Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə təmasları mümkün hesab edir.
“Hazırda görüşə dair rəsmi təklif yoxdur. Lakin təmasların olacağı dəqiqdir”, - Paşinyan cümə günü videkonfras formatında mətbuat konfransında bildirib.