şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan diplomatiyasının möhtəşəm Zəngəzur qələbəsi də gerçəkləşir…

Image


Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisi üçün hazırlıq işlərinə başlayır. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Bu xüsusda Paşinyan bildirib: “Biz artıq elan etmişik ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri hissəsinin tikintisinə hazırlıq işlərinə başlayırıq”.

Bundan əvvəl baş nazirin müavini Mher Qriqoryan demişdi ki, 45 kilometrlik dəmiryolunun tikintisi təxminən 200 milyon dollara başa gələcək və yol üç ildən sonra istifadəyə veriləcək. Lakin o, dəmir yolunun Ermənistan sektorunun tikintisinə nə vaxt başlanacağını deməmişdi. Amma artıq Paşinyan vurğulayıb ki, regional kommunikasiyaların açılması Zəngəzur vilayətinin inkişaf etdirilməsinin əhəmiyyətli faktoru sayılır. Baş nazir əlavə edib ki, bu işdə müəyyən problem və təhlükələr, amma həm də böyük imkanlar var: “Biz gərək ürəkdən və səbrlə işləyək ki, təhlükələri idarə edə, imkanları yarada, Ermənistan Respublikasının, o cümlədən Zəngəzur vilayətinin gələcək inkişafına xidmət edə bilək”. O əlavə edib ki, vilayətdə alternativ yolların tikintisi tam sürətlə davam etdirilir. Rusiyanın TASS xəbər agentliyi yazır ki, Ermənistan və Azərbaycanı birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikilməsi barədə razılaşmanı Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan dekabrın 15-də Brüsseldə keçirilən görüşdə təsdiqləyib. Rusiyanın “iarex.ru” nəşri də yazır ki, Bakı Zəngəzur dəhlizinin açılmasına nail olur: “İlham Əliyev və Nikol Paşinyanın əvvəlcə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə, daha sonra Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə Qərb platformasında, daha sonra isə Fransa prezidenti Emanuel Makronun iştirakı ilə keçirdiyi görüş və danışıqlar müasir siyasi tamaşaları xatırladır. Hər şey bir növ şouya çevrilib, burada birdən-birə pərdə arxasından yeni aktyorlar çıxır, köhnələr isə ikinci, hətta üçüncü planlara düşürlər. Və süjetin inkişafı zamanı hər kəs birtəhər belə bir gizli ssenarinin girovu olur, ilkin hadisə baş verən davamı müəyyən etmir. Özünüz mühakimə edin. İlham Əliyev və Nikol Paşinyan Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti formatında danışıqlar aparıb. Bundan əvvəl iki ölkə liderləri Mişellə ayrı-ayrılıqda görüşüblər. Eyni zamanda, Avropa İttifaqı Şurasının prezidentinin dediyi kimi, bir müddət İlham Əliyev və Nikol Paşinyan arasında təkbətək söhbət olub. Bir çox əlamətlərə görə, hər şey Ermənistan üçün ağrılı olan münaqişədən sonrakı nizamlanma məsələsi, daha dəqiq desək, Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən, Bakıda Zəngəzur dəhlizi adlandırılan yolun yaradılması ətrafında gedib. Üstəlik, İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan Soçi sammitindən sonra bu məsələ ilə bağlı qızğın ziddiyyətlərdən çıxış etsək, az adam gözləyirdi ki, tərəflər sürətlə irəliləyə biləcəklər. Və birdən Brüsseldə məlum oldu ki, tərəflər “bu məsələdə razılığa gələ biliblər”, “müvafiq sərhəd və gömrük nəzarəti vasitələri ilə dəmir yolunun bərpasını qarşılıqlı əsasda həyata keçirməyə” hazırdırlar. Bu da o deməkdir ki, Bakı Zəngəzur məsələsində də qələbəyə imza atıb”.

Məsələ ilə bağlı Türkiyənin “Haber Global” televiziyası bildirir ki, Azərbaycanın türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması üçün diplomatik səyləri öz nəticəsini verməyə başlayıb. Ermənistan Azərbaycanla dəmir yolunun tikintisi üçün hazırlıqlara başlayır. Türkiyə kanalı Zəngəzur dəhlizinin açılışı ilə bağlı

"İlham Əliyev Cənubi Qafqazda proseslərin sahibi, Ərdoğan, Putin və AB müşahidəçi, Paşinyan isə südəmərdir..."

Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamasını xatırladıb: “Paşinyan bildirib ki, Ermənistan hökuməti dəmir yolunun Arazdəyən və Horadiz arasında uzanacaq Mehri hissəsinin tikintisi üçün hazırlıqlara başlayıb. Paşinyan bəyan edib ki, nəqliyyat marşrutlarının açılması müəyyən problemlər və təhlükələr ehtiva etməklə yanaşı, həm də böyük imkanlar bəxş edir və Ermənistan üçün faydalı olacaq”. Dəmir yolu istismara verildikdən sonra Ermənistanın Rusiya və İranla, Naxçıvan Muxtar Respublikasının isə Azərbaycanın əsas hissəsi ilə əlaqə quracağı gözlənilir. Rusiyalı politoloq Stanislav Tarasov qeyd edir ki, Naxçıvanla əlaqənin bu forması Azərbaycan üçün çox vacibdir və Prezident İlham Əliyev bu dəfə də istədiyini alır: “Çünki İlham Əliyev Cənubi Qafqazda proseslərin sahibi, Ərdoğan, Putin və AB müşahidəçi, Paşinyan isə südəmərdir. Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək və Ermənistan heç nə edə bilməyəcək. Söhbət Xankəndidən gedir. Bu ərazilər Ermənistandan tamamilə ayrılacaq və Azərbaycanın nəzarətinə keçəcək, Rusiyanın isə bu proseslərdə müşahidə missiyası olacaq. Bundan əlavə, İrəvan “1915-ci il soyqırımı” terminindən də imtina etməli olacaq”. Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı çox ehtiyatlı davranır: “Çünki İrəvan ikili oyun oynayır. Bir halda ki, Ermənistanda rus dili çoxdan unudulub. Bir ildən sonra İrəvanda heç ingilis dilində də yox, türk dilində danışacaqlar. Ermənilər pul qazanmaq üçün türk dilini öyrənməyə məcbur olacaqlar. Bu mənada Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər də məntiqi xarakter daşıyır. Azərbaycan hədəfinə çatır”.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ