“İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Səfir Corc Dik

img

İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.

O, Azərbaycanı İkinci Qarabağ Müharibəsində qələbə münasibətilə təbrik edib.

Səfir qeyd edib ki, İsrail fəal şəkildə Azərbaycana humanitar yardım göstərib, o cümlədən İsrail həkimləri müharibədə yaralanmış Azərbaycan əsgərlərinin müalicəsində iştirak edib.

"İsrail azad edilmiş ərazilərin bərpası işində Azərbaycanla əməkdaşlıq edir. İsrail Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır", - deyə səfir bildirib.

“İsraildə Azərbaycanın ticarət nümayəndəliyinin açılması iki ölkə arasında münasibətlərdə son dövrlərin ən vacib nailiyyəti olub” deyən səfirin sözlərinə görə, Azərbaycan bayrağı ilk dəfə rəsmi şəkildə İsrail səmasında dalğalanır.

Səfir, həmçinin əlavə edib ki, ticarət nümayəndəliyinin açılması gələcəkdə İsraildə Azərbaycan səfirliyinin açılmasına kömək edəcək.

Son xəbərlər