Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Baki-xeber.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğanla Putin arasında telefon danışığı zamanı regional və beynəlxalq məsələlər müzakirə edilib.
"Rusiyanın ABŞ və NATO-ya müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinin müzakirə edildiyi görüşdə Cənubi Qafqaz, Suriya və Liviya da daxil olmaqla müxtəlif regional məsələlər də müzakirə edilib" - məlumatda deyilir.
Görüş zamanı hər iki liderin Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın intensivləşdirilməsinə sadiq olduqlarını bir daha bəyan etdikləri bildirilib.