Bazar günü günü, 27 sentyabr 2026
     

“10 noyabr sənədini icra edəcəyik, Şuşanı qaytaracağıq” - Köçəryandan yeni platforma...

Image


Ermənistanın keçmiş prezidenti, müxalif Hayastan blokunun lideri Robert Köçəryan ilin yekinlarına həsr olunmuş mətbuat konfransında hökumətin bütün sahələrdəki fəaliyyətini, o cümlədən Qarabağ məsələsindəki mövqeyini kəskin tənqid edib. Köçəryanın fikrincə, hakimiyyət təhlükəsizlikdən tutmuş xarici siyasət, təbliğat, iqtisadiyyat və sosial məsələlərədək Qarabağ tənzimləməsinin bütün sferalarını iflasa uğradıb. Əslən qarabağlı keçmiş prezident deyib ki, Qarabağ məsələsində Ermənistan əlini üzüb.

Bununla belə, R.Köçəryanın keçirdiyi mətbuat konfransında belə məlum oldu ki, o özü də Qarabağla bağlı proseslərin geridönməz olduğunun fərqindədir. Mətbuat konfransında R.Köçəryan hakimiyyətə gəldiyi halda Qarabağla bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata yenidən baxmayacağını bildirib: “Çünki bu sənədin əsas bəndləri artıq icra olunub. Bütün ən pis şeylər artıq baş verib. Üstəlik, denonsasiya əsirlərin qaytarılmasına olan ümidləri də puça çıxaracaq. Mən heç olmasa keçmiş DQMV-nin sərhədlərini bərpa etməyə, Hadrut və Şuşanı geri qaytarmağa çalışacağam. Bəzi sahələrdə nəyisə düzəldə bilərik, o cümlədən, “artsax”ın statusu ilə bağlı məsələni”.

Görünən odur ki, əslində R.Köçəryanın özü də dediklərinə inanmır. O, sadəcə ictimai rəyə hesablanmış açıqlamalarla çıxış edir.

  • “Bölgədəki yeni geosiyasi realliqlar hazırda Rusiyanı qane etdiyindən, Kreml...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafovun fikrincə, Ermənistanın sabiq prezidentinin məlum fikirləri əslində konyunktur maraqlara hesablanıb: “Ermənistanın sabiq prezidentinin hakimiyyətə gələcəyi halda DQMV-nin sərhədlərini bərpa edəcəyi, Hadrut və Şuşanı geri qaytaracagı ilə bağlı verdiyi vədlər ictimai rəyə hesablanıb. Ermənistanda parlament seçkiləri ərəfəsində R.Köçəryan belə konyunktur maraqlara hesablanmış vədlər verdi, amma buna inanan olmadı. Çünki reallıq tamam başqadır. Azərbaycan Birinci Qarabağ müharibəsində məğlub olduğu halda Qarabağdan imtina etmədi. İkinci müharibədə qalib olduğu halda Qarabağı güzəştə gedərmi? Təbii ki, yox. Bunu hamıdan yaxşı R.Köçəryan bilir. Sabiq prezident bu sayaq açıqlamaları ilə seçkilərdə millətçi kəsimin, etiraz elektoratının səslərini qazanacağına umid edirdi. Lakin Ermənistandakı seçkilər artıq arxada qalıb. Məlum olduğu kimi, həmin seçkilərdə Paşinyan və tərəfdarları böyük üstünlüklə qalib gələrək hazırkı hökuməti formalaşdırıblar. Erməni müxalifəti isə, üst-üstə göturüldükdə, parlamentdəki yerlərin təxminən 5/1-ni qazandı. Deməli, icra hakimiyyətinin səlahiyyətləri Paşinyanın komandasının əlində cəmləşib. Ölkənin müqəddəratı üçün bütün məsul qərarların qəbul edilməsi səlahiyyətləri də Paşinyan iqtidarına aiddir. Parlamentdə azlıqda qalan erməni müxalifətinin hökumət qərarlarına, habelə qanunvericilik proseslərinə təsir imkanları kifayət qədər məhduddur. Müxalifət vahid cəbhədən çıxış etmədiyindən etiraz elektoratı da pərakəndə haldadir. İctimai rəyə yetərincə təsir imkanlarına malik deyil. Məğlubiyyətin erməni cəmiyyətində doğurduğu ciddi rezonansa baxmayaraq, ölkə seçicilərinin mütləq əksəriyyətinin Paşinyana olan etimadı sarsılmayib. Görünür, erməni cəmiyyəti məğlubiyyətin əsas səbəbini Paşinyan iqtidarına sabiq prezidentlərdən miras qalan və dövlətçiliyi içəridən didib-dağıdan korrupsiyada, kölgə iqtisadiyyatında, azad məhkəmə hakimiyyətinin zəif olmasında, işsizlik, miqrasiya, işçi və beyin qüvvəsinin axınında görür. Erməni müxalifətinin Paşinyan iqtidarına təsir imkanlari isə yalniz geosiyasi ampluada mövcuddur. Əsasən Rusiya iqtidari ilə bağlı olan, onun Ermənistandakı maraqlarının təmsilçisi olan məlum qüvvələr bunu edə bilər. Ermənistanda hakimiyyət uğrunda mübarizədə Rusiyadakı bəlli dairələr ötürücu qayış rolunda çıxış edirlər. Rusiya Ermənistan uğrunda onunla qlobal maliyyə mərkəzləri arasinda gedən geosiyasi mübarizədə məlum muxalif quvvələrdən hələlik əyləc mexanizmləri olaraq istifadə edir. Bölgədəki yeni geosiyasi realliqlar hazırda Rusiyanı qane etdiyindən, Kreml hələlik bu əyləclərdən tam mənada istifadə etməyə lüzum görmür”.

Bu mənada politoloq hesab edir ki, Ermənistan müxalifətinin mövcud reallıqları dəyişmək imkanları sıfıra bərabərdir.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "daha uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ