şənbə günü, 14 noyabr 2026
     

Rusiya İranın əlini İsrailə qarşı gücləndirir, Yaxın Şərq qanlı savaşa yuvarlanır…

Image


Cənub qonşumuz İranla İsrail arasında münasibətlər əvvəlki kimi gərgin məcrada inkişaf edir. İranın nüvə proqramı ilə bağlı aparılan son danışıqlar da İsraili sakitləşdirməyib. İsrailin baş naziri Naftali Bennet çərşənbə günü bildirib ki, dünya gücləri İranla nüvə danışıqlarında daha iddialı mövqe tutmalıdırlar: “Əlbəttə ki, yaxşı razılaşma əldə etmək olar. İndiki dinamikada bu gözlənilirmi? Yox. Çünki daha sərt mövqe olmalıdır. İran çox zəif mövqedən danışıqlar aparır. Amma təəssüf ki, dünya özünü elə aparır, sanki hər şey əksinədir”.

İsrailin xarici işlər naziri Yair Lapid də İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini və nüvə danışıqlarında iştirak edən ölkələri, xüsusilə də ABŞ-ı açıq şəkildə məlumatlandırdıqlarını bildirib: "İranın nüvə proqramını dayandırmaq İsrailin əsas təhlükəsizlik və xarici siyasət sınağıdır". Avstriyanın paytaxtı Vyanada nüvə danışıqlarına qatılan, ABŞ başda olmaqla, bütün beynəlxalq güclərlə görüşdüyünü qeyd edən Lapid əlavə edib: “Bunu hər kəsə açıqladıq: İranın nüvə silahı ölkəsinə çevrilməsinə icazə verməyəcəyik. Prioritetimiz, təbii ki, beynəlxalq əməkdaşlıqla hərəkət etməkdir, lakin lazım gələrsə, özümüzü müdafiə etməkdən də çəkinməyəcəyik". Bunlara paralel olaraq İsrail İrana qarşı hərbi hazırlıqlarını da davam etdirir. Məlumata görə, bu fonda Təl-Əviv İrana hücum planı hazırlayıb və əsas plan 4 nüvə obyektinə hədəflənib. Hərbi mənbələr tərəfindən İsrail təhlükəsizlik qüvvələrinin İranın İsfahan, Ərak, Fordo və Nətənz nüvə obyektlərinə qarşı hava əməliyyatı həyata keçirəcəyi, hücumlarda 100-dən çox təyyarənin istifadə ediləcəyi və bu səbəbdən İsrail radar sistemlərinin nüvə obyektlərini yaxından izlədiyi bildirilir. İsrailin İrana hücuma hazırlaşmaq üçün Yunanıstan, İtaliya və İngiltərədə təlim mərkəzləri yaratdığı da bildirilib. Bundan əvvəl İsrail ordusu İranın nüvə obyektlərinə qarşı mümkün hücum ssenarisi çərçivəsində Aralıq dənizində, Yunanıstanın hava məkanında tarixinin ən böyük hərbi təlimlərindən birini keçirib. İranın “Hatəmül-Ənbiya” qvardiyasının mərkəzi qərargahının komandiri, general-mayor Qolaməli Rəşid bildirir ki, İranın nüvə və hərbi bazalarına İsrail tərəfindən hər hansı təhdid yaşıl işıq və ABŞ-ın dəstəyi olmadan mümkün deyil: “Əgər bu cür təhdidlər praktiki xarakter alacaqsa, İslam Respublikasının Silahlı Qüvvələri dərhal və qətiyyətlə bütün mərkəzlərə, bazalara, marşrutlara və məkanlara hücum edəcək. İsrail İslam Respublikasına qarşı pis niyyətli hərəkətlər etmək imkanını araşdırır. Rejimin danışıqlara zərər vurmaq məqsədi daşıyan zərərli hərəkətlərini nəzərə alsaq, bunun ehtimalı realdır. Əgər sionist rejimin məqsədi İranın nüvə obyektlərinə zərər verməkdirsə, bu, istər-istəməz, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığına mənfi və çəkindirici təsir göstərəcək”. Bunlar fonunda daha bir maraqlı məqam odur ki, bu günlərdə İsrail Hərbi Hava Qüvvələri Suriyanın Latakiyə rayonundakı dəniz ticarət limanının ərazisinə dəqiq raket zərbələri endirib. Suriya mediası raket zərbələrinin hədəfinin limandakı konteyner meydançası olduğunu bildirir. Suriya ordusu hava hücumundan müdafiə sistemlərini işə salıb, amma yayılan kadrlardan görünür ki, İsrail raketlərinə qarşı effektiv ola bilməyib. Zərbələrin Aralıq dənizi üzərindən endirildiyi bildirilir, ehtimal ki, vurulan konteynerlərdə İrandan “Hizbullah”a göndərilən silah-sursat olub. Çünki raket zərbələrindən sonra limanda bir-birinin ardınca şiddətli partlayışlar baş verib. Bu durumda daha bir maraqlı məlumat ondan ibarətdir ki, Rusiya İsrailə qarşı İranın əlini gücləndirməya başlayıb. Belə ki,  Rusiya İrana 24 ədəd Su-35S qırıcısı satmağa hazırlaşır. Bildirilir ki, 4++ nəsil qırıcıların İslam Respublikasına təchizatı gələn il başlayacaq. Müvafiq razılaşmanın Rusiya prezidenti Vladimir Putinin İrana səfəri zamanı imzalanacağı gözlənilir.Gələcəkdə İrana daha 12 ədəd belə qırıcının satılması nəzərdə tutulur ki, bununla da köhnəlmiş döyüş maşınlarından istifadə edən İran Hərbi Hava Qüvvələri öz arsenalını xeyli gücləndirə biləcək. Rusiya mediası yazır ki, Su-35 çox yüksək döyüş xarakteristikasına malikdir və İsrailin, Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə ciddi problem yarada bilər.

O da qeyd edilir ki, İran Rusiyadan “S-400 Triumf” zenit-raket komplekslərinin bir komplektini əldə etmək istəyir. Bu isə İrana İsrailin mümkün hava zərbələrindən qorunmaq üçün daha geniş imkanlar aça bilər. İran Hərbi Hava Qüvvələrinin silahlanmasında əsasən şahın dövründə ABŞ-dan alınmış döyüş təyyarələri yer alır və onların istismar müddəti çoxdan bitib. Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov Kremlin yardımarı sayəsində İranın mövqeyinin əhəmiyyətli dərəcədə güclənəcəyini qeyd edir: “O da diqqətə alınmalıdır ki, dünyanın dörd ən böyük raket istehsalçısından biri olan İran İsraili Yer üzündən silə bilər. Tehran İsrailin təhdidlərini ciddiyə almır. İsrailin İrana qarşı hücum etmə ehtimalı çox zəifdir. Təl-Əvivin İranın konvensional yaxın mənzilli raketlərini dəf edə biləcək havadan müdafiə, yaxud raketdən müdafiə sistemi yoxdur. Tehranın İsrailin nüvə sistemləri və reaktorlarına həyata keçirəcəyi mümkün raket hücumu isə yəhudi torpağını yaşanmaz vəziyyətə gətirə bilər". Sivkov əlavə edib ki, hətta ABŞ müdaxilə etsə də, İrana müqavimət istənilən nəticəni verməyək: “Bu vəziyyətdə Rusiyadan alınan silahlarla İran daha da güclənəcək”. Hesab edilir ki, yaranmış vəziyyət və tərəflərin mövqelərini gücləndirməsi İran və İsrail arasında mümkün savaşın daha qanlı olmasına gətirib çıxaracaq. Hazırda Rusiya İranı, İsrail ABŞ-ı hərb müstəvisində gücləndirir.

Tahir TAĞIYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ