şənbə günü, 14 noyabr 2026
     

Politoloq Mehman İsmayılovun gündəmə gətirdiyi Pyotrun azərbaycanca fərmanı erməniləri yandırıb-yaxdı...

Image


“Bakı-Xəbər” TV-nin efirində yayımlanan “Çoxluqdan 1-liyə” verilişinin ötən saylarından birində proqramın müəllifi politoloq Mehman İsmayılovun Birinci Pyotrun Azərbaycan dilində fərmanı barədə ətraflı və məzmunlu çıxışı, eləcə də bu məsələni gündəmə gətirməsi ciddi müzakirələrə səbəb olub. Başlıcası isə, Pyotrun azərbaycanca verdiyi fərmanın gündəmə gətirilməsi, məhz bunun rusdilli auditoriyaya çatdırılması erməniləri yerdən-yerə vurub, bu faktın açıqlanması onları elə narahat edib, elə yandırıb-yaxıb, qıcıqlandırıb ki, sözlə deyiləsi deyil. Ermənilər verilişin rəy yerinə “Pyotr hara, azarbaycanca fərman vermə hara” kimi cəfəngiyatlar yazıblar. Çoxlarının Pyotrun Azərbaycan dilində manifestindən, fərmanından xəbəri yoxdur, bəzi istisnaları nəzərə almasaq, heç bu məsələ tarixşünaslığımızda da geniş araşdırılmayıb.

Onu da qeyd edək ki, ərəb əlifbası ilə Azərbaycan dilində yazılmış rəsmi çar fərmanı Prezident Kitabxanasında saxlanılır. Bildirdiyimiz kimi, “Bakı-Xəbər” TV-nin efirində gündəmə gətirilən Birinci Pyotrun Azərbaycan dilində fərmanı sosial şəbəkə seqmentlərindəki erməni fəallarını bərk qıcıqlandırıb.

Politoloq Mehman İsmayılovla əlaqə saxladıq və onunla bu barədə danışdıq.

“Bu sənəd də təsdiqləyir ki, həmin dövrdə Qafqazda ermənilərdən əsər-əlamət olmayıb”

M.İsmayılov baki-xeber.com-a bildirdi ki, Pyotrun bu fərmanının “Bakı-Xəbər” TV-nin efirində gündəmə gətirilməsi faktının erməniləri ciddi narahat etməsi səbəbsiz deyil. Fərmanın verilməsi səbəbindən danışan politoloq bildirdi ki, bu məsələnin mahiyyəti aşağılardakından ibarətdir: “Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğalının rəsmi başlanğıc günü 18 iyun 1722-ci il sayılır. 18 iyun 1722-ci ildən Qafqaza yürüşə başlayan birinci Pyotr həm piyada qoşunları, həm də gəmilərlə Həştərxana gəlir və ondan sonra Azərbaycan torpaqlarının işğalına başlayır. İşğalın həyata keçirildiyi dövr Səfəvi dövlətinin ən ağır durumda olan vaxtları idi. Səfəvi dövlətinin Dağıstandan başlamış Əfqanıstanın Qəndahar vilayətinə qədər hər yerində qiyamlar, vətəndaş qarşıdurması, iqtisadi çətinliklər hökm sürürdü. Belə bir vəziyyətdə Şamaxıda Hacı Davud adlı bir şəxs Səfəvi dövlətinə qarşı qiyam qaldırır, orada bir xanlıq qurur və Şamaxı ərazisində İpək Yolunun üstündə gedib-gələn tacirlərə hücum edirlər. Bunların arasında rus tacirləri də olur və onların da mallarını əllərindən alırlar. Tarixçilər bu hadisəni 1722-ci ilə aid edir, lakin əslində bu hadisə 1712-ci ildə baş verib. Amma birinci Pyotra Azərbaycana soxulmaq üçün hüquqi səbəb lazım idi. Bu səbəbi isə Hacı Davudun Şamaxının içərisində rus tacirlərinə hücumu bəhanəsilə əldə etdi və ondan sonra Qafqaza yürüşə başladı, Azərbaycan torpaqlarının işğalına baş vurdu. O, Qafqazın işğalına başlayanda həm Şimali Qafqazın, həm də Azərbaycanın və onun daxilində yaşayan xalqların ümumi bir dildə Çar Rusiyası ilə əlaqə saxlaması zərurəti ortaya çıxdı. Bütün Qafqaz xalqları, Qafqazın aborigen, yerli, qədim və tarixi xalqlarından biri, ən çox saya malik olan və Səfəvi dövlətinin sahibi Azərbaycan xalqının dili XVIII əsrdə bütün Qafqaz xalqlarının vahid dili kimi tətbiq olunmağa başladı. XVIII yüzillikdə, yəni 1722-ci ilin 18 iyunundan başlayan işğal boyu bütün Qafqaz xalqları Çar Rusiyası, imperiyanın mərkəzi ilə Azərbaycan dilində yazışıblar”.  

Birinci Pyotrun Qafqaza yürüşünə başlamazdan ərəb şriftləri ilə yazmaq üçün xüsusi bir mətbəə sifariş etdirib gətizdirdiyini deyən M.İsmayılov qeyd etdi ki, bəzi tarixçilərin yazdığına görə, yürüş zamanı Xəzər donanmasında olan gəmilərin birinin içərisində həmin o üzən mətbəəni saxlayırmışlar: “O mətbəədə Azərbaycan dilində ərəb əlifbası ilə Azərbaycan türklərinə və Qafqaz xalqlarına azərbaycanca müraciət, manifest  hazırlanıb. Bu, 1722-ci il 15 iyul tarixində baş verib. Bu manifest 73 sətirdən, 929 sözdən ibarətdir. Manifestin mahiyyəti isə bu idi:  Birinci Pyotr yerli xalqlara Azərbaycan dilində müraciət edərək bildirirdi ki, guya onların Şamaxıya gəlməkdə, Azərbaycan torpaqlarına girməkdə məqsədi buranı işğal etmək və ya Səfəvi dövləti ilə döyüşmək deyil, sadəcə olaraq tacirlərinə hücum etmiş şəxslərlə hesablaşmaq, insanlara zərər vermiş qüvvələri məhv etməkdir. Pyotr bu cür bəhanələrlə işğal niyyətinin üstünü ört-basdır etməyə çalışırdı. Əslində isə onlar hücuma başladılar, hücuma başlayandan sonra Bakını, Salyanı, Dərbəndi və Rəşt şəhərini işğal etdilər. Bununla da 1722-1723-cü illərdə Çar Rusiyasının Azərbaycanı və Qafqazı işğalının ilk mərhələsi başa çatdı. Onlar Xəzər dənizi ilə  irəliləyə bilmədilər, çünki fırtınalarda gəmilərini itirdilər və digər böyük itkilərə məruz qaldılar. Amma yenə də Çar Rusiyası üçün bu uğurlu bir nəticə idi ki, artıq Azərbaycan torpaqlarının işğalını həyata keçirə bildilər. Əslində, onlar bu manifestlə müsəlman əhaliyə xüsusi yalançı bir məhəbbət göstərməklə (guya bunların məqsədi işğal deyil) Azərbaycana soxuldular, torpaqlarımızı işğal etdilər. Birinci Pyotr Səfəvi dövlətinə isə məktib göndərmişdi ki, Azərbaycanın içərisindəki həmin o tacirlərə hücum edən dəstələrin ləğv olunmasında Birinci Pyotra müqavimət göstərilməsə, o, Səfəvi dövlətinə Qəndaharda (indiki Əfqanıstan ərazisində) üsyançıların qarşısını almağa hərbi yardım edəcək. Yəni belə bir vəd vermişdi. Əslində isə bunlar işğal planları idi. Bu faktın ortada olması onu göstərir ki, XVIII yüzillikdə bütün Qafqazın vahid dili Azərbaycan dili olub və Azərbaycan türkləri Qafqazın aborigen, yerli xalqlarından birincisidir. Bu sənəd də təsdiqləyir ki, həmin dövrdə Qafqazda ermənilərdən əsər-əlamət olmayıb, burada ermənilərin yerli xalq kimi varlığından söhbət gedə bilməz. Dəfələrlə bu haqda danışmışam. Yenə də qeyd etmək istəyirəm ki, Avropadan gəlmiş İsrail Ori adlı bir erməni Avropada özünə dəstək tapa bilmədikdə Rusiyaya yönəlir və birinci Pyotrla görüşür, görüşdə erməni xalqından istifadə edə biləcəyini Pyotra çatdırır. Birinci Pyotr bu taktikadan istifadə edərək müsəlman, türk dünyasının torpaqlarının içində xristian, erməni zolağı yaratmaq ideyasını gerçəkləşdirməyə qərar verir”. Bu niyyətlə də Pyotrun türk, müsəlman dövlətlərinin ərazilərini işğal etməyə başladığını deyən M.İsmayılovun sözlərinə görə, nəticə hər kəsə məlumdur. Ermənilərin bu sənədin gündəmə gətirilməsini qıcıqla qarşılamasına gəlincə, M.İsmayılov  “XVIII yüzillikdə Azərbaycan dilinin Qafqazda hakim dil olması bu torpağın gerçək sahibinin kim olduğunu göstərir, bu faktın təsdiqlənməsi də erməniləri qıcıqlandırır”-  deyə bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ