Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Əliyevin Soçidəki tələbi dərhal icraya yönəldi - Şuşa ətrafında erməni bayraqları kütləvi endirilir...

Image


Ermənistanda nəşr olunan “168 saat” qəzeti hökumətdəki mənbələrə əsasən məlumat yayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycana məxsus ərazilərdə separatçı rejimin və Ermənistanın atributları yığışdırılır. Bildirilir ki, prosesə noyabrın 30-dan start verilib.

Məlumata görə, Şuşa şəhəri yaxınlığında, Qırmızı Bazar qəsəbəsində, habelə separatçıların silahlı dəstələrinin dayandığı mövqelərdə qaldırılmış erməni bayraqlarının yığışdırılması barədə göstəriş verilib. Qəzet yazır ki, Şuşa şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində isə separatçılar öncə bu addımı atmaqdan imtina ediblər. Lakin Azərbaycan tərəfinin qısa müdaxiləsindən sonra “bayraqlar” yığışdırılıb. Ermənistan hökumətindəki mənbələr bildirib ki, belə bir tələb Azərbaycan tərəfindən qoyulub. Soçidə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tələb edib ki, Qarabağ ərazisindəki bütün Ermənistan bayraqları və separatçıların “atributları” yığışdırılmalıdır. Əks təqdirdə həmin mövqelərə müdaxilə ediləcək və “bayraqlar” oradan zorla çıxarılacaq.

Həmin görüşdən dərhal sonra rəsmi İrəvanın göstərişi ilə Ermənistan bayraqları və separatçıların “dövlət atributları” Qarabağdakı mövqelərdən endirilib.

Qeyd etdiyimiz kimi, bu barədə Ermənistanda nəşr olunan “168 saat” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb və hadisənin Azərbaycan Prezidentinin tələbi əsasında baş verdiyini yazıb.

  • “Bu, Azərbaycan Prezidentinin düzgün siyasi xəttinin göstəricisidir”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, baş verən proseslər bizim üçün arzuolunan proseslərdir. “Arzu edirdik ki, bu istiqamətdə işlər getsin və müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə Azərbaycan hakimiyyəti bərqərar olsun. Biz həmişə əsas məsələ kimi qoymuşuq ki, istənilən situasiyada əsas və köməkçi məsələlər müəyyənləşməlidir. İndiki situasiyada biz hesab edirik ki, Xankəndi, Ağdərə, Xocalı və hələ də Rusiya sülhməramlılarının nəzarətində olan digər ərazilərimizdə Azərbaycan hakimiyyəti bərqərar olmalıdır. Əsas məsələ bu qoyulmalıdır, geridə qalan məsələlər bu məsələdən asılı vəziyyətdə olmalıdır. O cümlədən də dəhliz və digər məsələlər. Ona görə də, biz görürük ki, o istiqamətdə də müəyyən işlər gedir, Azərbaycan addımlarını o yöndə atır. Bu da əsas istiqamət kimi götürülməlidir. Burada onların hər hansı bir silahlı birləşmələrinin, separatçıların varlığı aradan qaldırılmalıdır, onların dırnaqarası hakimiyyətinə son qoyulmalıdır. Qarabağdan Ermənistan bayraqlarının, separatçı tör-töküntülərinin “bayraq” dediyi əski parçası və digər “atributlar”ı yığışdırılırsa, bu, orada Azərbaycan hakimiyyətinin bərpa olunması istiqamətində gedən proseslərdən xəbər verir. Bu çox vacib istiqamətdir, diqqətdə saxlanılmalıdır və bu istiqamətdə davamlı addımlar atılmalıdır”.

A.Nağının sözlərinə görə, bu barədə verilən məlumatlar hələlik qeyri-rəsmi məlumatlardır, bu məlumatlar ciddi yoxlanılmalı, araşdırılmalıdır. A.Nağı hesab edir ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar rəsmən təsdiq olunarsa, bu, Azərbaycan tərəfin atdığı düzgün addımın göstəricisdir. “Bu, Azərbaycan Prezidentinin düzgün siyasi xəttinin göstəricisdir. Bu xətt bütün cəmiyyət tərəfindən, o cümlədən də QAT tərəfindən birmənalı olaraq dəstəklənməlidir və dəstəklənir də. Bunun digər tərəfi odur ki, demək, Rusiya da Azərbaycanın mövqeyi ilə hesablaşır, Azərbaycanın haqlı tələblərini yerinə yetirir. Yəni bu da çox vacib məsələdir. Öz tərəfindən Rusiya da Ermənistana təzyiq göstərir ki, Ermənistan da Azərbaycanın mövqeyi, haqlı tələbləri ilə hesablaşsın. Fikrimcə, bu müsbət bir tendensiya kimi dəyərləndirilməlidir, davamlı şəkildə olmalıdır, heç kəs də buna mane olmamalıdır. O məlumatda da aydın şəkildə göstərilir ki, Qarabağdakı tör-töküntülər, separatçılar, əslində hərbi canilər müqavimət göstərmək istəyirlər ki, filan yerdən “bayrağı” çıxara bilərik, başqa yerdən çıxara bilmərik və sair. Bu onların arzusu ilə olmamalıdır. Azərbaycan tərəfi öz iradəsini ortaya qoymalıdır və doğrudan da o hərəkətlər göstərir ki, Azərbaycan tərəfin haqlı tələbləri yerinə yetirilmədiyi halda Azərbaycan güc tətbiq etməlidir. Ermənilər də bunu çox gözəl bilirlər ki, hansı ərazidə olurlar-olsunlar, hansı mağaraya, meşəyə çəkilirlərsə-çəkilsinlər, Azərbaycan əsgərinin onlara əli çatacaq. Azərbaycan ordusu istənilən nöqtədə öz fəaliyyətini həyata keçirər və məqsədlərinə nail ola bilər. Bunu ermənilər artıq anlamalıdır”.

A.Nağı hesab edir ki, ermənilər birdəfəlik Azərbaycanın zarafat etmədiyini, dediklərini etdiyini dərk etməlidir. Yayılan məlumatların müsbət bir tendensiya kimi dəyərləndirilməli olduğunu deyən A.Nağının sözlərinə görə, bu istiqamətdə ləngimədən digər addımlar atılmalı, həmin ərazilərdə Azərbaycan hakimiyyəti bərqərar olunmalı, suveren hüquqlarının bərpası sürətləndirilməlidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ