şənbə günü, 14 noyabr 2026
     

Rusiya Ukraynada NATO-ya qarşı müharibə qərarı verdi

Image


Rusiya və NATO arasında Ukraynaya görə yaranmış mübahisə daha da dərinləşməkdə, hətta savaş həddinə çatmaqdadır. Kreml bu fonda NATO-nu açıq şəkildə hədələyir.  Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Kremlin  NATO-nun Şərqə doğru genişlənməsinə reaksiyası çox fərqli ola bilər, qərar rus hərbi ekspertlərinin verdiyi təkliflərdən asılıdır: "Rusiyanın cavabı çox fərqli ola bilər. Bu, hərbi ekspertlərimizin mənə verəcəyi təkliflərdən asılıdır".

Putin bildirib ki, Rusiya diplomatik danışıqlarda nəticə əldə etmək üçün ABŞ və NATO-ya strateji təhlükəsizlik təminatları təklif edib: “Ancaq ümid edirəm ki, hər şeyə rəğmən, biz bu diplomatik proses baxımından nəyisə söndürmək və dayandırmaq üçün nəsə təklif etməmişik. Lakin diplomatik danışıqlarda, artıq dediyim kimi, hüquqi cəhətdən, təklif etdiyimiz sənədlər çərçivəsində nəticə əldə etmək üçün çalışacaq”. O, eyni zamanda qeyd edib ki, Rusiya ABŞ-ın dost olmayan addımlarına cavab olaraq uyğun hərbi-texniki tədbirlər həyata keçirəcək: “Qərbli həmkarlarımız açıq-aşkar təcavüzkar xətti davam etdirərsə, biz uyğun cavab olaraq hərbi-texniki tədbirlər görəcəyik. Dostca olmayan addımlara sərt cavab veriləcək. Rusiyanın suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə fəaliyyət göstərməyə tam haqqımız çatır”. Belə bir vaxtda Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin xarici ölkələrin Moskvada akkreditasiya olunmuş hərbi attaşeləri üçün keçirdiyi brifinqdə bildirib ki, NATO Rusiya ilə genişmiqyaslı münaqişəyə hazırlaşır:  “Blokun hərbi quruculuğu bütövlüklə Rusiya ilə yüksək intensivlikli hərbi konfliktə yönəlib”. Fomin vurğulayıb ki, NATO-nun doktrina sənədlərində, o cümlədən 2019-cu ilin hərbi strategiyasında Rusiya koalisyon təhlükəsizliyə birbaşa təhdid kimi göstərilir. Fomin bildirib ki, NATO-nun Şərqə ən əhəmiyyətli genişlənməsi 2002-ci ildə baş verib. Alyansın infrastrukturunun Rusiyanın qərb sərhədlərinə yaxınlaşmasının bir neçə dalğası zamanı blok öz döyüş potensialını xeyli artırıb: "2002-ci ildə Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya və Sloveniyanın alyansa qoşulması ilə bağlı danışıqlara başlanılıb. Onlar da 2004-cü ilin martında NATO-ya üzv olublar. Bu, NATO-nun ən böyük genişlənməsi mərhələsi olub. Bununla belə, blokun Şərq cinahında potensialı artıb". Onun sözlərinə görə, blokun sərhədləri min kilometrdən çox Şərqə doğru irəliləyib ki, bu da ona Rusiya ərazisindəki hədəfləri məğlub etmək üçün qeyri-strateji silahlardan istifadə imkanı verib: "Məsələn, Estoniyadakı hava bazalarından Sankt-Peterburqa minimum uçuş müddəti bir neçə dəqiqəyə endirildi. Kalininqrad vilayətinin çox hissəsi təkcə artilleriya sistemlərinin hədəf diarəsində idi. Şərqi Avropa ölkələrinin ərazisində xeyli sayda infrastruktur obyekti NATO-nun sərəncamına keçib ki, bu da qoşunların yerləşdirilməsi və köçürülməsi imkanlarını genişləndirib".

O qeyd edib ki, blokun arsenalına keçmiş Varşava Müqaviləsi ölkələrinin çoxlu sayda silahı, hərbi texnikası və insan resursları əlavə edilib: “NATO Baltik və Qara dənizlərdə yeni limanlara çıxış əldə edib, alyansın hərbi dəniz qüvvələrinin əməliyyat imkanlarını genişləndirib. Bu minvalla,“NATO-nun Şərqə doğru genişlənmə potensialı artıb və bu prosesə Rusiya Federasiyası təhrik etməyib. Son bir neçə ildə NATO Rusiyanın maraqlarına məhəl qoymayıb və Moskva əməkdaşlıq qurmağa çalışarkən bərabərhüquqlu dialoqdan imtina edir. Alyans ardıcıl olaraq Rusiyanın maraqlarına məhəl qoymayıb və mövcud problemlərin ədalətli müzakirəsindən yayınıb. Məsələn, 2009-cu ildə Rusiyanın 2008-ci ildə Gürcüstanda baş verən hadisələrin təsiri altında ikitərəfli münasibətlərin soyuması fonunda qarşılıqlı təhlükəsizlik təminatlarını gücləndirmək üçün nəzərdə tutulmuş yeni hərtərəfli saziş bağlamaq təklifi rədd edilib".

Bütün bunlara cavab olaraq Rusiya Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməkdə davam edir və Qərb mənbələri cəmləşdirilən canlı qüvvənin sayının 350 minə çatacağını bildirir.  Hətta hücumun hansı istiqamətdən başlayacağına dair məlumatlar da var.  “The Washington Post” yazır ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə qərar versə, qoşunlar indiyədək təxmin edildiyi kimi qurudan - separatçıların nəzarətində olan Donbasdan və ya Krım istiqamətindən deyil, Azov dənizi üzərindən ilk həmləni edəcək. Belə ki, Azov dənizi sahilində Ukrayna ordusunun müdafiə istehkamları zəifdir və Rusiya desantı asanlıqla bu istiqamətdən quruya çıxaraq sürətlə yeni ərazilər tuta bilər. Ukrayna Müdafiə Nazirliyindən isə bildirirlər ki, hazırda Azov dənizi sahili boyu müdafiə istehkamları gücləndirilir. Bu arada sosial şəbəkələrdə Rusiya ordusunun yeni birləşmələrinin Ukrayna sərhədi istiqamətində hərəkətinə dair görüntülər yayılmaqdadır. Rusiyalı sosial şəbəkə istifadəçiləri Novozıbkov dəmir yol stansiyasına çoxsaylı hərbi texnikanın boşaldıldığını bildirir. Bu stansiya Ukraynanın Çerniqov vilayətindən cəmi 66 kilometr məsafədədir. Ehtimal edilir ki, həmin texnika Çerniqov vilayəti ilə həmsərhəd Klimovo şəhəri ətrafında yaradılan yeni səhra düşərgəsinə cəmləşdirilir. Bununla yanaşı, Rusiya mənbələri Ukrayna sərhədlərinə tərəf “Buk-M3” və S-350 “Vityaz” zenit-raket komplekslərinin yeni diviziyonlarının hərəkət etdiyini bildirirlər. Sosial şəbəkələrdə yayılan videolardan birində Moskva ətrafındakı hərbi hissələrdən birindən S-400 “Triumf” zenit-raket komplekslərinin Ukrayna istiqamətində hərəkət etdiyinə dair görüntülər yayılıb. Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna üzərinə hücuma fevralın sonlarında, yanvarın əvvəllərində başlaya biləcəyinə dair xəbərdarlıq yayıb. Bunu Ukrayna tərəfi də istisna etmir. Amerikalı politoloq Çak Devor bu fonda qeyd edir ki, Co Bayden və onun administrasiyasının qlobal çağırışlara ləng reaksiyası təhlükəli nəticələrə, o cümlədən müharibəyə gətirib çıxaracaq:  “Baydenin yöndəmsizliyi Çin və Rusiyanı qətiyyətli və təcavüzkar addımlar atmağa sövq edir. Bu fonda dünyada Ukraynaya görə müharibə başlaya bilər, Amerika və onun müttəfiqləri isə tamam nüfuzdən düşəcək”. Onun sözlərinə görə, dünya təkcə Ağ Evin prosesləri düzgün analiz edə bilməməsi səbəbindən deyil, eyni zamanda çevik reaksiya verməməsindən dolayı da təhlükəli vəziyyətdədir.

Ramil QULİYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ