şənbə günü, 14 noyabr 2026
     

Ermənistan KTMT-ni ilk dəfə olaraq türk dövlətindən qisas mexanizminə çevirdi - Aydın QULİYEV yazır...

Image


Qazaxıstanda baş verən hadisələr bu ölkənin suveren daxili işi kimi qəbul edilməli olduğu halda, KTMT-nin qəbul etdiyi müdaxilə qərarı Qazaxıstanın suverenlik prinsipi ilə zidd nəticələr ortaya çıxarır.

Qazaxıstan hadisələrinin heç şübhəsiz ki, daxili sosial-iqtisadi və siyasi kökləri yox deyil və daxili gərginliyin yaranmasında bu faktor müəyyən rol oynadı. O da məlumdur ki, Qazaxıstan çox əhəmiyyətli geosiyasi mövqe tutduğu və mühüm ehtiyatlara malik olduğu üçün burada müxtəlif dünya qüvvələrinin toqquşan maraqları özünü bariz şəkildə göstərdi. Müəyyən beynəlxalq qüvvələrin bu ölkədə baş verən proseslərdən istifadə etmək niyyətləri olsa da, bu heç bir halda KTMT rəhbərliyinin suveren ölkəyə hərbi qüvvə yeritməsinə əsas ola bilməzdi. KTMT-nin hərbi-siyasi moderatorlarının Qazaxıstana münasibətdə təşkilatın nizamnamə prinsiplərindən sui- istifadə etdiyinə, hətta qərəzli tətbiq etdiyinə dair ciddi şübhələr var. Suveren Qazaxıstana hərbi qüvvə yeridilməsi barədə qərarın bu təşkilatın KT Şurasına Ermənistanın sədrlik etdiyi dövrdə baş verməsi diqqət çəkən həssas bir məqamdır. Cəmi bir il əvvəl Qazaxıstanın da fəal siyasi dəstək verdiyi müharibədə Azərbaycanın ağır məğlub etdiyi Ermənistanın belə qərar verməsi KTMT-nin türk əsilli dövlətdən qisas almaq üçün alətə çevrildiyi barədə ehtimallara yol açır. Konkret desək, Ermənistan rəhbərliyi bu qərarın verilməsinə təsir göstərməklə Qazaxıstandan köhnə qisası almış kimi görünür.

KTMT Qazaxıstana münasibətdə həm özünün nizamnamə normalarını pozdu, həm də Qazaxıstanın suveren hüquqlarına qəsd etdi. KTMT Qazaxıstanın xarici sərhədlərinin təşkilata üzv olmayan yad dövlətlər tərəfindən pozulmayacağına siyasi-diplomatik  təminat yaratmaq əvəzinə özü bu ölkənin daxili işinə kobud hərbi müdaxiləyə yol verdi. Nəticədə Qazaxıstanın suverenliyini və sərhədlərini pozan qüvvəyə çevrildi. KTMT kobud hərbi müdaxilə sayəsində Qazaxıstanın son illər xeyli irəli getmiş beynəlxalq nüfuzuna ağır zərbə vurdu. Dünyanın bir sıra təşkilat və güc mərkəzləri KTMT-nin Qazaxıstan hadisələrinə müdaxiləsinin legitim olub-olmadığına dair çox ciddi şübhələr ortaya qoyublar. Əslində KTMT-yə ittiham xarakterli bu şübhələr Qazaxıstanın əsil suveren ölkə kimi beynəlxalq manevr imkanlarını xeyli zəiflədir. KTMT rəhbərliyi bu addımı elə bir vaxtda atdı ki, Qazaxıstanda gedən proseslərin tam mahiyyəti üzə çıxmamışdı, yeni hakim komandanın legitimliyi hələ təsdiqlənməmişdi və ən əsası Qazaxıstanı 30 ilə yaxın bir dövrdə tikib-qurmuş siyasi qüvvənin baş verənlərə münasibəti aydın deyildi. KTMT özünün kobud müdaxilə addımı ilə Qazaxıstanın faktiki hakimiyyətinin xaricdən kömək istəməsinin legitimliyini ciddi suallar altında qoydu.

KTMT hərbi müdaxilənin əvəzinə Qazaxıstanın faktiki hakimiyyəti ilə etirazçıların dinc dialoqunun reallaşmasına qədər müşahidəçi mövqe tutmalı idi. KTMT suveren Qazaxıstanın öz daxili problemini həll edə bilməyəcək qədər hərbi və siyasi cəhətdən zəif ölkə imicini nümayiş etdirdi.

KTMT özünün bütün tarixi ərzində nizamnamənin 4-cü maddəsinə ilk dəfə, həm də yanlış şəkildə istinad etdi.Qazaxıstana müdaxilə KTMT-nin tarixində ən ağır məsuliyyətli addım kimi qalacaq. Son bir ildə şahidi olduq ki, Ermənistan ilk dəfə KTMT-ni Azərbaycana qarşı qisas və cəza alətinə çevirməyə cəhd göstərsə də tam iflasa uğradı. KTMT-ni bu təşkilatın öz üzvlərinə qarşı cəza maxanizminə çevirmək siyasəti məhz Ermənistanın sədrliyi dövründə baş tutdu və təəssüf ki, bu sarıdan hədəf ölkə olaraq məhz Qazaxıstan seçildi. Əslində Qazaxıstana hərbi müdaxilə KTMT-nin özünün də nüfuzunu heçə endirdi.

KTMT-nin yanlış Qazaxıstan qərarı postsovet məkanı üçün təhlükəli presedent yaradır. Təhlillər göstərir ki, bu təşkilatın nüfuzu üçün əsas məsuliyyəti daşıyan ölkələr KTMT- nin Qazaxıstanla bağlı yanlış siyasətə yönəldilməsinin bütün hallarını araşdıracaqlar. KTMT-nin postsovet məkanında bir daha addım atması onun öz perspektivi üçün dağıdıcı proseslərə yol aça bilər.

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ