şənbə günü, 14 noyabr 2026
     

Ermənistana qardaş müsəlman ölkənin kralının adına Bakıda küçə - niyə? Bizim prezident demədi ki...

Image


Paytaxt Bakıda İordaniyanın mərhum kralı Kral Əl-Hüseyn bin Talalın adına küçə var. İordaniya müsəlman ölkəsi olsa da, Ermənistanla çox yaxşı münasibətlərdə olan bir ölkə kimi tanınır və əsasən də Ermənistanın maraqlarını müdafiə edən addımlar atır, Ermənistan dövləti ilə isti əlaqələrini davam etdirir. Məlum olduğu kimi, İordaniyanın indiki kralı da İrəvana səfər edib və bu səfərlə də Ermənistana öz dəstəyini göstərib. Belə demək mümkündürsə, bu ölkənin yalnız adı müsəlman dövlətidir. Sirr deyil ki, Ermənistanla xosunlaşan, can bir qəlbdə olan, “cici-bacı”lıq işlədən müsəlman dövlətlərindən biri məhz İordaniyadır. Ölkəmizin paytaxtındakı küçələrdən birinə İordaniyanın mərhum kralının adının verilməsi paytaxt sakinlərinin də təəccübünə səbəb olur, onlar sual verirlər ki, nə üçün Qarabağda müsəlman məscidlərinə donuz bağlayan, müqəddəs yerlərimizi murdarlayan Ermənistanla can bir qəlbdə olan bir ölkənin kralının adına Bakıda küçə olmalıdır. Bir halda ki, həmişə bizim düşmənimizə dəstək verib, nə olsun müsəlman dövlətidir, onun mərhum kralının adına Bakıda küçə olması yaxşı hal deyil. Sakinlər belə deyir. Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistanla dost olan, dostluğunu davam etdirən müsəlman ölkələrinə səslənib, onları bu münasibətdən çəkinməyə çağırıb. Prezident bir neçə dəfə Ermənistanla “cici-bacı” olan bəzi islam dövlətlərinə vacib bir mesaj verib ki, islam dinini təhqir edən Ermənistandan sizə dost olmaz, düşməninizi tanıyın. Amma, İordaniya da daxil olmaqla, bəzi müsəlman dövlətləri məscidlərinə donuz baglayan Ermənistanla dostluq münasibətlərindən əl çəkmir. Ölkə başçısının qeyd etdiyi kimi, məscidlərdə donuz və inək saxlayanlar müsəlmanlarla dost ola bilməz. Kimlərsə məscidlərdə donuz, inək saxlayanla dostluq edirsə, ya müsəlman deyil, ya da onun ümumiyyətlə dindən anlayışı yoxdur.

Dediyimiz kimi, bu həmin İordaniyadır ki, Ermənistandan əl çəkmir. Belə bir ölkənin kralının adına nə üçün Bakıda küçə olmalıdır?

“...İordaniya krallarının və yaxud başqalarının adına Ermənistanın şəhərlərində küçə verilsin...”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, BAO  başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, siyasi şərhçi Faiq Ələkbərli baki-xeber.com-a şərhində bildirdi ki, bizim üçün hər şeydən yüksəkdə Azərbaycan dövlətinin maraqları dayanmalıdır və dövlət maraqlarına zidd addımlar atılmamalıdır. “Hər bir dövlətin özünün həm dövlət, həm də milli maraqları var. Bəzən bu milli və dövlətçilik maraqlarının dinlə nə dərəcədə üst-üstə düşüb-düşməməsi məsələsi bizi düşündürür. Bu mənada Ermənistanla yaxınlıq edən müsəlman dövləti yalnız İordaniya deyil, İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və başqa müsəlman dövlətləridir ki, onlar Azərbaycan-Ermənistan münaqişəsində ya gizlin, ya da tamam aşkar şəkildə Ermənistana dəstək veriblər. Bəzən biz bunu həmin ölkələrdə erməni lobbisinin güclü olması ilə də əlaqələndiririk. Ancaq məncə, məsələ burada erməni lobbisinin güclü olması deyil, həm də həmin dövlətlərin və onların xalqlarının, yaxud da rəhbərlərinin də Azərbaycanla Ermənistana münasibətdə hansı mövqe tutması da müəyyən rol oynayır. Bu isə o deməkdir ki, İordaniya rəhbərliyi də, müsəlman dövlətinin başçısı olmasına baxmayaraq, əsasən Ermənistana bu və digər şəkildə dəstək verir. Hətta müsəlman dövləti olmasına rəğmən Ermənistanla münasibətlərini daha yüksək səviyyədə qurub və davam etdirir. Belə olduğu təqdirdə də Azərbaycan İordaniyaya layiq olduğu cavabı verməlidir. Təkcə İordaniyaya deyil, onun kimi Ermənistanla dostluq edən İran, Birləşmiş Ərəb Əmirliklərinə və başqa belə ölkələrə də həmçinin. Ermənistanla dostluq edən ölkənin kralının adına Azərbaycanın istənilən yerində küçə verilməsi qəbuledilməzdir. Yenə də deyirəm, bu, müsəlman məscidlərinə donuz bağlayan Ermənistanla dostluq edən müsəlman ölkələrinin hər birinə aiddir”.

F.Ələkbərlinin fikrincə, doğrudan da rəsmi Əmman Azərbaycana münasibətdə səmimi münasibət nümayiş etdirib müsəlman məscidlərini donuzxanaya çevirib təhqir edən Ermənistanla əlaqələrinə yenidən baxsa, bu ölkə ilə münasibətlərini soyutsa, islam həmrəyliyi prinsipindən çıxış etsə, o zaman  Bakıda, yaxud ölkəmizin başqa yerində onun kralının adına küçənin olması normal qarşılanar. “Ancaq bu səmimiyyət Azərbaycana deyil, Ermənistana yönəlibsə, o zaman İordaniya krallarının və yaxud başqalarının adına Ermənistanın şəhərlərində küçə verilsin, bu onların mahiyyətinə daha uyğun olar. Bizim də Azərbaycan olaraq yalnız İordaniya məsələsində deyil, digər bu kimi adının yanına “müsəlman” sözü qoşan, lakin islam dininə zidd hərəkət edən dövlətlərə münasibətdə qəti və sistemli bir mövqeymiz olmalıdır. Onlar da görməlidir ki, məhz Azərbaycana yönəlik  hansısa bir məsələdə qeyri-etik və qeyri-səmimi davranışlar nəticəsiz qalmayacaq. Əgər İordaniya müsəlman dövləti olmasına baxmayaraq Ermənistanı özünə daha yaxın bilirsə, Ermənistanla münasibətlərini inkişaf etdirirsə, o zaman Azərbaycanın da müvafiq addımlar atması təbii olardı. Milli və dövlət maraqlarına münasibətdə Azərbaycan daha da diqqətli olmalıdır, öz milli və dövlət maraqlarına uyğun hərəkət etməlidir. Yəni din məsələsində hansı dövlətlər öz həssaslığını qoruyur, onlarla da mübasibətlərimiz davam edə bilər. Ancaq kimlərsə bu məsələdən sui-istifadə edir, o zaman Azərbaycan da öz mövqeyini qəti şəkildə ortaya qoymalıdır və İordaniya, BƏƏ, İran, eləcə də başqa bu kimi islam ölkələri də görməlidirlər ki, Azərbaycanın da bu məsələdə öz mövqeyi var, bu mövqeyindən də heç bir zaman geri çəkilməyəcək, müvafiq addımları o da atacaq”.

 “Biz bizimlə sözün həqiqi mənasında dost, qardaş olan ölkələrlə münasibət qururuq və onu daha da inkişaf etdirməliyik” - deyən F.Ələkbərli bildirdi ki, adını “müsəlman dövləti” qoyub Azərbaycanın ərazi bütövlyünü pozan dövlətə dəstək verənlərə qarşı, təbii, Azərbaycan da öz dövlət maraqlarına uyğun hərəkət etməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ