şənbə günü, 14 noyabr 2026
     

Ermənilərin torpaqlarımızda atıb qaçdığı silah-sursatın gizli hədəfləri var...

Image


Azərbaycan ordusu Ermənistanın hərbi birləşmələrini, terrorçu qruplaşmalarını torpaqlarımızdan qovarkən ermənilər bizim ərazilərimizdə saysız-hesabsız silah-sursat atıb qaçıblar. Məlum olduğu kimi, Azərbaycanın aidiyyəti dövlət qurumları 44 günlük müharibə bitəndən indiyə qədər azad olunmuş bölgələrimizdə ermənilərin atdığı silah-sursatı aşkarlayır, onları zərəsizləşdirir.

Bəzən bu silah-sursat toplu halında, cəbbəxana kimi üzə çıxarılır. Heç şübhəsiz, ermənilərin əsasən bu silahları bizim ərazilərimizdə məqsədli şəkildə atıb getdikləri barədə də məqamlar var. Yəni onlar bu silahları məqsədli şəkildə atıb gediblər ki, o silahlardan Azərbaycanın daxilində kimlərsə hansısa təxribat əməllərində istifadə etsin.

Ermənilərin xüsusi məqsədlə Azərbaycanda qoyub qaçdıqları o silah-sursatın hamısını zərərsizləşdirə bilirikmi? Hesab etmək olarmı ki, zərərsizləşdirilməmiş silahlar ermənilərin planlarına uyğun olan ünvanlara gedib çatır? Belə bir düşüncə varmı ki, ermənilərin planlaşdırdığı kimi, bu silahlar Azərbaycan dövlətçiliyinin əleyhinə olan qüvvələrin əlinə düşə bilər, belə bir ehtimal varmı? Düzdür, Azərbaycanın hüquq-mühafizə orqanları çox ciddi şəkildə bu istiqamətdə işləyirlər, bu silah-sursatı axtarıb tapırlar, amma ehtimal var ki, ermənilərin atıb qaçdığı silahların müəyyən bir hissəsi onu Azərbaycan dövlətçiliyinə qarşı çevirmək üçün məqam gözləyən qüvvələrin də əlinə düşə bilər. Bu ehtimalın qarşısını almaq nə dərəcədə mümkündür?

  • “İndidən bu halların qarşısı alınır ki, gələcəkdə böyük fəsadlara səbəb olmasın”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov bizimlə söhbətində bildirdi ki, ermənilərin məkrli məqsədləri aydındır və Azərbaycanın güc qurumları, hüquq-mühafizə orqanları onların bütün planlarını alt-üst etmək əzmindədir. T.Eyvazovun sözlərinə görə, erməni silahlıları bizim ərazilərdən qaçarkən azad torpaqlarımızda külli miqdarda silah-sursat atıb gediblər, onların hamısı ardıcıl olaraq aşkarlanır və zərərsizləşdirilir. Erməni terror və təxribatlarının miqyasının geniş olduğunu deyən T.Eyvazov qeyd etdiyinə görə, onlar bu silahları burada məqsədli şəkildə atıb gedib ki, bundan vətəndaşlar bir-birinə qarşı istifadə etsin, eyni zamanda da bəzi qüvvələr öz çirkin məqsədlərini həyata keçirmək istəyərkən “silah korluğu çəkməsin”. Bununla belə, ekspert deyir ki, ermənilərin bizim ərazilərimizdə qoyub getdiyi ən böyük təhlükə minalardır və bunun da təmizlənməsi illər tələb edir: “Ermənilərin bizim ərazidə qoyub getdiyi ən təhlükəli silah basdırdıqları minalardır ki, onu da çox qısa müddətdə təmizləmək mümkün deyil, bunu hamı bilir. Hazırda bu istiqamətdə təmizləmə prosesi gedir. Qaldı ki, ermənilərin bizim ərazilərdən gedərkən burada məqsədli şəkildə atıb getdikləri silah-sursata, onlar istər müharibənin gedişində, istərsə də qaçıb gedərkən burada müxtəlif növ silahlar, bombalar, mərmilər və sair qoyublar. Biz onları düşməndən həm salamat şəkildə almışıq, həm də döyüş prosesində onlar zərərsizləşdirilib. Təbii, salamat ələ keçirilən silahlar aidiyyəti üzrə təhvil verilir, onlara baxış keçirilir, ehtiyac varsa təmir edilir və ordumuzun arsenalına verilir. Amma qalan silahlar, partlamamış mərmilər, bombalar var ki, onlar da aidiyyəti üzrə zərərsizləşdirilir və poliqonlarda partladılıb sıradan çıxarılır. Burada bir problem yoxdur. Əsas problem, dediyim kimi, minalarla bağlıdır və əsas iş də Mina Təmizləmə Agentliyinin üstündədir. Həm bizim strukturlar, həm də qardaş Türkiyədən və başqa ölkələrdən gələn mütəxəssislər bu minaların zərərsizləşdirilməsi ilə məşğuldurlar. Sadəcə olaraq, onların zərərsizləşdirilməsi ona görə çətinlik törədir ki, əldə dəqiq mina xəritələri yoxdur…”

T.Eyvazovun sözlərinə görə, ermənilərin burada atıb qaçdıqları silah-sursatın vətəndaşların, Azərbaycanın daxilində ola biləcək təxribatçı qüvvələrin əlinə keçməməsi üçün də işlər görülür. O hesab edir ki, aidiyyəti qurumlar bu məsələyə çox ciddi yanaşır, amma bununla belə, hər bir vətəndaş da ayıq-sayıq olmalıdır. “Azad edilmiş ərazilərimizdə xüsusi olaraq komendantlıqların yaradılması, postların qoyulması, o postlardan yan keçib içəriyə keçən insanların saxlanaraq aidiyyəti üzrə cəzalandırılması, bütün bu proseslər ilk növbədə ona görədir ki, o insanların sağlamlıqları qorunsun. Digər bir tərəfdən, azad edilmiş ərazilərə icazəsiz olaraq keçən insanların əlinə ermənilərin məqsədli şəkildə atıb qaçdıqları silahlar da keçə bilər, bu təhlükə də qaçılmazdır. Bunlar kiçik atıcı silahlar da, böyük silahlar da ola bilər. Ona görə də, bu istqamətdə ciddi nəzarət həyata keçirilir. Təbii ki, o silahlar bəzən mülkü şəxslərin də əlinə keçir. Biz buna DİN-in verdiyi qısa məlumatlarda da rast gəlirik. Bu silahların vətəndaşların əlinə keçməsi yolverilməzdir. Bir sıra hallarda müharibələr vaxtı silahların vətəndaşların əlinə keçməsi halları da baş verir. Təbii ki, indidən bu halların qarşısı alınır ki, gələcəkdə böyük fəsadlara səbəb olmasın. Birinci Qarabağ savaşından sonra da bu silahların zərərsizləşdirilməsi üçün Daxili İşlər Nazirliyi böyük işlər apardı, əldə olan silahlar, demək olar ki, tamamən yığışdırıldı. Amma İkinci Qarabağ müharibəsindən sonra ermənilərin atıb qaçdığı silahların təxribatçı qüvvələrin əlinə keçmə ehtimalı ola bilər və bunun qarşısının alınması üçün bu istiqamətində işlər görülür. Bizim böyük təcrübəmiz var. Bu hallara qarşı daxili işlər orqanları və digər aidiyyəti qurumlar çox böyük iş aparır”.

T.Eyvazovun fikrincə, bu istqiamətdə KİV də maarifləndirici işlər aparmalıdır ki, düşmənin məqsədli şəkildə atıb getdiyi silahlar ölkəmizin daxilində hansısa şər qüvvələrin əlinə düşməsin, insanlar bu silahları aidiyyəti qurumlara təhvil versinlər. “Bu silahların mülki şəxslərin, ayrı-ayrı qüvvələrin, aidiyyəti olmayan adamların əlinə keçməsi çox böyük təhlükələr törədə bilər. Odur ki, bizim aidiyyəti qurumlar düşmənin atıb qaçdığı silahların zərərsizləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər. Bu proses tam olaraq dövlətin aidiyyəti qurumlarının diqqətindədir, vətəndaşlar da məsuliyyətli olmalıdır”- deyə T.Eyvazov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ