şənbə günü, 14 noyabr 2026
     

Rusiya sülhməramlılarının mandat müddəti başa çatana kimi Qarabağda erməni qalmayacaq...

Image


Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət zonasında qalan ermənilərin buradan köç prosesi yeni vüsət almağa başlayır. Belə görünür ki, Rusiya sülhməramlı qüvvələrinin mandat müddəti başa çatana kimi burada erməni qalmayacaq. Hər halda, erməni mediasında yer alan məlumatlar bunu təsdiq edir.

Ermənistanın “Qraparak” nəşri baş verənlərlə bağlı yazır ki, 44 günlük müharibədən sonra Qarabağda vəziyyət qeyri-müəyyən və anlaşılmazdır: “Qarabağ sakinlərinin şüurlu hissəsi bunu başa düşür və Ermənistanda Nikolun vəzifədən uzaqlaşdırılmasını gözləyir. Lakin bu ehtimal azdır. Bu səbəbdən onlar Qarabağı tərk etməkdən başqa çıxış yolu görmür. Lakin burada şüursuz və sadəlövhlər də var və onlar hər şeyin yaxşı olacağına inanmaqda davam edirlər. Hesab edirlər ki, problemləri yuxarılarda həll edirlər. Onlar həm də Rusiya sülhməramlılarına və Rusiyaya böyük ümidlər bəsləyirlər. Digər hissə hara getməyi, necə getməyi düşünür. Dördüncü hissənin getməyə yeri və imkanı yoxdur. Lakin onlar da sonda Qarabağı tərk etməyə məcburdurlar. Çünki Qarabağda insanların çoxu artıq Ermənistana inanmır, etibar etmir, Ermənistanda gələcək görmür”. Erməni siyasi analitik Argişti Kviriyan bütün bunları təbii sayır: “Nikol Paşinyanın ötən ilin sonunda verdiyi açıqlamalar Qarabağ məsələsində yeni fəlakətlərə gətirib çıxara bilər və təkcə bu deyil, həm də Ermənistan üçün ciddi nəticələrə səbəb ola bilər”. Onun sözlərinə görə, Paşinyanın nə ermənipərəst, nə antierməni, nə türkpərəst, nə də antitürk yanaşmaları var, o hər şeyi vəziyyətə görə edir: “Əgər üç il əvvəl o, Qarabağın  Ermənistan olduğunu bəyan edirdisə, indi faktiki olaraq deyir: “Qarabağ Azərbaycandır, vəssalam”. Qarabağ müharibəsinin ikinci mərhələsindən, noyabrın 10-da və ondan sonra imzalanan bəyanatlardan sonra Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı olmaqdan çıxıb, onu Rusiyaya verib”.
Erməni siyasi analitik vurğulayıb ki, Ermənistanın subyektivliyi azalmaqda davam edir, Moskvadan asılılığı artır və hər şey Rusiyanın qərar verdiyi kimi olacaq: “Amma Ermənistan-Rusiya münasibətləri çox aşağı səviyyədədir. Dövlətin müttəfiqlə səmərəli əməkdaşlıq edə bilməsi üçün müəyyən çəkisi olmalıdır və zəif dövlət, hətta strateji müttəfiq üçün də sövdələşmə predmetinə çevrilir”. O qeyd edib ki, Ermənistan uzun müddət özünü strateji müttəfiq kimi göstərə bilməyib. Kiviryan vurğulayıb ki, məhz bu şəraitdə Qarabağda qalan ermənilərin bölgəni tərk etməkdən başqa çıxış yolu yoxdur. Rusiya ilə yanaşı, həm Ermənistanın, həm də Qarabağ ermənilərinin ATƏT-in Minsk Qrupuna ümidləri də heç olub və bu, ermənilərin Qarabağdan köçünü sürətləndirən daha bir mühüm faktordur. Rusiyalı politoloq Anton Bredixin bu xüsusda qeyd edir: "İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyət kökündən dəyişib. Hazırda nisbi sakitlik davam edir, Azərbaycan, Ermənistan, Rusiya liderlərinin Qarabağla bağlı birgə bəyanatlarındakı müddəaların həyata keçirilməsinə dair işlər görülür. Digər tərəfdən, münaqişənin həllində vasitəçiliyi nəticəsiz qalmış ATƏT-in Minsk Qrupunun sonrakı taleyi hələ də müəmmalıdır". O bildirib ki, ATƏT-in Minsk Qrupunun gələcəyi yoxdur: “Hazırda daha dəqiq, səmərəli olan başqa platformlar var. ATƏT-in Minsk Qrupuna dair məsələ aydındır, bu qurum Qarabağ məsələsini həll etmədi və öz yararsızlığını göstərdi. Minsk Qrupunun fəal iştirakçısı olan ABŞ və Qərb ölkələri bütün bu illər ərzində heç bir nəticəyə gəlmədilər. İndi də keçmişin səhvlərini təkrar etmədən gələcəyə baxmaq lazımdır”. Politoloq qeyd edib ki, Minsk Qrupunu istifadə etmək üçün yeni imkanlar axtarılması mənasızdır: "Daha səmərəli platformlar var. Məsələn, Azərbaycan, Ermənistan, Rusiya liderlərinin birbaşa dialoqu, yaxud regionun inkişafını təmin edəcək “3+3” platformu bunlardandır”. Onun fikrincə, Cənubi Qafqazda aktorların sayı nə qədər az olsa, problemlər bir o qədər səmərəli şəkildə həll olunacaq. Daha bir rusiyalı ekspert Stanislav Tkaçenko “report” portalına bildirib ki, Minsk Qrupunu yeniləmək mümkün deyil. O deyib ki, Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi mərhələsi uğurla başa çatdırılıb: "İrimiqyaslı hərbi əməliyyatların yenidən başlaması təhlükəsi artıq yoxdur. Azərbaycan və Ermənistanın normal əlaqələri bərpa etməkdə artan marağı buna zəmanətdir. Münaqişə nəticəsində viran qoyulmuş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması kimi məsələləri həll etmək üçün müəyyən ölkələr bir araya gələ bilər. Belə ki, bu cür irimiqyaslı işlər indiki ATƏT kimi səlahiyyəti və imkanları qeyri-müəyyən olan təşkilatın “xörəyi" deyil. Həmçinin, bu gün tamamilə suveren dövlət olan Azərbaycanın öz ümummilli məsələsini başqalarına həvalə etməsi üçün heç bir əsas da yoxdur”. Rusiyalı ekspertin sözlərinə görə, Azərbaycanın mövcud maliyyə imkanları azad edilmiş ərazilərdə təməl infrastrukturu bərpa etmək, yerli və əcnəbi iş adamları üçün əlverişli işgüzar mühiti bərqərar etmək üçün kifayətdir: “Hərçənd, hazırda ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər bu bərpa işlərində iştirak etmək istəsə, təqdirəlayiq olardı”. Rusiyalı ekspertin fikrincə, Azərbaycanla Ermənistan arasında gələcək sülh sazişinin ATƏT, MDB, yaxud hazırda yaradılmaqda olan “3+3” formatı çərçivəsində razılaşdırılması o qədər də mühüm deyil, çünki bütün hallarda, məsələnin tərəfləri məhz Azərbaycan və Ermənistan olacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ