Azad olunmuş ərazilərdə 160-a yaxın yeni tarixi-mədəni abidə aşkarlanıb

img

Bu vaxta qədər işğaldan azad olunan ərazilərdə aparılan monitorinqlər çərçivəsində 400-ə yaxın tarixi-mədəniyyət abidəsi və 800-dən çox mədəniyyət müəssisəsinin yeri aşkarlanıb.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tarixi-mədəni abidələrimizdən 160-a yaxını yeni aşkarlanıb.

"Təəssüf ki, bunların 90, bəlkə də 95 faizinin vəziyyəti acınacaqlıdır, demək olar ki, tamamilə dağıdılıb. Aparılan monitorinqlər bizim üzərimizə öhdəlik qoyur ki, bunları bərpa edək. Eyni zamanda, monitorinqlər bitəndən sonra Ermənistanın sistematik və qəsdən törətdiyi bu vəhşiliklərə görə məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq təşkilatlara üz tutacağıq".

Son xəbərlər