Bilirsinizmi statusumun mətninə niyə bu 4 şəxsin adını başlıq kimi çıxardım? Musa İbrahim 2011-ci ildə Liviyada Qəddafinin, Aydoş bəy isə bu gün özünün dediyinə görə Qazaxıstanda Nazarbayevin mətbuat katibidir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev yazır ki, Musa İbrahim 2011-ci ilin sentyabrında Suriya televiziyaları vasitəsilə məlumat yayırdı ki, Qəddafi sağ-salamatdır, iş başındadır, hamını inamla döyüşü davam etdirməyə çağırır: Sentyabrın 26-da isə son xəbər gəldi ki, Musa İbrahim Qəddafinin adından uydurma məlumatlar yaya-yaya ölkədən çıxmağa cəhd edərkən həbs edilib. Musa o gedən getdi, sonrası bilinmədi, Qəddafinin isə aqibəti bəllidir...
Musa İbrahimin Qazaxıstandakı "həmkarı" Aydoş Ukibayın dünən Nazarbayevin adından yaydığı məlumat istər-istəməz yadıma 11 il əvvəlin Liviyasını saldı. Aydoş eynilə Musasayağı deyir ki, Nazarbayev vəzifəsini Tokayevə şəxsən verib, onunla məsləhətləşir, birlikdə hərəkət edirlər və sair. Bircə onu yazmayıb ki, naharı, şamı birlikdə ya ayrılıqda edirlər...”