Tərtərdən Qarabağ veteranı Cavanşir İsmayılov Prezidentə müraciət etdi

img

“Tərtər şəhərindəki Bəsti Bağırova küçəsinin bir qrup sakini adından və Qarabağ müharibəsi veteranı olaraq şəxsən öz adımdan uzun illər diqqətdən kənarda qalmış küçəmizdə Sizin göstərişiniz əsasında əsaslı təmir işlərinin aparılmasına görə Sizə dərin təşəkkürümüzü bildiririk. Yaşadığımız küçədə yüksək keyfiyyətli yolların çəkilməsindən və yeni işıq dirəklərinin quraşdırılmasından çox məmnunuq.

Bizlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Bütün sakinlər adından Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm”.

Bu sözləri Tərtər şəhərindən Qarabağ müharibəsi veteranı İsmayılov Cavanşir Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edib.

Baki-xeber.com

Son xəbərlər