şənbə günü, 14 noyabr 2026
     

Rusiya Qazaxıstanda 20 yanvar ssenarisini təkrarlayır?!

Image


Qazaxıstanda baş verən hadisələr Rusiya və Qərb arasında yeni ziddiyyət predmetinə çevrilir. Belə görünür ki, Gürcüstan, Ukraynadan sonra Rusiya və Qərbin çəkişmə poliqonunun növbəti ünvanı məhz Qazaxıstan olacaq.

Hazırda Qərb ölkələrini narahat edən başlıca məsələ Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi kontingentinin daxil olmasıdır. Təşkilatın sədri Stanislav Zas bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana ümumulikdə 2500 nəfər sülhməramlı göndərib. Zas əlavə edib ki, zərurət yaranacağı təqdirdə bu say artırıla bilər. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının yeridilməsini daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xahiş edib. O, ölkədəki vəziyyəti “xaricdən təlim keçmiş quldur birləşmələrinin basqını” adlandırıb. Bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Amma məlumatlara əsasən, Tokayevin rəsmən KTMT qüvvələrinin ölkəyə yeridilməsi barədə müraciətlə çıxış etməsindən əvvəl Rusiyanın içərisində 300-ə yaxın “Vagner” muzdlusu olan İl-76 təyyarəsi Almatıya enib. Həmin vaxt şəhər aeroportu hələ etirazçıların əlinə keçməmişdi. Ehtimal edilir ki, həmin gün axşam Almatıda etirazçılara atəş açan və onlarla adamı öldürənlər də elə “Vagner” muzdluları olub. Avropa Siyasət Mərkəzinin region üzrə təhlilçisi Amanda Paul bildirir ki, sülhməramlıların gəlişi Qazaxıstanın asılılığını artıracaq: “Aydın məsələdir ki, bundan sonra Qazaxıstan tamamilə Rusiyadan asılı olacaq. Bu isə bir neçə səbəbdən problemdir Qazaxıstan üçün. Həm Qazaxıstanın Qərb müttəfiqləri, həm də xalqı üçün pis xəbərdir. Bu həm də region üçün müəyyən mənada pis xəbərdir. Amma hadisələrin necə inkişaf etməsindən çox şey asılı olacaq. Çünki sülhməramlıların etirazları yatıra biləcəyi naməlumdur, etirazların miqyası böyükdür. Ona görə də bir çox məsələlər qeyri-müəyyəndir”. İlk dəfədir ki, KTMT üzv ölkəsinə sülhməramlı göndərir. Amanda Paul deyir ki, bu həm də qurum üçün bir sınaq olacaq. Onun fikrincə, mümkündür ki, insanların müqaviməti həftələrlə davam etsin. Orta Asiya üzrə ekspert Arkadi Dubnov “The New York Times” qəzetinə deyib ki, Qazaxıstan hökuməti “Rusiyanın kiçik maketi”dir və şübhəsiz ki, Kreml belə bir rejimin müxalifətlə danışıqlara getməsini, onların tələbləri ilə razılaşmasını istəməzdi. Bu səbəbdən rusların etirazçıları məhv etmə ehtimalı artır.

Ağ Evin mətbuat katibi Cen Psaki də KTMT qüvvələrinin Qazaxıstana yeridilməsindən Vaşinqtonun narazı qaldığını bildirib: “Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətinin KTMT qüvvələrinin ölkəyə yerləşdirilməsi tələbinin qanuni olub-olmadığını bilmir. Vaşinqton KTMT-nin Qazaxıstana Kollektiv Sülhməramlı Qüvvələri göndərməsi ilə bağlı xəbərləri diqqətlə izləyir. Qazaxıstanın bu müraciətinin mahiyyəti, hüquqi dəvət olub-olmaması ilə bağlı suallarımız var. Hazırda biz bunu bilmirik”. Psaki KTMT qüvvələrini və hüquq-mühafizə orqanlarını beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıb. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell Qazaxıstandakı böhranın həllinə dəstək verməyə hazır olduğunu və KTMT-nin müdaxiləsinin köhnə xatirələri yada saldığını vurğulayıb.

Tanınmış Rusiya jurnalisti Andrey Karaulov etirazları yatırmaq üçün  Qazaxıstana KTMT sülhməramlıları adı altında Rusiya desant qoşunlarının yeridilməsini kəskin pisləyib. O, Qazaxıstana qoşun yeridilməsini sovet qoşunlarının 1990-cı ilin yanvarında Bakıya qanlı müdaxiləsi ilə müqayisə edib. Karaulov qeyd edir ki, KTMT barədə müqaviləyə əsasən, Rusiyanın və digər üzv ölkələrin Qazaxıstana qoşun yeritmək səlahiyyəti yox idi. KTMT haqda müqavilədə göstərilir ki, ölkələr bir-birini ancaq xarici hərbi təcavüzə qarşı müdafiə edə bilərlər: “Başa düşmək lazımdır ki, “Rosqvardiya”nı yox, desantçıları yeridirlər. Eynilə 90-cı ilin yanvarında desantçıların Bakıya yeridilməsi kimi. Biz “Qanlı yanvarı” xatırlayırıq. O zaman Bakıda general Lebedin desantçıları şəhərin dinc sakinlərini zirehli transportyorlarla əzdilər və süngüyə keçirdilər. Onların qurbanları arasında südəmər körpə və 92 yaşında qoca da var idi. Bizim desantçıların bütün qurbanları Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Yeri gəlmişkən, ora prezident Putin də baş çəkib və həlak olanların məzarlarına gül qoyub. Lebedin desantçıları o vaxt Azərbaycanın rəhbəri Vəzirovu xilas etmişdilər”. Jurnalist xatırladır ki, həmin günlərdə Moskvadakı Azərbaycan nümayəndəliyində Heydər Əliyev çıxış etmişdi və onun çıxışını bütün dünya dinləmişdi. Karaulov indi Rusiyada heç kimin Qazaxıstana qoşun yeridilməsinə etiraz etməməsindən təəccübləndiyini bildirir. “Haradadır Nobel laureatı Muratov və digər insan haqları müdafiəçiləri?”. Bu arada Qazaxıstan Daxili İşlər Nazirliyi bildirib ki, silahı yerə qoymaqla bağlı qanuni tələblərə müqavimət göstərən iğtişaşçılar öldürüləcək. Nazirlik onu da qeyd edib ki, Qazaxıstanın bölgələrində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, asayişi pozan şəxslər saxlanılır, cinayətkarlar müəyyən edilərək tutulur. Qeyd edək ki, bu dəqiqələrdə Almatıda şəhərin silahlılardan təmizlənməsi üçün antiterror əməliyyatı keçirilir. Bu prosesdə Rusiya qüvvələri fəal iştirak edir. Belə bir vaxtda Rusiya Dövlət Dumasının deputatı, Korrupsiyaya qarşı mübarizə və təhlükəsizlik komitəsinin üzvü, hakim “Vahid Rusiya” partiyasının təmsilçisi Biysultan Hamzayev Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağırıb. Deputat özünün sosial şəbəkə hesabında bildirib ki, Qazaxıstanın “tarixi vətəni Rusiya ilə birləşməsinin” vaxtıdır: “Mərkəzi Asiya rus torpağıdır! Sosial şəbəkələrdə Qazaxıstanın Rusiya ilə birləşməsi ideyasının müzakirəsi gedir. Şəxsən mənim, Rusiya vətəndaşının siyasətdən və vəzifəsindən asılı olmayaraq tutduğu mövqe belədir. Qazaxıstanın tarixi Vətəni Rusiya ilə birləşdirilməsinə dair referendumun keçirilməsini dəstəkləyirəm”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ