“Qazaxıstanın bu günlərə qalmasında Nursultan Nazarbayevin ağır nəticələr vermiş şəxsi hakimiyyət səhvləri böyük və bağışlanmaz rol oynadı…”
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
Növbəti təhlillərinin bu istiqamətdə olacağını deyən politoloq A.Quliyev daha sonra bildirir: “Görəcəksiniz ki, o tikib-qurmaların əvəzində və ya onlarla bərabər daha vacib görülməli işlər var idi. Nursultan şansını buraxdı, 30 illik sonu faciəli hakimiyyətin naminə dəyməzdi… Onu sonadək məhv və rüsvay edəcəklər. Siyasi döyüşlərin belə səhnələrində bu cür fiqurları yaralayıb buraxmırlar, məhv edirlər.”