şənbə günü, 14 noyabr 2026
     

Bizim xalqımız çörək uğrunda mübarizə üçünmü yaranıb?... - Aydın QULİYEV yazır...

Image


Bir neçə gündür ki, sosial şəbəkələrdə və bu şəraitdən "İP" qoparmağa çalışan bəzi media orqanları ərzaq buğdası və çörəyin qiymət məsələsi ətrafında geniş müzakirələr açıblar.

Bu axının içində həqiqətən çörəyin yeni tariflərinin rəsmiləşəcəyi halda bunun cəmiyyətimizdə müəyyən gərginlik yaradacağından və ya gərginliyi artıracağından səmimi narahatlıqlar var. Elə dairələr də var ki, sanki fürsət gözləyirmiş kimi, məsələni siyasiləşdirməyə və "vot-vot inqilab olacaq, xalq üsyana qalxacaq" və sair kimi maksimalist yanaşmalar sərgiləyir, bununla əslində istəyərəkdən, ya istəməyərəkdən insanları hansısa kütləvi hərəkətlərə səsləmiş olurlar.

Bəli, söhbət insanın qida rasionunda əzəli, əbədi, əvəzolunmaz və heç vaxt "bıkdım, bezdim" deməyəcəyi ÇÖRƏKdən gedir. Həqiqətən bəşəriyyətin unikal ixtirası sayılan çörək heç bir başqa qida növü ilə əvəz oluna bilmir. İnsanlar bunu o qədər mümkünsüz sayır ki, tarix boyu heç kim süfrədə çörəyin alternativini axtarmaq, yaratmaq fikrinə belə düşməyib. Bəşər tarixində müşahidə olunmuş aclıq halları da bir qayda olaraq əsasən çörək sarıdan ortaya çıxıb və heç bir zaman "ət olmadı aclıq oldu, kərə yağı olmadı aclıq oldu" kimi deyimlərə rast gəlinməyib. Konkret desək, tarixin hansısa dönəmində olmuş aclıqdan söz düşən kimi insanlar dərhal bu qənaətə gəlib ki, həmin dövrdə çörək dəhşətli səviyyədə qıtlaşıb, çörəkdən başqa nəyinsə qıtlaşması fikri ağıla gəlmir.

Maraqlıdır ki, ÇÖRƏK insan üçün nə qədər zəruri və əvəzsiz nemət olsa da, hələ bəşər tarixi "ÇÖRƏK ÜSYANI", “ÇÖRƏK QİYAMI" deyilə bilən faktlar görməyib və eşitməyib. Tarixin müxtəlif dövrlərində baş vermiş siyasi-iqtisadi kataklizmlərin başqa səbəbləri olub və heç bir kataklizmin, heç bir hakimiyyət dəyişməsi və inqilabların birbaşa və ya əsasən çörəklə bağlı kökləri olmayıb. Doğrudur, bəzi məqamlarda müəyyən inqilabçı siyasi dairələrin kütləvi izdihamların içində " Çörək, İş" kimi şüarlar səsləndirdiyini ğörüb - eşitmişik. Ancaq bəşər tarixi təkcə çörəklə bağlı motivlə idarə olunan siyasi kataklizm faktları tanımır.

Tarixdə xarici təcavüz və işğal faktına qarşı inqilabi çevrilişlər olub, milli şüurun boğulması siyasətinə qarşı inqilablar olub, insan haqlarının təntənəsi naminə inqilablar olub, ağır vergilər siyasətinə qarşı inqilablar olub və sair. Fəqət çörəyin və un məmulatlarının qiyməti ilə bağlı tarix hər hansı inqilab, hakimiyyət çevrilişi və ya heç olmasa davamlı bir kütləvi siyasi təlatüm nümunəsi tanımır.

Elə Azərbaycanın öz nümunəsində baxaq. 1991-ci ildə müstəqillik bəyan ediləndən indiyə qədər üç dəfə hakimiyyət dəyişib, bu dəyişmələrin heç biri birbaşa, ya dolayı şəkildə "çörək faktoru" ilə bağlı olmayıb. Bu dövr ərzində çörəyin qiyməti ilə bağlı 4, ya 5 dəfə müzakirə prosesi gedib, cüzi qiymət dəyişikliyi edilib, bu prosesləri siyasiləşdirmək cəhdləri olub, ancaq bu dəyişikliklər heç vaxt siyasi nəticələr doğurmayıb, daha doğrusu cəmiyyət çörəklə bağlı məsələnin siyasiləşdirilməsi cəhdlərinin perspektivinə o qədər də inanmayıb, bunun arxasına düşməyib və haqlı olaraq hesab edib ki, qısamüddətli gərginliyə baxmayaraq heç bir hökumət heç vaxt çörək məsələsini təbii axına buraxmaz. Çörəyin qiyməti və çörəklə təminat məsələsinə dair gərginlik yaranan bütün hallarda cəmiyyətimizin əksər hissəsi bu düşüncədə qərarlaşıb və sonda da özünün haqlı olduğuna bir daha əmin olub.

Bir faktı yada salaq. 1989-cu ildə cəmiyyətimiz böyük iqtisadi çətinliklər içində olsa da, o həmin il "dünyanın ən mübariz xalqı" adına öz müstəqilliyi və torpaqları naminə qalxdığı mübarizənin sayəsində layiq oldu. Bu Azərbaycan xalqının tarixdə müdrik davranışlarına tutarlı sübutlardan biridir. Yəni o zamankı iqtisadi çətinliklərə baxmayaraq bu xalq tarixə müstəqillik və torpaq uğrunda ölümünə döyüşən xalq kimi düşmək şansını göydə tutdu. Qürurverici tarixi məqam idi. Əgər o zaman xalqımız cari iqtisadi problemləri önə çəkərək onun arxasınca getsəydi, nə ola bilərdi? Ən pis nəticə olardı -tarixə böyük siyasi hədəflərini "mədə ləzzətinə" qurban vermiş toplum kimi düşərdik.

Dünyada heç bir xalq çörək uğrunda, çörək naminə mübarizəni özünütəsdiq üsulu etməyib. Özünütəsdiqin daha qlobal mübarizə üsulları var. Çörək uğrunda mübarizə əsasən fərdin, qlobal məqsədlər uğrunda mübarizə isə toplumun vəzifəsidir. Toplum olaraq mübarizəni maddi hədəflərə fokuslayanda toplumun böyüklüyünə, əzəmətinə kölgə düşmüş olur...

Azərbaycanda son günlərin ən populyar müzakirə mövzusuna çevrilmiş çörəyin qiymət məsələsinin siyasi kataklizmlərə çevrilməyəcəyi bu başdan məlumdur. Çünki belə şey tarixdə olmayıb, bizim xalqın tarixində isə heç olmayıb. Yəqin hökumət də gərəkən addımları atacaq ki, vəziyyətin kataklizmə çevrilməsi şanslarını qapatsın. Eyni zamanda, Rusiyada taxılın ixrac rüsumunun hələ ötən ilin sentyabrında artırılması bəlli ikən bu müddət ərzində qabaqlayıcı tədbirlər barədə səmərəli düşünə bilməmiş əlaqədar Azərbaycan məmurları da yəqin ki, sorğu-sual ediləcək. Mümkün bahalaşmanı xalqın tam inanıb etimad etdiyi səviyyədə kompensasiya edəcək...

Bizim xalq çörək naminə toplum mübarizə üçün yaranmayıb, bilir ki, Allahın bu neməti inşallah kəsilməz. Bu xalq daha böyük hədəflər üçün yaranıb - 200 illik erməni mifini dağıtmaq, inanılmaz sayılan torpaqları azad etmək, öz suverenlik haqqını qorumaq, azad və ədalətli seçki şəraitinə sahiblənmək üçün yaranıb...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ