şənbə günü, 14 noyabr 2026
     

Media mənsubları çap və onlayn media üçün də Prezidentdən əlavə maliyyə dəstəyi qərarı gözləyir...

Image


Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Prezident sərancamla  2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4,0 (dörd) milyon manat ayrılıb.

Gördüyünüz kimi, Prezident TV-lərə 4 milyon manat pul ayırıb. Nəzərə alsaq ki, bahalaşma, basqa sahələrdə əmək haqqı artımı baş verir, bu halda bəs jurnalistlər nə etsinlər? Bu halda qəzet və saytlara da əlavə maliyə yardımınin ayrılması zərurətə cevirilib. 

Media mənsubları çap və onlayn media üçün də Prezidentdən əlavə maliyyə dəstəyi qərarı gözləyir...

Bəs çap və onlayn mediaya yardım ayrılmasına ekspertlər necə baxır? 

  • Bəhruz Quliyev: “Redaksiyalar maliyyələrinin bir qismini...”

“Cənab Prezident İlham Əliyev tərəfindən mətbuatımıza, milli mediamıza diqqət və qayğı davamlı xarakter alıb və deyərdim ki, ənənəvi bir haldır. Bu baxımdan, dövlət başçımızın istər televiziyalara, istərsə də onlayn və çap mediasına mütəmadi olaraq maliyyə vəsaitlərini ayırması bu sahələrin inkişafına stimullar verməkdədir”. Bu fikirləri “Bakı-Xəbər”ə  “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Prezident İlham Əliyevin televiziyalara 4 milyon mantat ayırmasına münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, dövlətin maliyyə dəstəyinə baxmayaraq, qəzet və s. nəşr məhsulları bundan arxayınlaşmamalı, ələbaxımlığa öyrənməməlidirlər. Belə ki, bu gün mediada biznes mühiti də mövcuddur və bu mühit özünü rəqabətəmeylli kimi göstərir: “Xüsusilə, qəzetlərin fəaliyyətində sağlam maliyyə qazanc metodları mexanizmləri işə salınmalı, o cümlədən, jurnalistlərin fəaliyyətlərinə qarşılıq olaraq onların əməklərinin qarşılığının ödənilməsi istiqamətində biznes mühitinin verdiyi töhfələrdən istifadə olunmalıdır. Düzdür, müəyyən zamanlarda qiymət artımları və s. bahalaşmalar meydana çıxır və bu, yalnız Azərbaycanda deyil, bütün dünyada cərəyan edən haldır, bu baxımdan, nəzərə alsaq ki, qəzetlərin çapı üçün gərəkli olan kağız və s. materialların da qiymətləri artır, onda reaksiya rəhbərlikləri də sözügedən mexanizm üsullarından istifadə edərək tələbatlara cavab verə biləcək fəaliyyətlərini ortaya qoymalıdırlar”.

“Lakin biz unutmamalıyıq ki, dövlət daim mətbuatın inkişafı yönündə müvafiq addımlarını atıb və atır. Hələ Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə zamanında qəzetlərin nəşriyyatlara olan borcları donduruldu və bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir, mediaya maksimum şəkildə dövlət dəstəkləri göstərilir. Əgər zamanında bu dəstəklər göstərilməsəydi, biz indiki zamanda tərəqqi etmiş müasir media ilə ictimaiyyət qarşısına çıxa bilməzdik”, deyə vurğulayan baş redaktor əlavə edib ki, indi isə mühit tamamilə fərqlidir və qeyd edilən dəstəklərdən əlavə rekdaksiyaların öz maliyyə büdcələrini formalaşdırmaq imkanlarına malik olduqlarını, yaxud bunun üçün fəaliyyət göstərməli olduqlarını düşünür: “Bəlkə də müasir ideoloji gündəmimizdə bu mümkün görünmür, çünki mətbuat zaman-zaman dotasiyalar vasitəsi ilə yaşayıb, amma buna baxmayaraq, media qurumları dövlətdən aldığı yardımlarla yanaşı, öz qurumlarının maliyyə büdcələrinin əsaslarını təkmilləşdirməlidirlər. Artıq bu aksiomaya çevrilib. Yəni ən azından, maliyyələrinin bir qismini özləri təmin etməyə öyrənməli, ələbaxımlılıq ənənəsindən ayrılmalıdırlar” deyə B. Quliyev bildirib.

  • Tapdıq Abbas: “Bu cür yardıma bütün media sahəsinin və jurnalistlərin ehtiyacı daha çoxdur”

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin TV-lərə 4 milyon manat maliyyə yardımı ayırmasını müsbət hal hesab edir. “Lakin ölkənin çap və onlayn mediasından fərqli olaraq, ölkədə bahalaşmanın hər gün getdiyi, media sahəsində çalışan jurnalistlərin ağır sosial-iqtisadi çətinlik çəkdiyi hazırkı şəraitində yalnız TV-lərə maliyyə yardımı ayrılmasını normal saymıram. Bu cür yardıma bütün media sahəsinin və jurnalistlərin ehtiyacı daha çoxdur. Hökumətin günahı üzündən onsuz da ağır duruma düşmüş çap və onlayn mediada çalışan insanlara dövlət tərəfindən maddi yardım ayrılmasına uğursuz münasibət danılmaz həqiqətdir və bunun acı nəticələri cəmiyyətdə aydın görünür.

Ölkənin çap və onlayn mediası və bu sahədə çalışan insanlara ögey münasibətin əsas səbəbkarlarının cənab Prezidentin bu sahəni etibar etdiyi yüksək vəzifəli şəxslər olduğunu düşünürəm. Cənab Prezidentin ölkənin media sahəsində start verdiyi dərin islahatların istiqamətini uğura yox, uğursuzluğa yönəldənlərin mövqeyinin daha güclü olduğu çox ciddi şəkildə hiss olunur.

Ölkəmizin bütün sahələrdə qazandığı uğurların dünyada və cəmiyyətdə təbliği sahəsində olan çatışmazlıqların əksəriyyəti, məhz çap və onlayn mediada mövcud maliyyə problemlərilə bağlıdır.

  • Aqil Ələsgər: “…Əlavə yardım əlavə stimul, əlavə motivasiya deməkdir”

Yeniçağ.az-ın baş redaktoru Aqil Ələsgər də hesab edir ki, qəzet və saytlara əlavə maliyyə yardımım ayrılması çox müsbət nəticə verərdi: “Əlbəttə, əlavə yardım əlavə stimul, əlavə motivasiya deməkdir. Ancaq mən yardımdan daha çox ölkədə qeyri-bərabər bölünən reklam “pastasının” ədalətli bölgüsünün müstəqil medianın inkişafında mühüm rol oynayacağı düşüncəsindəyəm. O baxımdan verilən dəstəyi təqdir etməklə yanaşı, mediada yeniliklərin inkişafı üçün reklam bazarının formalaşması, sosial reklamların formalaşması vacibdir. Ancaq bunların olmasının zamana ehtiyacı olduğu üçün media mənsubları Prezidentin çap və onlayn media mənsublarına “əlavə” qayğısına əsla etiraz etməzlər”.

  • Şakir Ağayev: “Çap mediasına da birdəfəlik əlavə yardım ayrılması çox yaxşı olardı”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev bizimlə söhbətində bildirdi ki, Prezidentin TV-lərə maliyyə yardımı ayırması müsbət haldır. O hesab edir ki, saytların və çap mediasının da əlavə maliyyə yardımına ehtiyacı var, xüsusən də çap mətbuatının: “Bilirsiz ki, obyektiv və subyektiv səbəbdən ölkəmizdə bütün məhsulların qiyməti qalxıb, o cümlədən də qəzet kağızının qiymətinin qalxması da heç kəsə sirr deyil. Təbii, başqa sahələrdə də qiymətlərin qalxması çap mediasında işləyən insanların işlərində problemlər yaradıb. Bu özünü istər məhsulun-qəzetin istehsalı sahəsində, istərə də orada işləyən insanların sosial vəziyyətində göstərir. Qəzetlərin o qədər imkanı yoxdur ki, jurnalistlərin social imkanlarını bir az da qaldırsınlar. Təbii ki, dövlət çap və onlayn mediaya da əlavə yardımlar etsəydi çox yaxşı olardı. Çünki əvvəllər çap mediayasına əlavə maliyyə yardımları olurdu. Çap mediasına da birdəfəlik əlavə yardım ayrılması çox yaxşı olardı. Bilirsiz ki, Prezidentin Sərəncamı ilə yanvar ayından bir çox sahələrdə çalışanların əməkhaqları artacaq, pensiya və müavinətlərdə, təqaüdlərdə və sair istiqamətlərdə artımlar olacaq. Bu çox geniş əhatəli işdir. Bu sərəncamlar ona görə verilib ki, insanların maddi rifah halı müasir qiymət artımına uyun olaraq bir qədər yaxşılaşsın. Təbii ki, çap mediasına və onlayn mediaya birdəfəlik yardımlar ayrılsaydı bu həm qəzetlərin yükünü azaldardı, həm də bu yardımlardan jurnalistlərin və redaksiyaların digər əməkdaşlarının əməkhaqqının artırılması üçün istifadə olunardı. Bu reallıqdan gələn bir məsələdir ki, çap mediasına da birdəfəlik yardımlar ayrılarsa, bu işin effektivliyinə də, işçilərin də sosial rifahının yüksəldilməsinə köməklik göstərə bilərdi. Hesab edirəm ki, bu olarsa çox yaxşı olar. Biz qəzet baş redaktorları, təbii ki, belə bir addımı gözləyirik. Belə bir addım atılarsa, bu, medianın inkişafına hardasa bir təsir göstərər. Fikrimcə, həm aidiyyəti orqanlar, həm də baş redaktorlar özləri müraciət edə bilərlər ki, bu yardımdan qəzetlərə də ayrılsın”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ