ABŞ dövlət katibi Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun bərpasını alqışlayıb

img

ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycanla Ermənistan hökumətləri arasında birbaşa dialoqun bərpa olunmasını alqışlayıb.

Trend bu barədə ABŞ Dövlət Departamentinə istinadən məlumat verir.

Qeyd olunub ki, E.Blinken İsveçdə ATƏT üzv ölkələrinin XİN rəhbərlərinin görüşü çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

"Görüş zamanı onlar ikitərəfli münasibətlərlə bağlı məsələlərin koordinasiyasının davam etdirilməsinin vacibliyini vurğulayıb. Tərəflər, həmçinin Qafqazdakı vəziyyəti müzakirə edib. Blinken Azərbaycanla Ermənistan hökumətləri arasında birbaşa dialoqun bərpa olunmasını alqışlayıb", - Dövlət Departamentinin məlumatında deyilir.

Son xəbərlər