şənbə günü, 14 noyabr 2026
     

Separatçıların Xankəndidə idman turnirinə İran da qatılacaq - niyə, ağalar?

Image


Məhv edilmiş separatçı rejimin tör-töküntüləri qanunsuz əməllərini davam edtirməkdədir. Elə bir həftə yoxdur ki, sepratçıların təxribatları barədə məlumat yayılmasın. Hər dəfə onlar yeni bir təxribata yol verirlər, lakin təəssüf ki, bölgədə olan Rusiya sülhməramlıları onlara “çəkilib bir yanda oturun” demir.

Sosial şəbəkələrdə, erməni teleqram kanallarında yayılan məlumatlara görə, separatçılar Qarabagda “idman yarışı” keçirəcək. Məlumatlara görə, separatçıların Xankəndidə keçirdiyi qanunsuz idman turnirinə Ermənistanla yanaşı İran da qatılacaq. Beləliklə, İran növbəti dəfə Ermənistanla birləşib Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat törətməkdədir. Təəssüf ki, İran tərəfdən belə təxribatlar əsasən davamlı xarakter daşıyır. Məsələyə hələ ki, Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.

Maraqlıdır, İran bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, o biri tərəfdən isə separatçılara dəstək olur, hətta üzdəniraq turnirə də idmançı göndədir.

İran nə üçün separatçıların keçirməyi planlaşdırdığı “idman yarışı”na qatılır?

  • “Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Tehran Bakı ilə münasibətlərində daha qəzəbli və qərəzli mövqe sərgiləyir”

Mövzunu “Bakı-Xəbər”ə şərh edən politoloq Azər Rəşidoğlunun bildirdiyinə görə, Qarabağ münaqişəsi artıq həll edilib: “Lakin bəzi separatçılar, daha doğrusu, onların qalıqları hələ də ictimai rəydə manipulyasiya edirlər. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə keçirilən “idman yarışı” daha çox siyasi çalara malikdir. Bakının icazəsi olmadan heç bir əcnəbi  bu ərazilərə daxil ola bilməz. Bütün bunlar Rusiya sülhməramlılarına olan etimadı tamamilə sarsıdır. Rusiya sülhməramlıları Bakının razılığı olmadan Qarabağa xarici vətəndaşları niyə gətirirlər? Kim istəsə Azərbaycan ərazilərinə rahat  keçəcəksə, belə çıxır ki, sülhməramlılar üzərilərinə düşən vəzifə və öhdəliklərini icra etmirlər, ya da icra etmək istəmirlər. Rusiya sülhməramlılarının gözü qarşısında  Qarabağa silah və sursat da daşınır. Bunlara görə Azərbaycan ictimaiyyətində  haqlı olaraq belə fikir formalaşır ki, Rusiya sülhməramlıları missiyalarını həyata keçirə bilmir və bu təbii ki, onlara olan etimadı heçə endirir. Rusiya  sülhməramlıları bəzi hallarda öz mandatlarına uyğun xidmət göstərirlər. Onların nəzarətində olan ərazilərdən diversantların Azərbaycan postlarına hücum etməsi də deyilənlərə bir sübutdur”.

A.Rəşidoğlu qeyd etdi ki, belə davam edərsə, biz sülhməramlıların vaxtından əvvəl bölgəni tərk etməsini tələb edə bilərik.

“İranın “idman yarışı” adı ilə keçirilən tədbirə qatılması isə Bakıya meydan oxumaqdır və Tehranın münasibətləri pozmaq cəhdidir. Onu da qeyd edim ki, İran-Azərbaycan münasibətləri həmişə gərginliklə müşayiət edilib. Bunun da səbəbləri var - Cənubi Azərbaycan amili, Bakının İsrail və Qərblə isti münasibəti, Xəzər dənizində Qərb şirkətlərinin çalışması, İkinci Qarabağ savaşından sonra Ankaranın Bakıda artan nüfuzu İranı narahat edir. Əslində, Tehranın Azərbaycanda həmişə təsir dairəsi olub. Bu, yalnız dindar  kəsimdən ibarət olmayıb. Tehran çoxvektorlu siyasət apara və öz  təsir agentlərini şifrələyə bilir. Azərbaycanda İrana xidmət edən şəxslərin kim olduğunu bilmək asan deyil.

Fokuslar dindarlara yönəlib. Lakin Tehrana “sədaqət andı” içənlərin arasında ateistlər də az deyil. Onlar siyasi,  mədəni  müstəvilərdə təmsil olunurlar. Tehranın Qarabağ savaşındakı qərəzli  mövqeyi, İran ruhanilərinin Azərbaycan  haqqında təhqiramiz bəyanatları elə bumeranq olaraq geri qayıtdı. İranın şərti  olaraq Amuli kimi (söhbət bu fərddən getmir, yanaşmadan gedir-A.R) ruhanilərinin sərsəm açıqlamaları qıcıq doğurdu və dini kəsim şiəliyə fars şovinizminin təbliğat vasitəsi kimi baxmağa başladı. 

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Tehran Bakı ilə münasibətlərində daha qəzəbli və qərəzli mövqe sərgiləyir.  Bunun da səbəbləri var. İşğaldan azad edilən bəzi rayonlarımız İranla sərhəddir. İran istəmir ki, o ərazilərdə NATO üzvü olan Türkiyə və ya  başqa bir Tehrana düşmən  olan ölkə yerləşsin. Digər tərəfdən, İran həmin ərazilər vasitəsilə narkotik ticarətinə nəzarət edirdi. Artıq bu nəzarət Tehran rejiminin əlindən çıxıb. Bu isə milyonlarla dolların  itirilməsi anlamına gəlir. Burada bir məqama da diqqət çəkmək istərdim. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın parlaq qələbəsi, Tehran da daxil, bütün İranda yaşayan 30-40 milyonluq soydaşımıza mübarizə ruhu verir. Prezident Əliyevin bu mövzuda verdiyi sərt bəyanatlar əslində paradiqma dəyişikliyidir. İran güclü, müstəqil, torpaqlarını cəmi 44 gün ərzində hərbi və siyasi yolla azad etmiş bir Azərbaycanla qonşu olmaq istəmir.

Tehran Cənubi Azərbaycan türklərində  millətçiliyin artacağını anlayır. İran dərk edir ki, Türkiyənin Orta Asiyaya, Xəzər dənizinə çıxış imkanı yaranır. Belə gedişat İranın bölgədəki gücünü darmadağın edir. İran rəsmilərinin Azərbaycanı təhdid etməsi, dövlət başçımızı təhqir etməsi, mətbu orqanlarda azərbaycanlıları və Prezident Əliyevi aşağıladan yazıların və karikaturaların dərcinin isə bir adı var – tərbiyəsizlik. İndi də idman yarışına qatılmaqla İran Azərbaycanı təxribata çəkmək istəyir. İran Gorus-Qafan yoluna nəzarəti itirmək üzrədir və bunu həzm edə bilmir. İran öncədən yanlış siyasət sərgilədi”. A.Rəşidoğlunun fikrincə, Ermənistan Cənubi Qafqazda mühüm oyunçu ola bilməzdi və Tehran bunu hesablaya bilmədi. Politoloq bildirdi ki, Gorus-Qafan yolu Tehranın üzünə bağlandıqdan sonra bölgəyə  ayaq basmaq üçün İran tamamilə Azərbaycandan asılı vəziyyətə düşə bilər: “Digər  tərəfdən, Tehran belə düşünür ki,  “Zəngəzur dəhlizi” ilə bağlı Bakının niyyəti reallaşarsa, İran Naxçıvan, həmçinin Türkiyə və Orta Asiya ölkələri arasında yük və sərnişin tranzitindən əldə olunan gəlirləri itirəcək. Bakının təkid etdiyi “Zəngəzur dəhlizi planı”  İranın Qara dənizə və Qərbə çıxış planlarına zərbə olacaq. Tehranın bütün tranzit  layihələri Bakının iradəsinə bağlı olacaq. Bütün bunlar İranı qəzəbləndirir. İranın Azərbaycanda etnik və məzhəb qarşıdurması qurmaq cəhdləri də nəticə vermir. Düşünürəm ki, Azərbaycan ağıllı siyasi gedişlərlə vəziyyəti öz xeyrinə dəyişə bilər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ