şənbə günü, 14 noyabr 2026
     

Fransada prezidentliyə bəzi namizədlərin erməni sevgisi İrəvana baha başa gəlir…

Image


Məlum olduğu kimi, Fransada gələn il prezident seçkiləri keçiriləcək. Hətta bu seçkilərin tarixi də bəllidir. Belə ki,  2022-ci ildəki seçkilərin ilk turunun aprelin 10-da, ikinci turunun isə aprelin 24-də keçirilməsi planlaşdırılır.

Fransa konstitusiyasına görə, prezidentlik vəzifəsinin təhvil verilməsi 13 may 2022-ci ildən öncə baş tutmalıdır. Bu, Beşinci Respublikanın 12-ci prezident seçkisi olacaq. Milli Cəbhə Partiyasının lideri Marine Le Pen, “Ayağa qalx, Fransa” partiyasının lideri Nikolas Dupont-Aignan, “Boyun əyməyən Fransa” partiyasının lideri Cin-Luk Melenxon və Havier Bertrantın rəsmi olaraq namizədlikləri elan olunub. Mövcud prezident Emmanuel Makronun da namizəd olması gözlənilir. Seçkilərlə bağlı diqqət çəkən məqamlardan biri bəzi namizədlərin ermənilərə sevgisini bildirməsi, bu xüsusda atdıqları addımlardır. Qeyd edilən xüsusda faşist ideologiyasının təbliğatçısı kimi tanınan keçmiş jurnalist Erik Zemurun, hazırda İl-de-Frans şəhər şurasının sədri, Respublikaçılar Partiyasının nümayəndəsi Valeri Pekrezin Ermənistan səfərləri, anti-Azərbaycan mövqeləri xüsusi diqqət cəlb edir. Qeyd edək ki, bu şəxslərin ermənilərlə belə yaxınlığı Fransadakı erməni diasporunun dəstəyini almaqdır. Lakin onların fəaliyyəti bu fonda beynəlxalq hüququn kəskin şəkildə pozulması ilə müşayiət edilir.

Ermənistanın “1in.am” nəşri yazır ki, həmin namizədlər özlərinə siyasi xal toplamağa çalışdıqları halda İrəvan üçün problem yarada bilərlər. Məsələn, Erik Zemurun faşist ideologiyasına yaxınlığı fonunda Ermənistana səfəri bəzi ölkələrin, xüsusən də Rusiyanın Ermənistana münasibətinə təsir edə bilər: “Bu vəziyyətdə İrəvan yaddan çıxarmamalıdır ki, Ermənistan bəlkə də heç vaxt Fransa prezident seçkilərinin iştirakçısı və ya iştirak etmək imkanına sahib olan namizədlər üçün xüsusi diqqət yetiriləcək ölkə olmayıb”.  

Bundan başqa, məlumdur ki, Ermənistana səfəri fonunda Valeri Pekrez Xankəndi şəhərinə qanunsuz səfər edib. Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır. Eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq birliyin göstərdiyi təşəbbüslərin ruhuna ziddir. Deməli, belə səfəri təşkil etməklə Ermənistan yenə də Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmış olub. Bunlar fonunda Ermənistanın “Past” nəşri yazır ki, xarici siyasət sahəsində İrəvan ciddi qüsurlara yol verir: “Qarabağda hərbi əməliyyatların aktiv fazası başa çatdıqda diplomatik və xarici siyasət alətlərindən istifadə ön plana çıxıb. Bu vəziyyətdə Ermənistanın gələcək rolu ölkənin hansı xarici siyasət yeridə biləcəyi şəraitdən çox asılıdır. Ankara və Bakı bu həqiqəti çox gözəl anlayır, ona görə də bütün diplomatik imkanlardan, enerji və iqtisadi qollardan istifadə etməyə çalışır. Təbii ki, Ermənistanın beynəlxalq siyasətdə rol oynayan ölkələrin və digər güc mərkəzlərinin xarici siyasət xəttinə təsir etmək üçün elə də güclü iqtisadi və maliyyə qolları yoxdur. Və bu şəraitdə İrəvanın bir tərəfdən müxtəlif ölkələrdəki erməni diasporunun imkanlarından, digər tərəfdən erməni diplomatların lazımi bacarıqlarından istifadə etmək imkanı ola bilər. Ancaq diasporla işdə heç bir irəliləyiş yoxdur və diplomatların, xüsusən də səfirlərin bacarıqları ilə bağlı vəziyyət biabırçıdır”. Məhz bu vəziyyətdə Ermənistanın bir çox ölkələr, o cümlədən Rusiya ilə münasibətləri daha da gərginləşir. Rus ekspert Aleksey Malaşenko isə bu fonda yada salır ki, Rusiya olmadan Ermənistan heç nədir: “Belə hiss olunur ki, hazırda Ermənistan əhalisinin əsas məqsədi mümkün qədər tez ölkəni tərk etməkdən ibarətdir. Ermənistan Rusiya-Azərbaycan münasibətlərinin son dərəcə dinamik inkişaf etməsi fonunda Moskva üçün tam olaraq əhəmiyyətini itirib. Cənubi Qafqaz regionunda sabitlik barədə danışsaq, 2022-ci ildə həm Gürcüstanda, həm də Ermənistanda böyük siyasi və sosial dəyişikliklər gözlənildiyini proqnoz edə bilərik. Bu ölkələrdə dövlət çevrilişi ssenarisi tamamilə mümkündür. Azərbaycan haqqında fikir söylənilsə, bu ölkənin bölgədə öz mövqelərini getdikcə daha da gücləndirdiyini deyə bilərik. Yeri gəlmişkən, İrəvanda anlamağa başlayıblar ki, Ankara və Bakı ilə münasibətləri normallaşdırmadan ölkə iqtisadiyyatında hər hansı inkişaf gözləməyə dəyməz”.

Konkret olaraq Fransada bəzi namizədlərin erməni sevgisinə gəlincə, bu, həm də Fransanın regionda nüfuzunu sarsıdır.  Bu fakt bir daha onu göstərir ki, Fransada bəzi siyasətçilər erməni lobbisinin təsiri altında qərarlar qəbul edir. Eyni zamanda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladan ekspertlər qeyd edir ki, Vətən müharibəsi dövründə bu ölkənin nümayiş etdirdiyi mövqe Azərbaycan-Fransa münasibətlərində etimadın xeyli dərəcədə sarsılmasına səbəb olub. Azərbaycan cəmiyyəti həm müharibə dövründə, həm də müharibədən sonra Fransada atılan addımların, Milli Assambleyada və Senatda qəbul edilən qərəzli qətnamalərin iki ölkə arasında münasibətlərə nə qədər ciddi təsir göstərdiyinin şahidi oldu. Müharibədən sonra da, təəssüf ki, Fransanın bəzi siyasətçiləri kifayət qədər qeyri-obyektiv, ədalətsiz mövqe nümayiş etdirməyə davam etdirir. Valeri Pekrez bunun real nümunəsidir və ölkəsinin regionda mövqeyinə ciddi xələl gətirir. Rus ekpert Yevgeniy Mixaylov qeyd edir ki, Valeri Pekrezin Qarabağa səfəri beynəlxalq hüquqa ziddir: “Məncə, o, prezident kürsüsünə namizədlər arasında nüfuzsuz olduğu üçün bu yolla Fransanın böyük erməni icmasından dəstək umur. Ona heç rəsmi Parisin mövqeyi də o qədər maraqlı deyil, hərçənd, Paris də bəzi hallarda Azərbaycana qarşı ikili oyun oynayır”. Onun fikrincə, Valeri Pekrez Ermənistana səfərindən hər hansı siyasi dividend əldə edə bilməyəcək. Eyni zamanda rusiyalı ekspert qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan nə qədər Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymağa tərəfdar kimi görünməyə çalışsa da, bu kimi səfərlərə rəvac verir. Belə ki, rəsmi İrəvan məlum üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırmağa çalışır: “Məncə, yaxın illərdə İrəvanın bu təxribatçı addımlara son verəcəyini gözləmək əbəsdir. Ermənistan sülh sazişi üçün zəruri olan sərt şərtlərlə küncə sıxışdırılanadək artıq mövcud olmayan Qarabağ kartı ilə oynamaq cəhdlərinə davam edəcək”.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ