Qazaxıstanı kimin qarışdırdığını bilirsiz?.. - Aydın QULİYEV yazır...

img

Qazaxıstanda nə baş verdiyini hər kəs düşünür. Mürəkkəb məsələdir. Söhbət elə bir ölkədən gedir ki, ona sahib olanın eyni vaxtda Çinlə, Rusiya ilə, Əfqanıstanla, Azərbaycanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla sərhəd olan neçə milyon kvadrat kilometrlik ərazisi olan ölkəyə təsir edə bilməyindən gedir.

Hələ 2021-ci ilin avqustun 18-də Bakı-Xəbər TV olaraq belə bir məlumat yaymışdıq – “Rusiya ilə Qazaxıstan arasında nə baş verir - Lavrov Nur-Sultana xəbərdarlıq etdi”.

Bildirmişdik ki, Qazaxıstanda guya rus dilinin böyük təqibə məruz qaldığı barədə görüntü yaradılır, guya qazaxlar hansısa "dil polisi" yaradaraq qazax dilində danışmayanları təqib edirlər və guya Lavrov da Astanaya xəbərdarlıq edib ki, milli ayrı-seçkiliyə son qoyun...

Üstündən 7 ay keçəndən sonra Qazaxıstan kaşa kimi qarışdırılır... Arxasına baxın...

Bütün Qazaxıstanı oda bürüyən kütlə tələb qoyur ki, Qazaxıstan KTMT-dən və Avrasiya İB-dən çıxsın, Rusiya ilə əlaqəni kəssin, Krımı Ukrayna kimi tanısın, Kosmodromu NASA-ya versin, demokratiya versin və sair... Tələblər elə qurulub ki, geosiyasətdən başı çıxmayanlar dərhal bu hadisələrin arxasında Amerikanın dayandığını ehtimal etsin. Ancaq "bunu çörəyi qulağına yeyənlər" düşünə bilər. Amerika bu qədərmi düşüncəsiz oldu ki, əhalisinin 50 faizdən çoxunun rus olduğu bir ölkədə "məxməri inqilab" ssenarilərinə girişsin?..

Ardınca baş verən növbəti hadisə - Rusiya ilk olaraq bəyanat verir ki, heç kim Qazaxıstanın daxili işlərinə qarışmasın. Yəni bu o deməkdir ki, Qazaxıstanın daxili işlərinə yalnız biz qarışa bilərik…

Bunu da deyim. Qazaxıstanda latın əlifbası qəbul edildi, rus mənşəli yer adları milliləşdirildi, ümumtürk inteqrasiyasına təşəbbüskar qaydada dəstək verildi. Bunları Nazarbayev etdi. İndi də Nazarbayev bunların əvəzini alır - tələblərin biri budur ki, Nazarbayevə vəzifə tutmaq qadağan edilsin... Proseslərin arxasında Amerika durursa , Nazarbayevə qarşı bu repressiv tələbə nə ad qoymaq olar?... Bəs Nazarbayev 2020-ci ilin yanvarında ABŞ-a səfəri və Trampla görüşü zamanı Mərkəzi Asiyada 5+1 formatında əməkdaşlıq mexanizmi qurmağı təklif etmədimi? 5+1 beş Mərkəzi Asiya ölkəsi və ABŞ deməkdir.

İndi bildinizmi Qazaxıstanda prosesin arxasında kim dayanır?!..

Aydın QULİYEV

Peşə etikası

Son xəbərlər