Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, nazirlər Qazaxıstanda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
"Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - məlumatda deyilir.