Azərbaycan Prezidentinin köməkçisi UNESCO-ya növbəti əsaslı irad bildirdi…

30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə qarşı öz rəyini bildirsin. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.
H.Hacıyev bildirib ki, Azərbaycanın işağldan azad edilən ərazilərində mədəni irsi dağıdılıb, məhv edilib: "Biz orada sistematik olaraq mədəni irsimizin dağıdılması halları ilə rastlaşırdıq və biz artıq 30 ildir gözləyirdik ki, UNESCO oraya səfər təşkil etsin, mədəni irsimizə törədilənlərə qarşı öz rəyini bildirsin".
“Gələcəyə baxarkən biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin ümumi dil tapa bilməsi imkanlarını görürük” – deyən Hikmət Hacıyev bildirib ki, Azərbaycan xalqı həmişə sülh çağırışında olub. “Azərbaycanın xarici siyasətində də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünyaya sülh mesajları göndərmişdir. Regionda münaqişənin sülh yolu ilə həll üçün davamlı səylər göstərilmişdir” o deyib.
P rezidentin köməkçisi deyib ki, Ermənistanın əraziləri kütləvi şəkildə minalamasında məqsəd Azərbaycanın apardığı quruculuq işlərini və keçmiş məcburi köçkünlərin həmin ərazilərə qayıdışını maksimum ləngitmək olub. O deyib ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da minalarla bağlı problemi qaldırıb.
"Bir daha beynəlxalq ictimaiyyətə müraciət edirik ki, bu məsələdə məlumatlandırma arıtırılmalıdır, Azərbaycanın minatəmizləmə işində dəstəyə ehtiyac var. Vətəndaşlarımızdan da xahiş edirik ki, azad olunmuş ərazilərə icazəsiz getməmək, müəyyən olunmuş yollardan kənara çıxmamaq vacibdir", - deyə Prezidentin köməkçisi bildirib.
H.Hacıyev deyib ki, Ermənistan mediasına istinadları minimuma endirmək lazımdır, çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. "Ermənistanın öz daxilində müxtəlif daxili istehlak naminə və bu qəbildən olan məlumatlar atılmaqdadır" - deyə o bildirib.
Hikmət Hacıyev deyib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitdir.