şənbə günü, 14 noyabr 2026
     

Ukrayna Azərbaycan ssenarisini təkrarlaya bilməyəcək…

Image


Məlum olduğu kimi, ötən ilin sonunda Rusiya Birləşmiş Ştatlar və NATO ilə müzakirə etmək istədiyi təhlükəsizlik şərtlərini açıqlayıb. Bu təkliflərə görə, NATO keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin açıqladığı təkliflərə əsasən, NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır. Təklif olunmuş saziş layihəsində NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi bufer zonasında keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması nəzərdə tutulur. Moskvanın təkliflərinə görə, NATO Rusiyanın ərazisini vura bilən bütün yerlərdə orta və qısamənzilli raketlərin yerləşdirilməsindən çəkinməlidir. Rusiya onu da bildirib ki, Birləşmiş Ştatlarla birbaşa dialoq və Ukraynanın NATO-ya daxil olmayacağına dair yazılı təminat istəyir. Artıq Qərb bu məsələlər ətrafında Rusiya ilə danışıqlara razılığını verib. Qeyd edək ki, Rusiya ilə ABŞ arasında təhlükəsizliklə bağlı danışıqlar yanvarın 10-da Cenevrədə başlayacaq. Ardınca məsələ yanvarın 12-də NATO Şurası – Rusiya iclası çərçivəsində Brüsseldə, bir gün sonra isə Vyanada müzakirə ediləcək. Bu arada yanvarın 12-də Cenevrədə Rusiya-NATO Şurasının iclası baş tutacaq. Görüşdə müzakirə ediləcək mövzular açıqlanıb. Müzakirə ediləcək mövzulara Avropada hərbi təhlükəsizlik məsələləri, həmçinin risqlərin azaldılması və hərbi şəffaflıqla bağlı tədbirlər daxildir. Ukraynada və ətrafındakı vəziyyət xüsusi olaraq müzakirəyə çıxarılacaq. Hesab edilir ki, Rusiya Ukrayna ilə bağlı Qərbdən istədiyini almasa, bu ölkəyə hərbi müdaxilə edəcək. Bu məqsədlə Rusiya Ukrayna ətrafında böyük sayda hərbi qüvvə cəmləşdirməyə davam edir. Ukrayna isə yaranmış durumda Qərbin hərbi  dəstəyinə o qədər də ümid bəsləyə bilməz. Çünki NATO Ukraynaya görə Rusiya ilə vuruşmaq niyyətində deyil. Sadəcə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi gözlənilir. Bunu ötən ilin son günündə Rusiya lideri Vladimir Putinlə telefon danışığında ABŞ prezidenti Co Bayden də qeyd edib. O, Rusiya Ukraynaya təcavüz edəcəyi təqdirdə, Vaşinqton və müttəfiqlərinin qəti cavab verməyə hazır olduğunu açıqlayıb. Lakin bu cavab yalnız yeni sanksiyaları özündə ehtiva edir.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov da qeyd edir ki, ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil: “Rusiya tərəfinin məqsədi Qərb vasitəsilə Kiyevə siqnal göndərməkdir. Kiyev Donbasdakı vəziyyəti güc yolu ilə həll etməyə çalışarsa, o zaman 2008-ci ildə Saakaşvilinin aqibəti ilə üzləşəcək. Putin gözləyir ki, Bayden Zelenskiyə Donbasdakı vəziyyəti güc yolu ilə həll edəcəyi təqdirdə Qərbdən heç bir dəstək olmayacağını izah etsin”. Onun fikrincə, bu cür siqnallar Donbasın hərbi yolla həllini müdafiə edən siyasətçilər və hərbçilər üçün çəkindirici vasitə ola bilər: "Düşünürəm ki, Bayden də Ukraynaya belə bir siqnal göndərməkdə maraqlıdır, çünki ABŞ Ukrayna uğrunda döyüşmək fikrində deyil, ümumiyyətlə, NATO-ya üzv olan digər ölkələr də həmçinin. Burada heç kim Gürcüstan ssenarisinin təkrarlanmasını istəmir, hamı başa düşür ki, burada Azərbaycan ssenarisinin təkrarı baş verməyəcək, çünki Rusiya Donbasda çoxlu Rusiya vətəndaşının olduğunu nəzərə alaraq müdaxilə etmək məcburiyyətində qalacaq”. ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti, “Lindsey Group” mərkəzində  strateji kəşfiyyat analitiki olan Rebekka Koffler isə yaranmış vəziyyətdə qeyd edir ki, Moskva ilə Vaşinqton arasında təhlükəsizlik danışıqlarının yanvarın 10-dan 13-nə qədər planlaşdırılmış raundunun necə yekunlaşmasından asılı olmayaraq Rusiyanın yaxın həftələrdə Ukraynaya hücum etməsi ehtimalı 50 faizi keçir. O qeyd edir ki, Rusiyanın Ukrayna ilə həmsərhəd cənub regionlarındakı səhra düşərgələrinə yerləşdirilmiş qoşunlardan 10 min hərbçinin daimi dislokasiya yerlərinə qaytarıldığı haqda bu günlərdə yayılmış xəbər aldadıcı manevrdir: “Çox güman bu, qoşunların yerdəyişməsidir və Rusiya ordusunun Ukrayna istiqamətində cəmləşdirilmiş birləşmələrinin hücum potensialını aşağı salmır. Hərbi ritorikanı gah artıran, gah azaldan və qüvvələrin düzülüşünü dəyişdirən Putin özünün əsl niyyətlərinin nədən ibarət olduğu barədə Vaşinqtonun beynini məşğul etməyə, hücum başlayanda taktiki gözlənilməzliyi təmin etməyə çalışır”. Amerikalı kəşfiyyatçı hesab edir ki, Putinin hərəkətə keçmək niyyəti şübhəsizdir: “O, özünün müdafiə nazirinin dili ilə Ukraynaya gözlənilən hücuma haqq qazandırıb. Rusiya prezidenti görünür belə hesab edir ki, ABŞ-da hakimiyyətdə Baydenin olmasından və Ukraynanın NATO-ya daxil olmamasından istifadə edib, onun şərq hissəsini götürmək olar. Son günlər ərzində Putinin və digər Rusiya rəsmilərinin NATO-nun Rusiyanı təhdid etdiyi barədə bəyanatları da müharibəyə bəhanə hazırlamaq məqsədi güdür. Rusiyanın təqdim etdiyi təhlükəsizlik təminatı sənədi layihəsinə necə cavab verilməsindən asılı olmayaraq, Kreml iddia edir ki, ABŞ onları aldadıb və nəticədə Vaşinqtona etibar etmək olmaz. Rusiyanın müdafiə nazirinin müavini bu vəziyyətdə NATO-nun Rusiya ilə yüksək intensivlikli irimiqyaslı münaqişəyə hazırlaşdığını deyib. Rusiya qoşunları üçün şaxta, həmişə olduğu kimi, qorxulu deyil. Görünür, Rusiya hesab edir ki, belə şaxtada Qərb Ukraynanın köməyinə gəlməz. Təəssüf ki, Bayden administrasiyasında özünü “ekspert” adlandıranlar Rusiya ilə münasibətləri “yenidən format etməyə” çalışırlar və bununla da Putinin tələsinə düşəcəklər”.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ