şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Qarabağda antiterror əməliyyatlarına start verə bilər...

Image


Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalan qanunsuz erməni silahlı bölmələri ilə bağlı proseslərin hansı istiqamətdə inkişaf edəcəyi indi ən aktual mövzular sırasında yer alır. Məsələ burasındadır ki, həmin qanunsuz silahlı qruplaşmalar Ermənitanın baş naziri Nikol Paşinyan və onun komandasına yalnız qismən tabe olurlar. Rəsmi İrəvanla yanaşı, onların həm Ermənistanda, həm də Ermənistandan kənarda digər sponsorlarının olması heç kimə sirr deyil

Bununla yanaşı, həmin qanunsuz silahlı birləşmələrin üzvləri yalnız erməni millətinin nümayəndələrindən ibarət deyil. Məlumatlara əsasən, beynəlxalq terrorizmin nümayəndələri, dünya terror şəbəkələrindən olan muzdlular da həmin qanunsuz qruplaşmalar sırasındadır. Daha bir maraqlı məqam odur ki, Qarabağda qalan dinc ermənilər buranı tərk etdikləri halda, qanunsuz erməni silahlı bölmələri hələ də burada qalır. Ermənistanın “Qraparak” nəşri də yazır ki, Qarabağda vəziyyət gərgindir: “Nikol Paşinyanın ötən il dekabrın 24-də keçirdiyi mətbuat konfransı və bundan sonra edilmiş bir neçə qeyd Qarabağa hiddət yaradıb. İnsanlar Ermənistanın onlardan əl çəkməsindən narahatdır və düşünürlər ki, Nikol Paşinyan nəhayət Qarabağın qayğısına qalmaq, onun üçün danışıqlar aparmaq prosesindən əl çəkməyə zəmin hazırlayır. Qarabağlılar düşünürlər ki, Ermənistan artıq İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanla razılığa gəlib, onların cızdığı ssenari ilə hərəkət edir. Bu ssenaridə “müstəqil Qarabağ” yoxdur və hətta “Qarabağdan qalmış bu hissə”nin mövcudluğu belə müvəqqətidir. Nikol Paşinyanın mətbuat konfransından sonra Qarabağdan mühacirət etmək niyyətinə düşənlərin sayı olduqca artıb, hətta heç vaxt Qarabağı tərk etməyəcəyini deyən insanlar belə indi uzaqlaşmağı düşünürlər. Qalsalar da, ailələrini Qarabağdan çıxarmaq istəyirlər. Deyirlər ki, Paşinyan Qarabağı birdəfəlik təslim etmək qərarına gəlib və belə olan halda Qarabağda qalan ermənilərin aqibətinin necə olacağı məlum deyil, heç olmasa uşaqlarımızı çıxaracağıq ki, xilas olsunlar”. Ermənilərin Qarabağdan yeni köçü başlasa da, qanunsuz erməni silahlı bölmələri burada qalır və bu vəziyyətdə antiterror əməliyyatları aktuallaşır. Bunu rusiyalı tarixçi və hərbi ekspert Oleq Kuznetsov da “axar.az”a müsahibəsində istisna etmir: “İlin əvvəlində Azərbaycan Qarabağda hələ də gizlənən erməni quldur birləşmələrinin təmizlənməsi üçün xüsusi antiterror əməliyyatına başlaya bilər. Onun həyata keçirilməsində iştirak edən Azərbaycan qüvvələrinin tərkibi, taktikası əsasən yerli real şəraitlə müəyyən ediləcək. Bu halda Azərbaycan təhlükəsizlik qüvvələri ya 1941-1945-ci illər İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Karpatın dağlıq və meşəlik ərazilərində ekstremistlərlə mübarizə aparan sovetlərin, ya 2000-2002-ci illərdə Şimali Qafqazda antiterror əməliyyatı təşkil edən Rusiyanın, ya da PKK yaraqlılarına qarşı effektiv mübarizə aparan Türkiyənin təcrübəsindən istifadə edə bilər. Rusiya və Azərbaycan təhlükəsizlik orqanlarının bu qəbildən birgə əməliyyatlar keçirmək təcrübəsi də var və onların təhlili onu deməyə əsas verir ki, azərbaycanlı mütəxəssislər antiterror əməliyyatlarını səmərəli keçirməyə taktiki, fiziki, psixoloji və maddi cəhətdən kifayət qədər hazırdırlar. İlk növbədə, hər hansı bir antiterror aksiyası zamanı silahlıların yerli əhalidən dəstəyinin dərəcəsi nəzərə alınmalıdır, ona görə də ilk növbədə mülki şəxslərin və silahlı quldurların əmlaklarını ayırmaq üçün məcburi tədbirlər görülməlidir. Düşünürəm ki, yerli erməni əhalisindən olan yaraqlıların dəstəyi yüksək olacaq. Hətta qadınlar yaşayış məntəqələrinə girilməməsi üçün özlərini zirehli texnikanın altına atacaqlar və bütün bunlar lentə alınaraq internetdə yerləşdiriləcək. İnanıram ki, bu məsələdə Rusiyanın təcrübəsi Bakı üçün daha faydalı olacaq. Xüsusi tədbirlərin harada həyata keçirilməsindən asılı olaraq, üç müxtəlif sxem üzrə antipartizan əməliyyatının keçirilməsini məqsədəuyğun hesab edərdim. Yaşayış məntəqələrindən kənarda açıq yerlərdə düşmən bazalarını - anbarları, müşahidə məntəqələrini və s. aşkarlayıb məhv etmək üçün ordunun xüsusi təyinatlılarının döyüş qrupları fəaliyyət göstərməlidir. Bu cür hərəkətlər qışda ən yaxşı şəkildə həyata keçirilir, çünki qarda həm insanların, həm də avadanlıqların ərazi boyunca hərəkətinin izləri və stasionar sığınacaq yerləri ən yaxşı şəkildə oxunur. Bütün bu və mütəxəssislərə yaxşı məlum olan digər səciyyəvi xüsusiyyətlər yaraqlıların, demək olar ki, bütün məskunlanmış və ya gizli mühəndis strukturlarını müəyyən etməyə, lokallaşdırmağa, aradan qaldırmağa və ya ələ keçirməyə imkan verir. Azərbaycan xüsusi əməliyyat qüvvələri döyüşçülərinin texnikaya, o cümlədən ayrı-ayrı avadanlığa, teplovizorlara və digər spesifik texniki vasitələrinə malik olması üstünlükdür. Kənd yerlərində birgə xüsusi tədbirlər adətən ordunun xüsusi təyinatlıları və daxili qoşunların qüvvələri tərəfindən keçirilir. Yazda qar əriməsi zamanı onları həyata keçirmək təsirli olur.
Xüsusi əməliyyat adətən belə həyata keçirilir: səhər saatlarında daxili qoşunlar zirehli texnika ilə kənddə toplanır, gecə isə vaxtından əvvəl kəndlərdən dağlara bütün çıxışlar xüsusi təyinatlılar tərəfindən bağlanır. Daha sonra metal detektorlar vasitəsilə silah saxlaya bilən şəxsləri və silahın özünü müəyyən etmək üçün kənddə ev-ev gəzinti aparılır. Bir kəndi təmizləmək üçün adətən iki-üç gün vaxt lazımdır. Ən çətini isə çoxmənzilli binalar olan şəhərlərdə, şəhər tipli qəsəbələrdə belə tədbirlərin keçirilməsidir. Belə yaşayış məntəqələri əvvəlcə sektorlara bölünür, burada özəl tikililər çoxmərtəbəli binalardan ayrıdır. Bu zaman yaraqlıların hərəkəti zamanı qəsəbəni tərk etməmələri üçün əvvəlcə məişət və yağış kanalizasiyası kimi mühəndis şəbəkələri nəzarətə götürülür, daha sonra qeyri-yaşayış binaları təmizlənir və texniki otaqlar nəzarətə götürülür, şəxsi sektor axtarılır. Daha sonra yaşayış binalarında əhali yoxlanılır. Daxili qoşunların bir briqadasının və xüsusi təyinatlıların bir taborunun hərəkəti planlaşdırılırsa, bir və ya iki orta sənaye müəssisəsi olan bir şəhəri axtarmaq üçün bir həftə kifayətdir”. Onun sözlərinə görə, deyilənləri nəzərə alaraq, Ermənistanın Azərbaycandakı qanunsuz silahlı birləşmələrini müəyyən etmək, zərərsizləşdirmək üçün Azərbaycan hərbçilərinə 1-3 ay vaxt lazımdır: “Azərbaycan ordusu bu müddətdə Qarabağın bütün erməni əhalisini və onların daimi yaşayış yerlərini “süzgəcdən” keçirməlidir. Həmçinin onların yaşayış məntəqələrindən kənarda yerləşmə imkanları, kəşfiyyat-diversiya qruplarının hərəkətlərini dəstəkləmək üçün hərbi əmlak və ərzaqlar saxlanan gizli mühəndis qurğuları axtarılmalıdır. Təbii ki, gizlənmə yerlərinin yüz faizini müəyyən edib məhv etmək mümkün olmayacaq, lakin onların 70-80 faizini aradan qaldırmaq tamamilə mümkün olacaq. Bu isə terrorizmin kökünü kəsmək üçün yaxşı nəticədir”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ