Azərbaycanda ISESCO-nun regional ofisi açılacaq

img

Azərbaycanda ISESCO-nun regional ofisi fəaliyyətə başlayacaq. Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Bakıda keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu zamanı jurnalistlərə açıqlamasında bildirib.

A.Kərimov bildirib ki, regional ofisinin açılması ilə bağlı məsələ yekunlaşmaq üzrədir.

"Regional ofisin açılması üçün müqavilə layihəsi ISESCO-ya göndərilib. Razılaşdırılandan sonra onun rəsmi imzalanma mərasimi olacaq", -deyə nazir bildirib.

Son xəbərlər