Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün ilk danışıqların vaxtı müəyyənləşib.
Baki-xeber.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi yanvarın 14-də Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Serdar Kılıç dekabrın 15-də Ermənistan üzrə xüsusi elçi təyin edilib.