ABŞ- ın Bakldakı səfirliyindən Rusiyaya uzaqvuran mesaj - NATO Ukraynanı işğal etməyib...

img

ABŞ-ın Azərbaycandakı səfirliyi bu ölkənin dövlət katibi Entoni Blinkenin ifadəsini paylaşıb. Səfirliyin rəsmi “Facebook” səhifəsində yayımlanmış paylaşımda deyilir:

“NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”.

Bununla ABŞ  kimə və hansı mesajı verib?

“Demək olmaz ki, bu mesajın Bakı üzərindən verilməsinin bizimlə bağlı hansısa mənası var”

Politoloq  Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qazaxıstandakı hadisələr dünyanı idarə edən qütblər arasındakı gərginliyi yenidən qızışdırıb: “ABŞ görür ki, Rusiya çox şıltaq davranır. ABŞ isə yalnız bəyanatlar verməklə məşğuldur. Putin onların bəyanatlarına məhəl qoymur. Son proseslərə diqqət edək. NATO-nun fəal olduğu Ukraynada Rusiya ilhaq həyata keçirdi. İki regionda isə separatçılıq toxumu səpdi. Ermənistanla etdiyimiz müharibənin sonunda öz sülhməramlılarını bölgəyə yeridə bildi. Faktiki olaraq, Qafqazdakı mövcudluğunu da təmin etmiş oldu. Qazaxıstana isə KTMT adı ilə qoşun yeritdi. Təbiidir ki, bunlar ABŞ-ı ciddi narahat edir. Lukaşenkonun bəyanatına diqqət edək. Demişdi ki, biz Ukrayna kimi Qazaxıstanı NATO-ya verə bilmərik. Bunu eyni zamanda Rusiyanın mövqeyi kimi anlaya bilərik. Demək olmaz ki, bu mesajın Bakı üzərindən verilməsinin bizimlə bağlı hansısa mənası var. Mesajın ünvanı Rusiyadır. Bu birmənalıdır. Ancaq səfirliklər Dövlət katibinə tabe olduqları üçün, bir çox ölkələrdəki diplomatik missiyalar həmin paylaşımı ediblər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər