şənbə günü, 14 noyabr 2026
     

Türk adlarına artan meyl İran hakimiyyətini qəzəbləndirdi, hələ seriallar…

Image


Cənub qonşumuzla bağlı son günlərin ən çox diqqət çəkən hadisələrindən biri də İranın qeydiyyat idarələrində türk mənşəli adlarla bağlı yaradılan problemlərdir. Məsələn, Cənubi Azərbaycanın Təbriz şəhərində bir ailənin övladına Alparslan adı ilə şəxsiyyət vəsiqəsi almasına maneə törədilib. Ailənin Təbriz Qeydiyyat İdarəsinə müraciətindən 2 ay keçməsinə baxmayaraq, hələ ki, Alparslan şəxsiyyət vəsiqəsi almaqdan məhrumdur.

Təbrizli milli fəal Mustafa Əvəzpur oğlu Alparslanın adı türkcə olduğu üçün Təbriz Qeydiyyat İdarəsinin ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyini bildirib. Əvəzpur İran hökumətinin “türklərə qarşı olan bu siyasəti” ilə bağlı narazılığını ifadə edərək, indiyədək uşağına şəxsiyyət vəsiqəsi verilmədiyi üçün bir çox problemlər yaşadıqlarını bildirib. Alparslanın atası bildirib ki, şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün övladı vaksinasiya və sığortadan məhrum qalıb. Daha bir real misal odur ki, Cənubi Azərbaycanın Culfa şəhərində yaşayan Mehrəlibəyli ailəsi, övladlarının doğumundan 3 il keçməsinə baxmayaraq, şəxsiyyət vəsiqəsi ala bilmir. İran Qeydiyyat İdarəsi Mehrəlibəyli ailəsinin övladına Huntay adı ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edir. Huntay adlı uşağın atası Taymaz Mehrəlibəyli deyir ki, Huntaya şəxsiyyət vəsiqəsinin verilməməsi, İranda digər türk uşaqlar kimi, sadəcə adının tam türkcə olması ilə bağlıdır. Huntayın atası deyir ki, şəxsiyyət vəsiqəsi almaq ailəsinin doğal vətəndaşlıq haqqıdır və ölkənin konstitutiyasına zidd deyil. Onu da qeyd edək ki, son zamanlar Cənubi Azərbaycanda ailələrin uşaqları üçün türkcə ad seçməsi, xüsusilə milli fəallar arasında populyar bir hal alır. Uşaqlarına türkcə ad seçərək şəxsiyyət vəsiqəsi almaq istəyən ailələr uzunmüddətli bir prosedurdan keçərək, bəzən hətta məhkəmənin müsbət qərarı ilə onu almağa nail olur. Buna baxmayaraq, uzun illər mübarizə aparsa da. övladlarına şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr də var. İnsan hüquqları üzrə fəaliyyət göstərən “Ərk” cəmiyyəti sosial media səhifəsində Ayıl, Anar, Sevgi, Yağış, Atakan, Oğuz, Türkay, Tarkan və Anna adlı uşaqların adını qeyd edərək,  Qeydiyyat İdarəsinin bu adlara etiraz etdiyini və şəxsiyyət vəsiqəsi verməkdən imtina etdiyini yazıb.

İran Qeydiyyat İdarəsi türkcə adlara etirazın səbəbini bu adların İran mənşəli olmaması ilə əsaslandırır. Halbuki, uşaq doğulduğu zaman valideyni tərəfindən ona adın seçilməsi ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilib və fundamental insan hüquqlarından biri sayılır. Bununla belə İranda ailələr uşaqları üçün sadəcə Qeydiyyat İdarəsi tərəfindən təsdiq edilən adlar siyahısından ad seçə bilirlər. Siyahıda olmayan adla övladına şəxsiyyət vəsiqəsi almaq istəyən ailələr aylar və bəzən illərlə bürokratiya və məhkəmə prosedurları ilə məşğul olmaq məcburiyyətində qalırlar. Amma İran hakimiyyəti təkcə türk mənşəli adlarla problem yaratmır. Türkiyə istehsalı olan seraillar da bu ölkədə son dövrlərdə ciddi ziddiyyət predmetinə çevrilib. İranın yarı-rəsmi “Mehr” agentliyi Türkiyə seriallarının Cənubi Azərbaycandakı təsirinin təhlükəli olduğunu yazır. Agentlik bu barədə “Ortaq dilin başa bəla olması” başlıqlı bir reportaj yayımlayıb. Məsələ ilə bağlı “Amerikanın Səsi” radiosuna danışan sosioloq Vahid Qarabağlı Türkiyə seriallarının İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan türklər üçün böyük bir imkan olduğunu vurğulayır. Onun sözlərinə görə, türk seriallarının dünyadakı populyarlığı və cazibəsi bir yana, İranda bu seriallara başqa səbəblərə görə də ehtiyac var: “O cümlədən, İranda radio və televiziyanın sadəcə dövlət manipulyasiyasında olması və özəl sektora televiziya kanalı açmaq və serial istehsal etmək imkanının verilməməsi. Həmçinin, istehsal edilən serialların da sadəcə İran rejiminin cızdığı ideoloji dəyərlər çəçivəsində olması. Buna görə, insanlar İran televiziyasının filmlərini izləməkdən yorulur. Yəni Türkiyə kanalları iranlılar üçün böyük imkandır”. Xatırladaq ki, hələ iyul ayında İranın İrşad və mədəniyyət naziri Seyyid Abbas Salehi ölkə parlamentindəki nitqində İslam Respublikasının “inqilabı və islami mesajını dünyaya ixrac etmək üçün ev serialları sahəsində strateji siyasətlərə ehtiyac olduğunu” önə çəkmişdi. O, Türkiyənin istehsal etdiyi serialların dünyada əldə etdiyi uğura diqqət çəkərək demişdi:  “Türkiyənin istehsal etdiyi 150 teleserial 100-dən artıq ölkəyə ixrac edilir. Türkiyənin 12 min əhalisi olan kiçik Söğüt şəhəri Ərtuğrul serialı sayəsində dünyada tanınmağa başlayıb”.

Vahid Qarabağlının sözlərinə görə, İran əhalisi öz zövqlərinə görə müxtəlif janrlarda çəkilmiş türk seriallarını izləyirlər: “İranlılar bu serialları pul vermədən internetdən, ya peyk antennası vasitəsilə izləyə bilirlər. İranda peykdən istifadə etmək yasaqdır, amma bir çox ailə buna baxmayaraq peykdən istifadə edir. İran toplumunun fərqli qrupları Türkiyə telekanallarının təqdim etdiyi çox sayda dizi içindən sevdikləri mövzuları, tarix mövzusu olsun, ailə, sevgi və ya döyüş janrında sevdikləri serialları izləyə bilirlər”. Qarabağlı bu serialların İran Azərbaycanı və digər bölgələrdə yaşayan türklər üçün əlavə əhəmiyyətə malik olduğunu qeyd edir: “Bu səbəblərin yanında Güney Azərbaycan və ümumiyyətlə ölkədə türklərin yaşadığı bölgələrdə bir də bu var ki, türklər Türkiyə kanallarını keçmişdə də izləyirdilər. Türkiyənin musiqisini, müğənnilərini, aktyorlarını tanıyırdılar. Çünki onların dil ehtiyacları İranda qarşılanmır. İranda türklərin öz dillərində ölkə səviyyəsində televziya kanalları yoxdur. Bu, özəlliklə fars dilini bilməyənlər üçün problemdir. Bunların sayı çoxdur. Bir çox ailə var ki, ata və ana farsca bilmir və bunlar öz ölkələrində radio və televiziyadan məhrumdurlar. Çünki dili bilmirlər”. O, həmçinin, türk icmasının İran televiziyasında yayımlanan bəzi proqramlardan narahat olduğuna diqqət çəkir: “Türkiyə seriallarının rəğbət görməsinin başqa bir səbəbi də budur ki, İranda illərdir türklərin televiziya proqramları və seriallarından yaxşı təcrübələri yoxdur. İran televiziyasının filmlərində türkləri mənfi və stereotip xarakterlərlə göstərirlər. Onları aşağılayırlar. Türklərin farsca danışarkən ləhcələri şişirdilir və gülünc göstərilir. Türklər bundan çox inciyiblər”. Son vaxtlar Türkiyə telekanallarının İranda dövlət qurmuş türk sülalələri, o cümlədən səlcuqlular haqqında yayımladığı seriallar İran Azərbaycanında, xüsusilə təhsilli əhalinin diqqətini cəlb edir. Vahid Qarabağlı deyir ki, İranda min il boyunca türk hökmranlıqları olub: “Bunların ən önəmlilərindən biri Səlcuqlulardır. Amma tarix dərsliklərində bunların sadəcə adı keçir. Daha çox yazılır ki, bu hökmranlıqların böyük və uğurlu olmasının səbəbi onların ağıllı iranlı vəzirləri olması idi. İranlı deyəndə də ümumuyyətlə farsları nəzərdə tuturlar. Yəni İran tarixində türklərin önəmini azaldırlar. Hədəfləri türkü təhqir etməkdir”. O hesab edir ki, Türkiyə serialları İranda yaşayan türklərə İran dövlətinin yaratdığı rəsmi tarix anlayışına alternativ bir tarix anlayışı təqdim edir: “İranda türklər Türkiyənin hazırladığı “Diriliş Ertuğrul” və “Böyük Səlcuqlu” kimi seriallarda fərqli bir tarix anlayışına şahid olurlar. Burada Səlcuqluların möhtəşəmliyini görürlər. Bu seriallarda türklərin öndə olduğunu və təhqir olunmadığını görürlər. Bu, İrandakı türklərə təqdim edilən alternativ bir tarixdir. İranın o rəsmi, irqçi və antitürk tarix anlayışını sorğulayan bir alternativ. İranda türklər bu serialları həyəcanla izləyirlər. Əslində, onlar illərdir ki, İranda yaradılmış bu fars mərkəzli tarix anlayışını sorğulamağa çalışırdılar. Bu seriallar onların əlini bu mücadilədə gücləndirir. Məsələn, yaxınlarına deyirlər ki, baxın, Səlcuqlular İranda yeni təqvim sistemi yaradıblar. Böyük bir mədəniyyət qoyublar. Biz bu mədəniyyətin varisləriyik”.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ