şənbə günü, 14 noyabr 2026
     

Britaniya muzeyi indi də Nizaminin Şirinini erməni və Ermənistan hökmdarı elədi...

Image


Britaniyanın Viktoriya və Albert Muzeyi Nizami Gəncəvi irsinə qarşı təxribatlarını davam etdirir. Muzey Nizaminin şəxsiyyətini təhrif etdikdən sonra indi də dahi şairin ölməz “Xosrov və Şirin” poemasına çamur atır. Uydurma erməni təbliğatına aldanan Viktoriya və Albert Muzeyi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanlarından biri olan Şirini “erməni qızı” və “Ermənistan hökmdarı” kimi təqdim edib və bununla da tarixi həqiqəti təhrif edib.

Bundan başqa Nizaminin Rusiyada, eləcə də başqa ölkələrdə çap edilən əsərlərinin bəzi buraxılışlarında da Şirin “erməni qızı” kimi təqdim edilir.

Qeyd edək ki, hələ bir neçə il əvvəl ermənilər bu iddia ilə çıxış etmişdilər. Onlar dahi Nizami Gəncəvinin 1180-ci ildə fars dilində yazdığı və Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə ithaf etdiyi “Xosrov və Şirin” poemasının qəhrəmanı Şirini erməniləşdirməyə cəhd ediblər. Onlar əsassız olaraq iddia ediblər ki, guya Şirin erməni qızıdır. Hətta bu barədə ermənilərin sonradan düzəltdikləri “mənbə”lərdə “bildirilir”. Erməni mənbələrində yazılır ki, Şirinin adı ilk dəfə VII əsrdə yaşayan keşiş Sebeosun tarixi əsərində çəkilir. Bu əsərdə onun haqqında müxtəsər fikir söylənir. Müəllif onu Xosrovun çoxsaylı arvadlarından biri, ən sevimlisi və ən gözəli adlandırır, həmçinin, Sasani sarayının banbişi kimi təqdim edir. Sebeos Şirinin xuzistanlı olduğunu qeyd edib, hansı millətə mənsub olduğunu göstərməyib. Lakin xristian olduğunu təsdiq edib. O yazır: “Xosrov çoxlu atəşpərəst qadınlar aldığına baxmayaraq, xristian qadınlardan da nikah etmişdir. O, Xuzistan məmləkətindən Şirin adlı, olduqca gözəl bir xristian qızla da evlənmişdi... O, Şirini xatunlar xatunu adlandırmışdı. Şirin şah sarayının yaxınlığında monastır və kilsə tikdirdi, oraya keşişlər, digər dini vəzifələrdə çalışan şəxslər də təyin etdi”. Ermənilər əsassız şəkildə: “VII əsrin 70-80-ci illərində yazılıb, müəllifi naməlum olan Suriya mənbəsində də Şirin haqqında müəyyən məlumatlar verilib. Bu xronikada ilk dəfə Şirinin erməni mənşəli olması göstərilib, həmçinin, Xosrovun digər xanımı Məryəmin adı çəkilib. Lakin bu vaxta kimi Bizans və erməni mənbələrində nə Məryəmin adı çəkilib, nə də Şirinin erməni mənşəli olması qeyd edilib. Yevqari Saxolastın "Din tarixi" əsərində isə onun adı Sira (Şirin) kimi qeyd edilib və arami mənşəli olduğu vurğulanıb. Bəzi tədqiqatçılar isə Şirinin Arran hökmdarının nəslindən olduğunu bildirirlər” - deyə iddia edirlər. Tədqiqatçıların qeyd etdiyinə görə, bəzi müəlliflərin fikrincə, Şirin və Məryəm eyni şəxsiyyətdir. Avropa şərqşünaslarından fransız alimi Sen Marten və ingilis şərqşünası Q. Raulinson öz əsərlərində Şirin və Məryəmin eyni adam olduğunu qeyd ediblər. Lakin T.Noldeke Məryəmin tarixi şəxsiyyət olduğunu qəbul etsə də, onun Şirinlə eyni adam olduğunu qəbul etmir. Şirinin etnik mənsubiyyətinə gəlincə, Azərbaycan alimləri qeyd edirlər ki, Şirin Azərbaycan gözəlidir. Mənşəcə Azərbaycan türkü olan Şirinə qarşı erməni iddiasının əsassız olduğunu deyən Nizamişünaslar bildirirlər ki, Şirinin etnik mənşəyi haqqında Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində məlumat verib. Qayıdaq bu iddiaları təkrar edən Viktor və Albert Muzeyinin sərgilədiyi əsassız iddiaya.

  • “Bütün hallarda Nizaminin Şirinlə bağlı təqdimatında biz türklüyün qabarıq ifadəsini görürük” 

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış alim Səadət Şıxıyeva “Bakı-Xəbər”ə şərhində sözügedən muzeyin sərgilədiyi qərəzli mövqeyin qəbuledilməz olduğunu bildirdi: “Şirin niyə Azərbaycandan kənarda “erməni” kimi təqdim olunur? Bu, əslində Nizaminin bir qəhrəmanı ilə bağlı olan məsələ deyil, bu torpaq iddiasıdır. Çünki Nizaminin “Xosrov və Şirin”inin qəhrəmanı Ərmənzəminin hökmdarı kimi verilirsə, tarixdən və Nizaminin məqsədindən xəbərsiz oxucu və tədqiqatçı, əlbəttə ki, bunu yanlış anlayacaq. Ona görə ki, Ərmənzəminin adı çağdaş dövrdə bizim tarixi ərazilərimizdə öz dövlətini quran ermənilərin psevdo dövlətinin adı ilə assosiasiya yaradır. O baxımdan əlbəttə, yanlışlığa yol açır. Hətta çox təəssüf ki, Sovet dövründə Azərbaycanda belə Ərmənzəmin “Ermənistan” kimi tərcümə olunub. Bizim bədii tərcümələrə də baxsanız, “Ərmən” o cür tərcümə olunub. Amma bu, kökündən yanlışdır, tarixi gerçəkliyi təhrifdir. Niyə? Əsəri diqqətlə oxuyanda görürük ki, Nizami Ərmənzəminin konturlarını çox aydın şəkildə cızıb, onun hüdudlarını aydın şəkildə göstərib və paytaxtı Bərdə olan Ərmənzəmin Nizaminin təqdimatında Azərbaycanın bir parçasıdır, türk torpağıdır, rəhbərləri də türk qızlarıdır. Niyə türk qızları dedim? Çünki Nizaminin əsərini diqqətlə oxuyanda biz görürük ki, Ərmənzəminin və Arranın hökmdarı olan Məhinbanu əslində kiçik bir ərazinin deyil, bir imperiyanın hökmdarıdır, Nizami hətta onu “cəngavər qadın”  deyə təqdim edir və Məhinbanunun dili ilə onun milli mənşəyinə də aydın şəkildə işarə vurur və deyir ki:

Əgər o aydırsa, biz afitabıq,
O, Keyxosrov, bizsə Əfrasiyabıq …

Yəni Nizami onun Turan əsilli, türk olduğunu vurğulayır. Daha sonra biz Nizaminin Şirinlə bağlı verdiyi məlumatlardan, onu tanıtma şəkillərindən Şirinin bir türk olduğu haqda aydın təsəvvür əldə edə bilirik. Əsərdə Nizami təkcə Məhinbanu və Şirini deyil, onların yaxın çevrəsində olan qızları da türk olaraq göstərir. Şapur Şirini Xosrova təqdim edəndə deyir ki, onların 70 əmiri var və o 70 əmir əslində gözəl qızlardır. Bəs o qızlar milliyyət etibarilə kimlərdir? Yenə də Nizami buna aydınlıq gətirir. Qızlardan birinin adı Firəngizdir. Firəngiz Turan hökmdarı Əfrasiyabın qızı Firəngizlə eyni adlıdır. Yəni türk qızıdır. Digər qızlardan biri Səməntürkdür, digəri Xütənxatundur, bunlar da türk qızlarıdır. Yəni Şirinin yaxınında olan qızlar elə əhalinin tərkibini göstərir. Həm də ki, o qızlar kənizlər, cariyələr deyil, onlar nədimlərdir, eyni zamanda onların hər biri bir bölgənin əmiridir. Bundan başqa, Nizami əsərdə Şirinin həyat tərzi haqqında aydın təsəvvür yaradır. O deyir ki, Şirin və onun yaxın çevrəsindən olan qızlar hər fəsli bir yerdə keçirirdilər. Şair onların hər fəsildə bir yerə – Abxaz, Bərdə, Muğan və ya Ərmənə getdiyini, dörd fəslə uyğun yer dəyişdiyini, əsərin sonunda da köçəriliyin türkə xas bir xüsusiyyət olduğunu və buna görə sevimli Afaqın onu tərk etdiyini bildirir. Yəni bunların hamısı Nizaminin Şirinini nə cür təsəvvür etdiyini, ona hansı milli kimliyi verdiyini aydın şəkildə göstərir. Və əsərdə Şirin özünü bir neçə dəfə “türk” adlandırır. “Türk” sözü sadəcə bir epitet deyil, bir məcaz deyil, eyni zamanda “türk” həm də Şirinin milli kimliyini göstərən bir etnonimdir. Şirin Xosrova verdiyi cavablardan birində deyir:

Qara gözlü türkəm bu dam üstə mən,
Ağ hindu adını almışam səndən.

O, Xosrova verdiyi digər cavablarda da öz türklüyü ilə qürrələnir, öyünür”.

S.Şıxıyevanın qeyd etdiyinə görə, bundan başqa, əsərdə Nizami Şirinin qiyafəsini də türk qızına xas biçimdə verir, onun başına saldığı örtüyü də “çinsayağı örtük” adlandırır. O, Nizaminin əsərlərində Çin deyiləndə Çin Türküstanının nəzərdə tutulduğuna digər tədqiqatçıların da diqqət yetirdiyini vurğuladı və şairin Şirini türk olaraq təqdimində bu coğrafiyaya aid toponimlərin iştirakını bildirdi: “Nizami Şirini kimlərlə müqayisə edir? Birmənalı olaraq onu türk ellərindən – Xəllüx, Xütən, Tərazdan olan gözəllərə və Səqlab banusuna bənzədir. Yəni bütün hallarda biz Nizaminin Şirinlə bağlı təqdimatında türklüyün qabarıq ifadəsini görürük. Bu da bir mühüm cəhətdir ki, Nizaminin əsərlərində Ərmən toponimdir, yer adıdır, coğrafi addır və heç bir şəkildə o, millət adı kimi nəzərdə tutulmur. Nizaminin əsərində bir dəfə də olsun, mənsubiyyət şəkilçisi ilə ifadə olunan Ərmənə rast gəlmirik. Nizaminin bu əsərində “Ərmən” etnonim deyil, sadəcə coğrafi addır, toponimdir. Yəni bu mənada Nizaminin Şirinini “erməni qızı” kimi təqdim etmək əslində Azərbaycana qarşı bir təxribatdır. Çünki onlar mütəfəkkir şairimizin “dili ilə”  bizim torpaqlarımızda XII əsrdə və daha öncə də guya ermənilərin yaşadığını, bu torpaqda hakimiyyət sahibi olduğunu iddia edirlər. Eləcə də, bu torpağın əhalisinin, dövlətinin də guya ermənilərə aid olduğunu, təbii ki, əsassız olaraq irəli sürürlər. Əlbəttə ki, bu içi puç iddiaların heç bir tarixi özülü yoxdur. Əsəri diqqətlə oxuyanda biz Nizaminin Ərmənzəmin haqqında nə kimi təsəvvürə malik olduğunu, fərqli bir coğrafiyada olan torpaqdan danışdığını görürük. Əslində o torpağın hüdudları bizim Qarabağımızla üst-üstə düşür. Bu çox həssas məsələdir və burada ehtiyatlı olmaq lazımdır. Doğrudur, tarixən Şirin xristian olub, amma o xristian Şirin belə erməni olmayıb. Ona görə ki, onu şəxsən tanıyan və onun dövründə yaşamış erməni müəlliflər belə, Qəzənfər Əliyevin dediyi kimi, onu erməni kimi təqdim etmirlər. İlkin qaynaqlarda çox zaman Şirin Bizansla, Xuzistanla və s.  əlaqələndirilir. Şirinin guya erməni qızı olması variantı, uydurması sonrakı yüzilliklərdə yaranıb. Əlbəttə ki, bu ideyanı ermənilər də dəstəkləyiblər. Amma əldə bir dəlil, sübut yoxdur… Tarixi Şirin xristian olsa da, Nizaminin Şirini xristian deyil,  atəşpərəstdir. Əsərdə də “qaragözlü türkəm” deyəndə şair onun milli mənsubiyyətini bildirir, “ağ hindu” epitetini isə Nizami Şirinin hindlilər kimi atəşpərəst olduğunu vurğulamaq məqsədilə ifadə edir. Ona görə də bu məsələlərdə son dərəcə diqqətli olmaq lazımdır”. S.Şıxıyevanın fikrincə, bu, təkcə Nizaminin bir qəhrəmanı ilə bağlı irəli sürülən yanlış iddia deyil, bu, bizim dövlətçilik tariximizlə, tarixi keçmişimizlə bağlı zərərli bir mövqedir ki, buna etiraz etmək lazımdır. Alimin sözlərinə görə, bu kimi etirazlarımız da təkcə Azərbaycan daxilində məhdudlaşmamalıdır, bu kimi təkziblər, elmi dəlillər, ciddi məqalələr ingilis, rus dillərinə çevrilməklə internet resursları vasitəsilə həmin o əsassız iddiaları irəli sürənlərin diqqətinə çatdırılmalıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ