənistanda uşaqların azərbaycanlılara, bütövlükdə türk xalqına nifrət ruhunda “tərbiyə” edildiyi barədə dəfələrlə eşitmişik, bu barədə çox yazmışıq. Haqlı olaraq deyirlər ki, ermənilərin öz uşaqlarını necə yetişdirdiyini bilmək istəyirsinizsə, Ermənistan hökümətinin uşaq bağçaları və orta məktəblər üçün hazırladığı dərsliklərə, vəsaitlərə baxmaq kifayətdir.

Sosial şəbəkələrdə, xüsusən də Teleqram kanallarında Ermənisanda ibtidai siniflərdə tədris edilən dərs vəsaitləri yayılıb. O vəsaitlərin içərisindəki şəkillər və yazılar sözün həqiqi mənasında insanı dəhşətə gətirir. Kitabda türklərə qarşı qəddarlıq səhnələri əks olunur və türkofobiya aşılanır. Bir sözlə, sülh bağlamaq istədiyimiz Ermənistanda erməni uşaqları üçün dərsliklər azərbaycanlılara və türklərə qarşı nifrətlə doludur. Ermənistanda bütün təhsil sistemi uşaqlara nifrət və türkofobiya aşılamaq üzərində qurulub. İbtidai sinif dərsliklərində “paşanı güllələyən erməni qoçu” təsvir edilib və bu da erməni uşaqlarına əbədi türk düşmənçiliyi aşılayır.

  • “...Türk düşmənçiliyini təbliğ edən dərsliklərə aidiyyəti beynəlxalq təşkilatlar da susqunluq göstərir”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, uzun illərdir Ermənistanda cəmiyyətin bütün sferalarında, o cümlədən də orta məktəblərdə türkfobiya təbliğ edilir, bu, dərsliklərə salınır və erməni uşaqlara xüsusi öyrədilir. Bunun isə çox yanlış bir tendensiya olduğunu və ermənilərin özləri üçün növbəti faciələr vəd etdiyini deyən Q.Hacıyevin fikrincə, erməni uşaqlarına türk düşmənçiliyinin bu şəkildə öyrədilməsi yolverilməzdir: “Bu doğrudan da çox ciddi məsələdir. Bu, Ermənistanın uzun illərdir yürütdüyü antitürk, antiazərbaycanlı siyasətinin əyani təzahürüdür. Ermənilərin antitürk, antiazərbaycan siyasəti ilə mübarizə aparmaq bizim taleyüklü məsələlərdən biridir. Ermənilər iki əsrdir bizim ərazilərdə məskunlaşıblar, burada yaşayırlar, buna görə bizə minnətdar olmaq əvəzinə, 200 ildir ki, düşmənçilik aparırlar, indiki nəsli də türkofobiya ruhunda tərbiyə edirlər. Ara-sıra öz mənafelərinə uyğun olaraq göstərdikləri “yaxşı münasibətlərə” oxşar  cəhətlərdə də saxtakarlıqdan, riyakarlıqdan başqa bir şey görmədik. Nə qonşular, nə də qonşu olmayanlar ermənilərdən hər hansı bir səmimiyyət gördü, indi də görmür. Ermənilər uşaqlarını bütövlükdə başqa xalqlara, xüsusən də türklərə qarşı illərdir hazırlayır, onları türk düşməni kimi yetişdirir. Halbuki, uşaqlarını normal qaydalarla da böyüdə bilərlər. Onlar isə bunun əvəzinə övladlarının beynini körpəlikdən zəhərləyirlər, bağçadan başlayaraq onlara türk düşmənçiliyini öyrədirlər. Son 30 ildə də türkofobiyanı, Azərbaycanafobiyanı dərsliklərə daşıylblar və uşaqlarını bağçadan, ibtidai siniflərdən türk xalqına nifrət ruhunda tərbiyə edib, onları yanlış, zərərli istiqamətə yönəldirlər. Düşmənçilik yaratmaq, uşaqları da bu ziyanlı prosesə qoşmaq, onlardan alət kimi istifadə etmək heç bir dövlətə, xalqa xeyir gətirməyib, gətirə bilməz də. Özü də bu proses süni yaradılmış münaqişələrin ətrafında aparılır, uşaqlara həqiqət olmayan şeylər öyrədilir”.

Q.Hacıyevin sözlərinə görə, bu məsələnin xüsusilə də dərsliklərə salınması, uşaqlara yalançı ideologiya təlqin edilməsi ermənilərin və Ermənistanın faciəsini daha da dərinləşdirir. Ermənistanda dərsliklərin çox aqressiv olduğunu deyən Q.Hacıyevin fikrincə, dərsliklərə çəkilən illüstrasiyalar bu aqressiyanı daha qabarıq görsədir və bu uşaqların beyninə daha çox təsir edir. “Ermənilərin dərsliklərində, kitablarında Azərbaycana, türk dünyasına bütün istiqamətlərdə böhtan, şər atılır. Bu neqativ proses çoxdan başlanıb, indi də davam edir. Ermənistanın heç bir rəhbərliyi indiyə qədər buna son qoymaq istəməyib. Halbuki, onlar bu dərslikləri yığışdırıb ortaya normal dərsliklər qoymalıdırlar ki, heç olmasa yeni nəsil normal böyüsün, amma etmirlər. Çünki onlar antitürk siyasəti aparırlar və dərsliklərdə də uşaqlara “türk sənin düşmənindir, harda türk gördün öldürməlisən” kimi təbliğatlar aparılır. Çox təəssüf ki, Ermənistanda məktəblərdə türk düşmənçiliyini təbliğ edən dərsliklərə aidiyyəti beynəlxalq təşkilatlar da susqunluq göstərir. Baxmayaraq ki, illər əvvəl bəzi hesabatlarda erməni uşaqlarına orta məktəbdə tədris edilən dərsliklərin məzmunu kəskin tənqid edilmişdi, amma bu məsələ ört-basdır edildi. Bu isə onu göstərir ki, bəzi beynəlxalq təşkilatlar erməni şagirdlərin türkofobiya ruhunda böyüdülməsinə qəsdən göz yumur. Yəni onlar da istəyir ki, erməni uşaqları türk millətinə qorxu ilə düşmən kimi yanaşsın və iki xalq arasında sülh olmasın, əbədi düşmənçilik olsun. Ermənistan dərslik siyasətini dəyişməli və dərsliklərindən bu çirkinliklərini yığışdırmalıdır. Əks halda bunun zərərini erməni xalqı çəkəcək, necə ki, illərdir çəkir” - deyə professor Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ