şənbə günü, 14 noyabr 2026
     

Deputat Soltan Məmmədovun yanlış izahı - Fransa dövləti Azərbaycana nə vaxtdan ədalətli olmağa başlayıb?..

Image


Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə gizli səfəri Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı sualların ortaya çıxmasına səbəb olub. Həmin qanunsuz səfəri tənqid edənlər hesab edirlər ki, bunun başlıca məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə düşür.

Səfərə etiraz edənlərin sırasında  Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Soltan Məmmədov da var. Ancaq bu deputatın etdiyi etirazın mızmununda çox maraqlı detala rast gəldik.

Onun sözlərinə görə, V.Pekressin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq birliyin göstərdiyi təşəbbüslərin ruhuna ziddir: "Bu fakt bir daha onu göstərir ki, Fransada bəzi siyasətçilər erməni lobbisinin təsiri altında qərarlar qəbul edir".

Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladan deputat vurğulayıb ki, Vətən müharibəsi dövründə bu ölkənin nümayiş etdirdiyi mövqe Azərbaycan-Fransa münasibətlərində etimadın xeyli dərəcədə sarsılmasına səbəb olmuşdu: “Biz həm müharibə dövründə, həm də müharibədən sonra Fransada atılan addımların, Milli Assambleyada və Senatda qəbul edilən qərəzli qətnamalərin iki ölkə arasında münasibətlərə nə qədər ciddi təsir göstərdiyinin şahidi olduq. Müharibədən sonra da, təəssüf ki, Fransanın bəzi siyasətçiləri kifayət qədər qeyri-obyektiv, ədalətsiz mövqe nümayiş etdirməyə davam etdilər. Lakin son dövrlərdə müəyyən pozitiv məqamlar nəzərə çarpırdı. Bu həm Fransa Prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüşün təşkili ilə bağlı təşəbbüsündə, həm də Fransa hökumətinin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə töhfə vermək səylərində özünü göstərirdi”.

S.Məmmədov V.Pekressin səfərinin qeyri-rəsmi şəkildə həyata keçirildiyini qeyd edib: "Bu addım ilk növbədə Fransada erməni lobbisi və diasporunun dəstəyini almağa hesablanıb. Fransada prezidentliyə namizədlər erməni icmasından maksimum faydalanmağa çalışır. Lakin istənilən halda, heç bir namizədin seçki kampaniyası başqa dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq hüquqa, öz ölkəsinin üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik elementləri daşıyan motivlərə əsaslanmamalıdır”.

Əslində Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Soltan Məmmədov daha sərt danışmalıydı. Çünki  Fransanın açıq ermənipərəst siyasətini ifşa etmək ilk növbədə onun vəzifə borcudur. Ancaq biz görürük ku, Soltan Məmmədov sanki Makrondan ehtiyat edən kimi davranır. Hardasa Fransanı malalamağa çalışır. Səfərin Fransanın rəsmi dairələrinə  heç bir aidiyyətinin olmadığını deyir. Sonra Fransanın Aərbaycana yönəlik siyasətində pozitiv məqamların nəzərə çarpdığını deyir və bu xüsusda iki faktoru qabardır. Həmin amillər Fransanın bizə qarşı nisbətən obyektiv davrandığını söyləmək üçün heç bir ciddi əsasa malik deyil. Yox, əgər Soltan Məmmədov Makronun Azərbaycan dilində yazdığı tviti əsas götürürsə, bu da yersiz arqumentdir. Çünki ardınca Makron bir dənə də ermənicə tvit yazdı və ermənilərə olan rəğbətini açıq ifadə etdi. Hətta erməni olduğunu və həmin milləti tək buraxmayacağını da dedi. Belə olan halda Soltan Məmmədov niyə Azərbaycan cəmiyyətini, onun ictimai rəyini aldatmağa cəhd edir?

Fransa  ermənilərin Qarabağla bağlı mövqeyində açıq dəstəkçi  bir ölkə kimi görsənir: “SSRİ dönəmində  Qorbaçovun  erməni əsilli müşaviri gedib Fransada Qarabağın Ermənistana birləşdirilməsi təklifini irəli sürdü. Bununla da Qarabağ konflikti başladı. Son 30 ildə Fransanın mövqeyi heç vaxt pozitiv olmayıb, hər zaman ermənipərəstliyi ilə seçilib. Həm də sülh və stabilliyə təhdid olub. Parisin Ermənistanı bu şəkildə dəstəkləməsi heç İrəvanın özünə də müsbət nəsə vəd etməyib. Bundan sonra da nəsə qazana bilməyəcəklər. Fransa Azərbaycana münasibətdə hər zaman qərəzli olub. Heç son vaxtlar da Fransanın Azərbatcana yönəlik heç bir pozitiv mesajı olmayıb. Qarabağla bağlı məsələdə Fransa Ermənistanı açıq dəstəklədiyini heç vaxt gizlətməyib. Minalanmış ərazilərlə bağlı mövqeyi də səmimi deyil. Onlar bunu həm də Qarabağda ermənilərin yaşadığı ərazilərdə həyata keçirmək istəyirlər.  Fransa Minsk Qrupunun həmsədri kimi müharibədən əvvəl, onun gedişində və ümumilikdə postmüharibə dönəmində hər zaman qeyri-obyektiv olub. Hər zaman Ermənistan təbliğat maşınının hazırladığı tezisləri səsləndirib. Biz Fransanı birmənalı olaraq beynəlxalq hüquqa hörmət etməyə dəvət etməliyik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ