şənbə günü, 14 noyabr 2026
     

“Şuşa ili” bu unikal mədəniyyət mərkəzinin Azərbaycana məxsus olmasını bir daha dünyaya çatdırır” - Vüqar Rəhimzadə

Image


“2022-ci ilin ilk günlərini yaşayırıq. Yeni il hər zaman  yeni hədəflərin, vəzifələrin müəyyənləşdirilməsi kimi xarakterizə olunduğundan, ötən ilə baxış bir zərurət kimi qarşıda dayanır.

Dövlət başçısı İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti 2021-ci ilin uğurları fonunda cari ildə görüləcək işlərin, hədəflərin aydın mənzərəsini təqdim edir. “Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin iqtisadi, siyasi, diplomatik uğurlarını əsaslı şəkildə, statistik rəqəmlərlə açıqladı. 2021-ci ili Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların təsdiqi və qəbulu ili kimi qeyd etməyə mühüm əsaslar var. Atdığı hər addımında  ədaləti və beynəlxalq hüququ əsas prinsip kimi öndə saxlayan Azərbaycan 44 gündə 30 ilin işğalına, ədalətsizliyinə, Dağlıq Qarabağ münaqişəsinə  ikili standartlara əsaslanan yanaşmaya son qoymaqla hansı gücə, imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdi. Heç şübhəsiz ki, beynəlxalq hüquqa, ədalətə əsaslanan mövqeyimiz döyüş meydanında üstünlüyümüzə  geniş imkanlar açdı. Azərbaycan ötən il istər işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri, istərsə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası istiqamətində göstərdiyi səyləri və əldə etdiyi uğurları ilə diqqətdə oldu. Ölkə Prezidentinin qeyd etdiyi kimi,  bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Müharibədən sonra cərəyan edən proseslər  haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Vətən müharibəsi  dövründə ölkəmizə  qarşı səsləndirilən ittihamların əsassızlığı təsdiqləndi. Həmin reallıqların dünyada qəbul olunması  Azərbaycanın diplomatik uğurlarının miqyasını daha da genişləndirdi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bəzi güclərin işğal, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə  dəstəyi Ermənistana nə verdi? Təbii ki, heç nə. Azərbaycanın  gücü, iradəsi qarşısında bu dəstəyin təsiri sıfıra bərabər oldu: “Dünya gördü ki, Azərbaycanı heç kim yolundan, mövqeyindən döndərə bilməz. Tarixi Zəfəri ilə ədalətin, beynəlxalq hüququn mövcudluğunu bir daha dünyaya bəyan edən Azrbaycan postmünaqişə dövründə Moskva, Soçi və Brüssel görüşləri ilə diktə edən tərəf olduğunu, istər Ermənistanın, istəsə də dünya güclərinin reallıqlarla barışmaq məcburiyyətini sübut etdi. Kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması prioritet məsələ kimi qarşıda dayanır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ Vətən müharibəsinin gedişində qarşı tərəfə sülh təklifini etmişdi. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifini gözləyən Ermənistan da düşdüyü çətin vəziyyətdən xəbərdardır. Ermənistan baş nazirinin Soçi və Brüssel görüşlərində  irəli sürülən təkliflərə razılığı  artıq çıxış yolunun olmadığını ortaya qoydu. Azərbaycan dövləti sülh təklifinin uzun müddət masa üzərində qalmasının mümkünsüzlüyünü bəyan etməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi düşünməyə çağırış etdi. Son görüşlərə diqqət yetirsək müzakirələrdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi məsələsinə toxunulmur, artıq yeni siyasi vəziyyət formalaşdığı özünü qabarıq şəkildə göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinin göstəriciləridir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanını xatırladır: “Bunun üçün son bir ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Təkcə bir faktı qeyd edək ki, 2021-ci ildə ölkə Prezidentinin regionlara 47 səfəri olub ki, onların 32-si işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər özlüyündə Böyük Qayıdışa doğru bir addımdır. Yeni sosial obyektlərin təməlinin qoyulması, qısa müddət ərzində bir çoxunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünü nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı prioritetləri açıqlayarkən bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatın uğurla inkişaf etdirilməsini qarşıya əsas vəzifə kimi qoydu: “Ölkəmiz bərpa və quruculuq işlərini təkbaşına, heç kimdən yardım almadan həyata keçirir. 2022-ci ilin dövlət büdcəsində də bu işlərə kifayət qədər maliyyə vəsaiti ayrılıb. 2021-ci ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. İqtisadiyyat 5,3 faiz, qeyri-neft iqtisadiyyatı  6,4 faiz, sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir. Bu uğurlar ölkəmiz üçün təbiidir. Bu baxımdan ki, iqtisadiyyatın inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın dayanıqlı inkişafı beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurla icra edilməsi nəticəsində dövlət büdcəsinə milyardlarla dollar  vəsait daxil olur ki, bu da öz növbəsində  iqtisadi tərəqqiyə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev bununla ölkəmizin bütün çətinlikləri uğurla aradan qaldıraraq davamlı inkişafını təmin etməsinə şərait yaratdı. Enerji sektorundan asılılıq artıq minimuma endirilib. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni təmin etmək üçün təsdiqlənən Milli Prioritetlər də gələcək inkişfın yol xəritəsidir.”

“2022-ci ilin ilk sosial paketi təqdim edildi” söyləyən Vüqar Rəhimzadə bildirib ki, yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıb.

YAP Xətai rayon təşkilatının sədri 2022-ci ilin “Şuşa ili” elan edilməsindən də böyük qürur hissi ilə bəhs edib: “Dövlət başçısının bir ildə işğaldan azad edilmiş ərazilərə 32 səfərinin 7-si Şuşaya olub. Bu artıq Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızın hər birimiz üçün önəmini açıqlayır. Şuşa bir ildə biri-birindən əhəmiyyətli hadisələrə, tarixi günlərə şahidlik etdi. Ən əsası “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Şuşanın Cıdır düzündən səslənən Azərbaycan muğamı bütün dünyaya səs saldı. Möhtərəm Prezidentimiz ad günündə Şuşaya səfəri zamanı “Şuşa hər birimizi özünə çəkir” söyləyərək  Cıdır düzündən bu  mesajı da  ünvanladı ki, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək. Dövlət başçısının  bu il Şuşa şəhərinin 270 illiyini  nəzərə alaraq və mədəniyyət paytaxtımızın  bərpasını sürətləndirmək məqsədilə  2022-ci  ili “Şuşa İli” elan etməsi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları daha da qürurlandırdı. “Şuşa İli” bir daha təsdiqləyir ki,  28 il əsarətdə olsa da heç zaman sınmayan, milli kimliyimizi, qürurumuzu qoruyan Şuşamızda əbədi olacağıq. Dünya bir daha bu unikal mədəniyyət paytaxtının Azərbaycana məxsus olmasının şahidinə çevrilir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ