şənbə günü, 14 noyabr 2026
     

Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırmaqda - İrəvan hərəkət etməsə… İş Bakıya düşəcək…

Image


Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımaqla yekun sülh müqaviləsini imzalaması bu gün Cənubi Qafqazda sabitlik və tərəqqi üçün əsas şərtlər sırasında yer alır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan yekun sülh müqaviləsinin imzalanması ilə qarşılıqlı əməkdaşlığa start verilməsi üçün Ermənistana müvafiq müraciət edib. Belə görünür ki, indiki Ermənistan hakimiyyəti də bu prosesdə maraqlı tərəf qismində çıxış edir. Amma revanşist qüvvələr prosesə əngəl olmağa çalışır.

Ermənistanın keçmiş prezidenti, müxalif “Hayastan” blokunun lideri Robert Köçəryanın ilin yekinlarına həsr olunmuş mətbuat konfransında səsləndiridiyi fikirlər də bunu təsdiq edir. Hökumətin bütün sahələrdəki fəaliyyətini, o cümlədən Qarabağ məsələsindəki mövqeyini kəskin tənqid edən Köçəryanın fikrincə, hakimiyyət təhlükəsizlikdən tutmuş xarici siyasət, təbliğat, iqtisadiyyat və sosial məsələlərədək Qarabağ tənzimləməsinin bütün sferalarını iflasa uğradıb: “Bitməkdə olan ildə Qarabağın gələcəyi və təhlükəsizliyi qeyri-müəyyən qalıb və yalnız bir məsələ aydınlaşıb, bu da Ermənistan hakimiyyətinin Qarabağ tənzimləməsinə münasibətidir. Əgər baş nazir deyirsə ki, artıq 2016-cı ildən Qarabağın Azərbaycanın hüdudlarından kənarda status almasının heç nəzəri imkanı da yoxdur, bu artıq Ermənistan Respublikasının mövqeyidir. Bu o deməkdir ki, Qarabağ məsələsində Ermənistan əlini üzüb”. Amma müxalifət liderinin özü də Qarabağ məsələsinin gələcəyini necə gördüyünü açıqlamayıb. O deyib ki, bu vəziyyətdə nəyisə fəal diplomatiya ilə xilas etmək olar: “Amma bu hakimiyyət heç bunu da eləməyə cəhd göstərməyəcək. Bu adamlar bütün şüurlu həyatları boyu elə bu gün düşündükləri kimi düşünüblər. Onlardan gözlənti sıfırdır. İndi mən bunu dəyişməyi, bütün ömürləri boyu başqa cür düşündüklərini isbat edən insanlara imkan verilməsini təklif edirəm”. Köçəryanın sözlərinə görə, “Dağlıq Qarabağın ərazi bütövlüyünü heç olmasa DQMV (Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) sərhədlərində bərpa etməyə çalışmaq olar”. “Azatutyun” radiosunun yazdığına görə, Köçəryan bunun da necə edilə biləcəyini açıqlamayıb. Köçəryan bildirib ki, vətəndaşların indiki hakimiyyətə etimadı kəskin azalıb. O etiraf edib ki, bu müddət ərzində müxalifətin də reytinqi düşüb.

Bu arada Qarabağ separatçıları Ermənistan baş naziri Nikol Paşinyanın həftəsonu keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə etiraz edən bəyanatla çıxış ediblər. Bu bəyanatda “Dağlıq Qarabağın parlamenti” kimi təqdim olunan qurumun adından bildirilir ki, “Qarabağ Respublikasının gələcəyi barədə qərarı yalnız onun seçkili orqanları müəyyən edə bilər”. Bu da qeyd olunur ki, Nikol Paşinyanın son mətbuat konfransında səsləndirdiyi fikirlər “ziyanlı və təhlükəlidir”. Beləliklə, proseslər göstərir ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın rəhbərlik etdiyi müxalif qüvvələr iki ölkə arasında  hər hansı formada əməkdaşlıq münasibətlərinin qurulmasına qarşıdır. Onlar hələ də İkinci Qarabağ müharibəsinin nəticələri ilə manipulyasiya edib siyasi dividendlər əldə etməyə can atırlar. Həmin qüvvələrin revanşizm mövqeyindən çıxış etməsi, Azərbaycan ərazilərinə iddia edib bu xüsusda müəyyən sənədlərin qəbuluna nail olmaq cəhdləri də qeyd edilənləri təsdiq edir. Halbuki, belə yanaşma ilə onlar Ermənistanı yeni fəlakətlər girdabına sürükləyirlər. Azərbaycan postmüharibə dövründə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanda baş qaldıran istənilən revanşist qüvvəyə ən sərt şəkildə cavab veriləcək. Məsələn, Prezident İlham Əliyev bu xüsusda konkret mesajlar verib: “Bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyl olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır”. Bu xəbərdarlıq fonunda  revanşist qüvvələr Azərbaycana qarşı yanlış yolla getməyə davam edərlərsə, üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinə əngəl olarlarsa, ölkəmiz 44 günlük Vətən müharibəsində olduğu kimi yenə onların başını istənilən an əzməyə hazırdır. Ermənistanda mövcud hakimiyyət də nəzərə almalıdır ki, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya olunması, yekun sülh müqaviləsinin imzalanması revanşist qüvvələrin münaqişə vəziyyəti yaratmaq cəhdlərinə birdəfəlik son qoyacaq. Bu vəziyyətdə Nikol Paşinyan iqtidarı revanşist qüvvələrdən çəkinməyərək, siyasi iradə nümayiş etdirərək Azərbaycanla sərhədlərin müəyyən edilməsi, Zəngəzur dəhlizi də daxil olmaqla digər kommunikasiya əlaqələrinin açılması, sülh müqaviləsinin imzalanması istiqamətində əməli addımlar atmalı, ölkəmizin bu xüsusda təkliflərinə müsbət cavab verməlidir. Erməni cəmiyyəti unutmamalıdır ki, bir ölkə kimi Ermənistan indiki acınacaqlı duruma aqressiv siyasət və ritorikasına görə düşüb. Revanşist ritorikadan çıxış edən erməni siyasilər ölkəni indikindən də dərin uçrumun dibinə yuvarlayırlar. Bunun qarşısı alınmasa, əziyyət çəkən yenə ermənilər özləri olacaq.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ