şənbə günü, 14 noyabr 2026
     

Ermənistan Zəngəzurun mərkəzini Qafandan Qarakilsəyə köçürür...

Image


“Ümid edirəm ki, nə vaxtsa Ermənistanla bizim qonşuluq əlaqələrimiz qurulacaq”. Bu fikirləri Prezident İlham Əliyev hələ 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirib.

Qonşu ölkələrlə münasibətlərə nəzər salan dövlət başçısı qeyd edib ki, bu əlaqələr ənənəvi olaraq dostluq, əməkdaşlıq üzərində qurulub: “Türkiyə ilə bu il imzalanmış “Şuşa bəyannaməsi” Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır, halbuki, faktiki olaraq bu, müttəfiqlik əlaqələri idi, amma bu, artıq rəsmən təsdiqləndi və əlbəttə ki, bu bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi. Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır.
Digər qonşularla, İran və Gürcüstanla daim təmaslar əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platformu formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir. Qonşular haqqında danışanda təbii olaraq Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də hələ ki, daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır”.

Beləliklə, Azərbaycan  Ermənistanla da normal münasibətlər qurmaqda maraqlı olduğunu bildirir. Lakin bunun üçün Ermənistan ölkəmizin ərazi bütövlüyünü tanımalı, sərhədlər müəyyən edilməli, Zəngəzur dəhlizi açılmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Yeni il münasibətilə təbrik edərkən bildirib ki, sərhədlərin müəyyən edilməsinə hazırdır. Sərhədlərin müəyyən edilməsi o deməkdir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü də tanıyacaq. Zəngəzur dəhlizinə gəlincə, bu xüsusda da Paşinyan Azərbaycanın dedikləri ilə bağlı müvafiq addımlar atır. Erməni mediası məlumat yayıb ki, artıq hökumət Zəngəzurun mərkəzini Qafandan köçürür. Hətta Zəngəzurun mərkəzinin  Azərbaycana görə köçürülməsinin müzakirə olunduğu deyilir. Bildirilir ki, Ermənistan hökuməti Zəngəzur bölgəsinin mərkəzini Qafan şəhərindən Qarakilsə şəhərinə köçürmək istəyir. “Qraparak” qəzetinə müsahibəsində “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan  qeyd edir ki, artıq Zəngəzurda yaranmış vəziyyət kifayət qədər ciddi təhlükəsizlik problemidir: “Azərbaycan və Türkiyənin ən mühüm məqsədlərindən biri Zəngəzur vasitəsilə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizi əldə etməkdir. Bunu rəsmi Ankara, hətta Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ilkin şərt kimi irəli sürür. Zəngəzur və ətrafında yaranmış vəziyyət 10 noyabr 2020-ci il tarixli bəyanatın nəticəsi deyil. Xatırladım ki, 10 noyabr bəyanatında tərəflərin öz mövqelərində dayandıqları bildirilir. Məlum olur ki, Zəngilan və Qubadlı, eləcə də bizim üçün vacib olan digər mövqelər gizli razılaşma nəticəsində Azərbaycana verilib. Məhz bundan sonra Zəngəzur birbaşa təhdid altına düşdü. Məhz düşmən bundan aylar sonra Gorus-Qafan yolunda gömrük postları quraraq ermənilərin hərəkətini iflic etdi. Qoşunlarımız qeyd olunan mühüm mövqeləri Azərbaycana təslim edərək geri çəkildi. Digər mühüm problem ondan ibarətdir ki, Ermənistanın bu gün sadəcə olaraq xarici siyasəti yoxdur. Zəngəzur məsələsinə görə bütün mümkün platformalarda müzakirələrə və qətnamələrin qəbuluna nail olmaq, məhkəmələrə müraciət etmək lazımdır. Amma bizdə heç nə yoxdur”.

Bu arada xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Soçidə baş tutmuş üçtərəfli görüşündə Zəngəzur dəhlizinin dəmiryol hissəsinin açılmasına dair praktiki razılaşma əldə edilib. Ermənistan artıq bu dəmir yolunun öz ərazisindən keçən hissəsinin bərpası üçün hazırlıq işlərinə başlayıb, Azərbaycanda isə Horadiz-Ağbənd dəmir yolunun bərpası işlərinə hələ hərbi əməliyyatların başa çatmasından qısa zaman sonra start verilib. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Naxçıvana Azərbaycandan avtomobil yolunun açılması məsələsində isə hələlik qeyri-müəyyənlik qalır. Ən başlıcası, bu yolun marşrutu məlum deyil. Ermənistan tərəfi bir neçə ay əvvəl bildirmişdi ki, Naxçıvana quru yolunun Laçın-Gorus marşrutunu təklif edir. Bu yolla Naxçıvanın Şahbuz rayonunun Biçənək qəsəbəsimə çıxmaq mümkündür. Bu marşrut İran sərhədi boyu uzanan və dəmir yoluna paralel marşrutdan xeyli uzaqdır, ona görə də iqtisadi baxımdan əhəmiyyətli azalır. Lakin məlum olanı budur ki, Zəngəzur dəhlizinin bir hissəsi kimi Naxçıvana, oradan isə Türkiyəyə birləşəcək quru yolunun açılması məsələsinə də erməni tərəfinin bu və ya digər formada razılıq verməsi qaçılmaz olacaq. Məhz belə bir vaxtda Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlər çərçivəsində birgə infrastruktur təşəbbüslərinin parametrlərinin işlənib hazırlanması haqda danışıb: “İlk növbədə mən bunu qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə işlərin ən başlıca istiqamətlərindən biridir. Mahiyyətcə, söhbət hər iki ölkənin dinc yanaşı yaşamadan konkret praktiki fayda əldə etmək imkanlarından gedir. Rusiya bu prosesin bilavasitə iştirakçısıdır”. Rudenko xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada keçirilən üçtərəfli görüşdə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi altında işçi qrup yaradılıb: “Bu mexanizm çərçivəsində regionda həm dəmiryol, həm avtomobil yolunun açılması üçün mühüm hazırlıq işləri görülüb. Hazırda vahid “paket” üzərində “şlifovka” işləri gedir. Belə yanaşma qəbul edilən qərarların dayanıqlığını təmin edəcək”. Ekspertlərə görə, bu paketə, çox güman ki, Naxçıvana dəmir yolunun açılması ilə eyni vaxtda Azərbaycan üzərindən Ermənistana dəmiryol əlaqəsinin də bərpası daxildir. Bu dəmir yolu isə həm də Rusiyanın Ermənistanla birbaşa quru əlaqəsini təmin edəcək.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ