şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Ermənistanı beynəlxalq məhkəmələrdə məhşər ayağına çəkir…

Image


İstər ərazilərimizi işğalda saxladığı dönəmdə, istərsə də ondan sonra Ermənistan Azərbaycana qarşı çoxsaylı müharibə cinayətlərinə yol verib. Ümumiyyətlə, Ermənistanın ölkəmizə qarşı bu qəbildən olan cinayətləri 1988-ci ildən daha itensiv xarakter alıb və təəssüf ki, hələ də davam edir. Lakin Azərbaycan hələ lap əvvəldən xəbərdarlıq etmişdi ki, həmin cinayətlərə görə Ermənistan mütləq cavab verəcək və hazırda proseslər də məhz bu istiqamətdə cərəyan edir.

Düşmən ekoloji cinayətlərinə görə də cavab verəcək

Artıq beynəlxalq miqyasda da qəbul edilmiş həqiqətdir ki, İkinci Qarabağ müharibəsindən sonra regionda tamamilə yeni vəziyyət yaranıb. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda və dünyada mövqelərini daha güclü hala gətirib. Elə bu fonda Azərbaycan Ermənistanı törətdiyi müharibə cinayətlərinə görə cavab verməyə vadar edir və bu istiqamətdə konkret addımlarını davam etdirir. Məhz belə bir vaxtda bəlli olub ki, Azərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha iki iddia qaldıracaq. Belə ki, ekologiya konvensiyasının pozulması nəticəsində Azərbaycan təbiətinə vurulan ziyanla bağlı yaxın vaxtlarda Ermənistana qarşı beynəlxalq arbitraja müraciət ediləcək. Eyni zamanda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi ilə bağlı müvafiq konvensiyalara uyğun olaraq beynəlxalq məhkəməyə müraciət olunacaq.

Qeyd edək ki, işğal dövründə Ermənistan Azərbaycana ekoloji müstəvidə də külli-miqdarda ziyan vurub. Amma Azərbaycan digər müstəvilərdə də Ermənistanı beynəlxalq məhkəmələrə çəkir. Bu fonda xatırlatmaq yerinə düşərdi ki, daha əvvəl iki beynəlxalq instansiyada Azərbaycan tərəfindən Ermənistan dövlətinə qarşı iddia qaldırılıb.  Birinci iddia 2021-ci ilin yanvar ayında İnsan Hüquqları üzrə Avropa Məhkəməsində qaldırılıb. Azərbaycan bildirir ki, 1950-ci il “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanı  Ermənistan kobud şəkildə pozub və buna görə cavab verməlidir. İkinci beynəlxalq instansiya isə Beynəlxalq Ədalət Məhkəməsində olub. Burada söhbət 1965-ci il “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyanın Azərbaycana münasibətdə Ermənistan tərəfindən pozulmasından gedir. Qeyd edəkki, dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın qaldırdığı iddia ilə bağlı qəbul etdiyi qərar ölkəmizin tam haqlı olduğunu üzə çıxarıb. Belə ki, Məhkəmə Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. O da mühüm məqamdır ki, Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddiasına da baxılmış və tələbinin heç bir əsasının olmadığı bildirilərək rədd edilib. Ermənistanın iddiası Azərbaycanda saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılmasına, Bakıdakı Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər olub. Lakin bunlar əsassız sayılıb. Çünki Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadığı halda, ölkəmizdə on minlərlə erməni yaşayır. Eləcə də  Azərbaycanda yaşayan ermənilərə qarşı heç bir təzyiq və ya ayrı-seçkilik yoxdur. Bunun əvəzində vaxtilə ermənilər Ermənistanda yaşayan azərbaycanlıları məqsədli şəkildə qovaraq etnik təmizlənmə həyata keçirib. Bütün bunları dünya ictimaiyyəti də nəzərə alır.

Qarabağda erməni əsilli Azərbaycan vətəndaşları üçün də ciddi təhlükə yaranıb

Azərbaycan Ermənistanın digər müharibə cinayətlərinə görə cavab verməsi üçün də müvafiq addımlar atır. Bunlardan biri də mina məsələləridir. Ermənistan tərəfinin ölkəmizə indiyə kimi təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faizdir. Belə qeyri-dəqiq xəritələr azərbaycanlı məcburi köçkünlərin geri dönüşünə əngəl törədir.

Bundan başqa, mina partlaması nəticəsində müharibədən sonra da çoxsaylı insanlar həlak olub və xəsarət alıb. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətini ona yönəldir ki, minalanmış ərazilərin təmizlənməsini özündə ehtiva edən çoxsaylı beynəlxalq hüquq aktları qəbul edilib. “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci  Protokolunu, 1999-cu il “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” BMT Konvensiyanı buna konkret misal kimi göstərmək olar. Azərbaycan azad edilmiş ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsi üçün müvafiq işlər görür. Sadəcə, dəqiq müvafiq xəritələrin yoxluğu minatəmizləmə prosesinin sürətini aşağı salır, həm də onların aşkarlanaraq zərərsizləşdirilməsi işlərinin uzanmasına gətirib çıxarır. Ermənistanın ölkəmizə qarşı törətdiyi digər müharibə cinayəti Azərbaycan ərazilərində hələ də silahlı terrorçular saxlamasıdır. Belə ki, 10 noyabr bəyanatına əsasən, Ermənistan Azərbaycan ərazisindən bütün silahlı qüvvələrini çıxarmalıdır. Çıxarılmayan silahlı qüvvələr artıq terrorçulardır və Azərbaycanən güc strukturları üçün qanuni hədəfdir. Bununla belə hələ də ölkəmizin ərazisində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında belə qüvvələr qalmaqdadır. Bu fonda maraqlı bir məqamı da qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında özbaşınalıq halalrı da artır və bu da onların daha təhlükəli olduğunu göstərir. Belə ki, Xocavənd rayonu ərazisindəki Yemişcan yaşayış məntəqəsi istiqamətində spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşən Ermənistandan gəlmiş “könüllülər”lə qarabağlı ermənilər arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Qanunsuz silahlı dəstənin üzvləri Qor Akopyan və Samvel Minasyan insident zamanı küt və kəsici alətlərdən aldığı zərbələr nəticəsində ağır bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb.O da bildirilir ki, qanunsuz erməni silahlı dəstələrinin son vaxtlar narkotik maddə və spirtli içkilər qəbul etmə, qumar oynamaq kimi vərdişlərə aludə olan üzvləri arasında belə münaqişələrin sayı xeyli çoxalıb. Bu, Qarabağda qalan erməniəsilli Azərbaycan vətəndaşları üçün də ciddi təhdidlər deməkdir və Bakı onların müdafiəsi üçün antiterror əməliyyatına start verə bilər.

Azərbaycanı maraqlandıran daha bir məsələ Ermənistan ordusu tərəfindən törədilmiş hərbi cinayətlərlə bağlı qarşı tərəfdə mövcud olan sübutların qorunub saxlanılmasıdır. Daha bir məqam Ermənistanın revanşist yönümlü qruplarının zorakı çağırışlarla çıxış edək azərbaycanlıları etnik zəmində hədəf almasıdır.  Ermənistan tərəfi hələ də başa düşmək istəmir  ki, belə sərsəm mövqe sülh üçün ciddi zərbə olmaqla yanaşı, beynəlxalq hüququn kobud pozuntusunun növbəti təzahürüdür. Azərbaycan qeyd edilən məqamlarla bağlı beynəlxalq instansiya məhkəmələrində müvafiq vəsatətlər qaldrıb.  Azərbaycana qarşı bu və digər müharibə cinayətlərini davam etdirən Ermənistan regionda qalıcı sülhün mövcudluğuna zərbə vurmaqla özünü çıxılmaz vəziyyətə salır. Çünki Azərbaycanla münasibətlərini normallaşdırmadan Ermənistanın inkişafı, ümumiyyətlə bir dövlət olaraq varlığını davam etdirməsi mümkün deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ