şənbə günü, 14 noyabr 2026
     

Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilib - FOTO

Image


Məlum olduğu kimi, bu ilin aprel ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya irəli sürülüb.

Yeni platforma mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Artıq ötən dövr ərzində bir sıra beynəlxalq təşkilat və ölkələrdən bu layihəyə dəstək ifadə olunub.

Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirildi.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO, ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkil etdiyi tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirdi.

ADA Universitetinin prorektoru Vafa Kazdal rektor, professor Hafiz Paşayevin adından forum iştirakçılarını salamladı. O, belə bir foruma ev sahibliyi etməkdən böyük qürur hissi keçirdiklərini bildirərək qeyd etdi ki, bu tədbir ADA Universitetinin dünya miqyasında sülhün, əminananlığın qorunmasında üzərinə götürdüyü öhdəlikdən xəbər verir.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək “Mədəniyyət naminə sülh” kampaniyası haqqında məlumat verdi. Bildirdi ki, mədəniyyət üçün sülh vacib məfhumdur.

Şöbə müdiri tədbirin proqramı haqqında məlumat verdikdən sonra forum plenar iclaslarla işini davam etdirdi.

“Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək” adlı birinci plenar sessiya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə gerçəkləşdi.

Regionda mədəni tərəfdaşlıq da vacibdir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirdi ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdı. Bu Qələbə Cənubi Qafqaz üçün böyük imkanlar yaratdı: “Məqsədimiz dayanıqlı sülhü təşviq etməkdir. Təkcə ticarət yolları deyil, mədəni tərəfdaşlıq da əsasdır. Azərbaycanın işğal altında olan ərazilərində mədəni irsimiz dağıdılaraq məhv edilib. 30 il müddətində biz BMT və UNESCO-nu bu işə cəlb etmişdik və bu müddətdə UNESCO-nun bu ərazilərə səfərini gözlədik ki, bu təşkilat mədəni irsimizə qarşı törədilən vəhşiliyi beynəlxalq aləmə göstərsin. Bu gün Azərbaycan UNESCO İcraiyyə Şurasına seçilməklə bir daha etibarını göstərdi”.

Hikmət Hacıyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyinə görə İCESCO-nun Baş direktoruna təşəkkürünü bildirdi: “Biz Azərbaycanın əsrlərlə yaratdığı digər xalqlara hörmət təcrübəsini paylaşmaq istəyirik. Bu mənada “Mədəniyyət naminə sülh” platforması çox vacib əhəmiyyət daşıyır”.

Daha sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun videomüraciəti dinlənildi. Ali nümayəndə Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, Azərbaycan Mədəniyyət Nazirliyinin bu təşəbbüsü alyansın missiyasına uyğundur: “Bu təşəbbüs davamlı sülh üçün vacib elementləri özündə cəm edir. Müxtəlif mədəniyyətlər arasında anlaşma yaradaraq sülhü təbliğ edir. Bu təşəbbüsü həyata keçirmək üçün əl-ələ verərək çalışmalıyıq”.

“Mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanırıq”

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq nazirliyin “Mədəniyyət naminə sülh” təşəbbüsünü doğuran əsaslardan söz açdı: “Biz işğaldan azad olunmuş ərazilərimizə gedən zaman Ermənistan tərəfindən sosial infrastruktura, mədəni mirasımıza qarşı həyata keçirilən vandalizm və talançılığın miqyasını tam şəkildə görə bildik. Başa düşdük ki, bu dağıdılmış infrastrukturu bərpa etmək üçün bizə dayanıqlı sülh lazımdır. Bu səbəbdən də Mədəniyyət Nazirliyi sülhü təşviq etmək yeni təşəbbüslə çıxış etdi”.

Sülh və mədəniyyət arasında mühüm qarşılıqlı əlaqənin olduğunu bildirən Anar Kərimov qeyd etdi ki, mədəniyyətin yenidən çiçəklənməsi üçün sülh vacib amildir: “Burada həm də münasibətlərin dirçəlişindən söhbət gedir. İkinci vacib element mədəniyyətin rolunu vurğulamaqdır. Üçüncü element budur ki, Azərbaycan bütün problemlərə rəğmən etnik və mədəni təmizlənməyə baxmayaraq hələ də mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanır. Bu təşəbbüs bölgədə dayanıqlı sülhə yol aça bilər. Azərbaycan uzunmüddətli sülh proqramının qurulmasına cəhd göstərir. 2008-ci ildə bünövrəsi qoyulan “Bakı Prosesi” Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyaya dialoqu təşviq etmək məqsədi daşıyırdı. Bu təşəbbüs böyük qlobal platformaya çevrilə bildi”.

Nazir qeyd etdi ki, “Mədəniyyət naminə sülh” platforması bəşəriyyət üçün yeni imkanlar yarada bilər: “Bu təşəbbüsün nəticə verməsi üçün praktiki fəaliyyətlər haqqında düşünürük və artıq işlər tədbirlər planı halına çevrilir. 2022–2027-ci illər üçün nəzərdə tutulan tədbirlər planında 6 istiqamət üzrə fəaliyyət nəzərdə tutulub. Mədəniyyət dili sühə yol açmaq üçün ən gözəl ideyadır və biz bu imkanlardan istifadə edəcəyik. Beynəlxalq tərəfdaşları bu təşəbbüsləri dəstəkləməyə çağırır və forumun işinə uğurlar arzulayıram”.

Foruma videoformatda qoşulan İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qlobal təşəbbüsə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, cəmiyyət olaraq dünyaya sülh toxumları əkilməlidir və mədəniyyətin inkişafı bundan asılıdır. “Azərbaycan Mədəniyyət Nazirliyinin bu ideyası sülh üçün yeni davranışları təşviq edir və biz bu təşəbbüsü dəstəkləyirik. Sülhü qorumaq missiyası çox vacibdir. Mədəniyyət anlamı isə bütün insanları bir araya gətirəcək məfhumdur. İnanıram ki, Azərbaycan bu təşəbbüslə qlobal sülhə öz töhfələrini verəcək”, – deyə Baş direktor bildirdi. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyası mədəniyyətinin təbliği və təşviqinin əhəmiyyətini qeyd etdi, fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açdı.

Etnik Anlaşma Fondunun (ABŞ) prezidenti Ravin Mark Şnayer Prezident İlham Əliyevin multikultiral dəyərlərə diqqətini xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycanın uğurları onları çox sevindirir: “Bu gün dünyada 57 yəhudi icmasının ən böyüyü Azərbaycanda fəaliyyət göstərir. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin bu ölkədə sülh şəraitində yaşaması gözəl nümunədir və biz bu şəraitə görə minnətdarlığımızı bildiririk”.

KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (Avstraliya) baş katibinin müavini Elham Alşeyni forumun təşkilatçılarına minnətdarlığını bildirərək buradakı müzakirələrin regionda sülhü bərqərar edəcəyinə ümidvar olduğunu vurğuladı. O, rəhbəri olduğu mərkəzin bu təşəbbüsü dəstəklədiyini qeyd etdi.

Dünya şöhrətli Azərbaycan əsilli fotojurnalist Rza Diqqəti (Fransa) bildirdi ki bəşəriyyətdə baş verən müharibə, vəhşilik və qətlləri çəkib ictimaiyyətə nümayiş etməklə insanları sülhə təşviq edə bilərik: “İnsanlara sülhü bəzən şəkil dili ilə də təşviq etmək lazım gəlir. 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi soyqırımı və ötən il Gəncəyə raket hücumları zamanı lentə aldığım kadrların beynəlxalq aləmdə nümayişi bəşəriyyəti sülhə səsləməklə bərabər, həqiqətləri bəyan etmək baxımından əhəmiyyətli idi”.

Panel iclasın sonunda çıxışçılar sualları cavablandırdılar. Forum işini günün ikinci yarısında növbəti panel sessiya ilə davam etdirdi.

Namiq QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ