şənbə günü, 14 noyabr 2026
     

Putinin öz partiyadaşı da bizdən icazəsiz Xankəndiyə getdi - bu da hakim partiyanın gedişi...

Image


Hakim “Vahid Rusiya” partiyasının deputatı Vitali Milonov yenidən qanunsuz olaraq Qarabağa gəlib. Rusiya Dumasının deputatı səfər zamanı separatçıbaşı Araik Arutyunyan və digər separatçılarla görüşüb.

İlk dəfə V. Milonov Azərbaycanın suverenliyini pozaraq, 2020-ci ildə Qarabağa səfər edib. V.Milonov Azərbaycana qarşı müntəzəm olaraq hörmətsizlik nümayiş etdirir. Rusiya media orqanlarında birmənalı olaraq ermənipərəst mövqeyindən çıxış edir. Vladimir Jirinovskinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının Dumadakı hansısa deputatı Qarabağa qanunsuz səfər etsəydi, hardasa bunu müəyyən mənada başa düşmək olardı. Çünki Jirinovskinin əzəldən Azərbaycana münasibətdə sərgilədiyi şovinist mövqe hamıya bəllidir. Ancaq nəzərə alsaq ki, Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri yaxşı səviyyədədir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələri ilbəil genişlənir, o zaman hakim partiyanı təmsil edən deputatın Qarabağa qanunsuz səfəri nə deməkdir?

  • “Milonov Kremlin müəyyən qüvvələrindən sifarişlər alır, Bakıya qarşı təzyiq rıçaqı kimi istifadə olunur”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə prizmadan yanaşdı: “Təəssüf ki, biz zaman-zaman Rusiyanın siyasi dairələrinin Azərbaycana qarşı qəbulolunmaz addımlarının şahidlərinə çevrilirik. Xüsusilə, strateji partnyor olmağımıza rəğmən, qonşu ölkənin hakim partiyasının  - “Vahid Rusiya”nın nümayəndəsinin Milonovun Qarabağa qanunsuz səfər etməsi qəbulolunmazdır. Bu kimi qanunsuz səfərlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi müvafiq və qəti tədbirlər görür. Ancaq təəssüf ki, qara siyahıya salınan həmin şəxslər növbəti qanunsuz addımlarını atırlar. Biz fransızların, eləcə də digər ölkələrdən olan şəxslərin də qanunsuz səfərlərini nəzərə almalıyıq. Milonov da bu sıradandır, o daha əvvəl də Xankəndiyə səfər edərək separatçılarla görüşüb. Özünü rəsmi adam kimi təqdim edib. Bu yolverilməzdir və belə çıxır ki, Rusiya bölgədə sülhyaratma missiyasını üzərinə götürdüyünü bəyan etsə də, Azərbaycanın verdiyi qərarlara, ölkəmizin ərazi bütövlüyünə qarşı etinasız, saymazyana davranılır. Əgər düşünsək ki, belə qanunsuz səfərləri bilavasitə ölkələrimiz arasında yaxşı münasibətləri istəməyən siyasi qüvvələr, məsələn Jirinovski kimi radikal, şovinist düşüncəli şəxslər və onların əlaltıları həyata keçirir, bu zaman məntiqi olaraq belələrinin məqsədinin nədən ibarət olduğunu anlaya bilərik. Yəni deyə bilərik ki, məqsəd Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdir. Ancaq görəndə ki, Rusiyanın hakim partiya nümayəndəsi həmin addımı atır və bu partiyanın rəhbərliyi ona qarşı hər hansı bir təzyiq göstərmir, onda məsələ ayrı səmtə doğru yönəlir”.

B.Quliyev açıqlamasında onu da qeyd etdi ki, Milonov bu yaxınlarda apardığı seçki marafonunda azərbaycanlıları təhqir edib, sosial şəbəkələrdəki Azərbaycan seqmentləri ona qarşı haqlı ittihamlar irəli sürüblər: “Bu şəxs birbaşa ermənipərəstliyi ilə tanınır və eyni zamanda, separatçı rejimə dəstəyini gizlətmir. Qondarma qurumun başçısı Araik Arutyunyan Moskvaya etdiyi səfəri zamanı da onu digər ermənipərəst deputatlarla yanaşı Milonov qarşılayıb. Bu gün həmin Milonov Arutyunyanla Xankəndidə görüşür. Əlbəttə, belə məsələlərin onun şəxsi təşəbbüsü olduğunu da deyə bilmərik. Hər halda o, Kremlin müəyyən qüvvələrindən sifarişlər alır, Bakıya qarşı təzyiq rıçaqı kimi istifadə olunur. Lakin hər şeyə rəğmən, Bakı belə məsələlərdə öz qəti mövqeyini bildirir. Hesab edirəm ki, bununla bağlı Rusiyanın Azərbaycandakı səfirliyinə də məlumat veriləcək. Etiraz notası göndəriləcək, hesabat tələb olunacaq. Əks halda, belə səfərlər edənlərin ayaqları yer ala bilər. Bu kimi olayların başvermə səbəblərindən biri də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətlərinə verilmiş Laçın dəhlizi və orada mövcud olan özbaşınalıqlardır. Artıq Azərbaycanın rəhbərliyi də bu barədə bəyanatlar səsləndirib, qanunsuz səfərlərin qarşısının alınması üçün isə dəhlizin girişində Azərbaycanın postlarının qurulması tələbi artmağa başlayıb. Əgər qəti addım atılmasa, bu, Rusiya sülhməramlılarına göstərilən etimadın kifayət qədər aşağı düşməsinə səbəb olacaq. Yəni fakt bu olacaq ki, onlar rəsmi Bakının etimadını doğrulda bilmədilər, bu isə Qarabağ münaqişəsinin həll olunmasında rolu olan Moskva üçün heç də müsbət amil kimi qiymətləndirilə bilməz. Bu gün onlar yaddan çıxarmamalıdır ki, Rusiya sülhməramlılarına mandat verilməyib və verilməməsi səbəbindən biri də məhz bu kimi hadisələrin baş verəcəyi ehtimallarının əvvəlcədən proqnozlaşdırılmasıdır. Təəssüf ki, biz həmin proqnozların doğrulduğunu müşahidə edirik. Ancaq Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan qeyri-qanuni addımların da qarşısının alınması üçün artıq müəyyən mexanizmlərin həyata keçirilməsinin vaxtı çatıb və inanırıq ki, onlar işlək olacaq”.

Politoloq onu da əlavə etdi ki, Rusiya Azərbaycanla strateji partnyorluq münasibətlərini inkişaf etdirmək məqsədini daşıyırsa, bu məsələdə səmimidirsə Kremlin müvafiq qurumları Milonovla bağlı və eləcə də ona bu sifarişi verən hakimiyyətə yaxın dairələrlə bağlı ciddi ölçü götürməyə borcludurlar.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ