Cümə axşamı günü, 08 oktyabr 2026
     

Media islahatlarında çap medianın inkişafı xüsusi istiqamət kimi təsbit edildi - Prezident "çap media bitdi" deyənlərə belə cavab verdi...

Image


Son illər Azərbaycanda siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində köklü islahatlar həyata keçirilir. Artıq sıra media sahəsinə çatıb və bu ildən başlayaraq KİV müstəvisində ciddi addımların atılması, islahatların aparılması planlaşdırılır.

Məlumdur ki, yanvarın 12-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında  Fərman imzaladı. Bu fərman medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayacaq.

Qeyd edək ki, nizamnamədə çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlərin görülməsi də diqqətçəkən məqamdır. Məlum olduğu kimi, qeyd edilən istiqamətdə müəyyən çatışmazlıqlar yaşanır, bu nöqteyi-nəzərdən göstəriləcək istənilən dəstək çap mediasının inkişafına töhfə vermiş olacaq.

  • Şakir Ağayev: “Çap mediasının satışını Medianın İnkişafı Agentliyi üzərinə götürərsə və bunu kütləvi edərsə, bu, qəzetlərin fəaliyyətinə böyük dəstək olar”

“Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev qeyd etdi ki, bu fərmanın imzalanması medianın, xüsusilə də çap mediasının inkişafına töhfə verəcək: “Kütləvi informasiya vasitələrində yaxşı mənada dəyişiklik edilməsinə ehtiyac var idi. Çap mediasının satışı bu sahənin ağrılı yerlərindən biridir. Çap mediasının satışının təşkili məsələsini media təmsilçiləri dəfələrlə gündəmə gətiriblər. Prezident İlham Əliyevlə görüşən zaman, mətbuat sahəsinə baxan şəxslərlə görüşəndə də bu məsələni qaldırmışdıq. Heç kimə sirr deyil ki, məhsul nə qədər yaxşı olsa da, bazar olmayanda onu satmaq, cəmiyyətə təqdim etmək olmur. Danılmaz faktdır ki, çap mediasını cəmiyyətə təqdim edən bazardır. Çap mediasının satışını Medianın İnkişafı Agentliyi üzərinə götürərsə və bunu kütləvi edərsə, bu, qəzetlərin fəaliyyətinə böyük dəstək olar. Eyni zamanda, bu, çap mediasının iqtisadi baxımdan vəziyyətini yaxşılaşdırar. Onu da qeyd edim ki, hazırkı köşklər yüksək faizlə işləyir. Köşklərdə çalışanların əksəriyyəti qəzetdən, qəzetçilikdən anlayışı olmayan şəxslərdir.

Qəzetlərin satışı metro və digər əhalinin sıx toplaşdığı yerlərdə təşkil olunmalıdır. Həmçinin, bölgələrə qəzetlərin vaxtında çatdırılması fərmanda qeyd olunur. Bu kimi hallar çap mediasının inkişafına səbəb olacaq”.

  • Hikmət Babaoğlu: “Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək”

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində mühüm rol oynayacaq: “Azərbaycan Respublikasında Medianın İnkişafı Agentliyinin yaradılması milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar müasir media və informasiya münasibətlərinin yeni əsaslarda tənzimlənməsini təmin edəcək. Eyni zamanda, milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Məsələ ondadır ki, milli informasiya məkanımızda keyfiyyət dəyişiklərinin yaradılması zərurəti hər bir media mənsubu tərəfindən dərk edilən, hətta deyərdim ki arzu edilən bir həqiqət idi. Bunu zəruri edən təkcə klassik medianın ənənəvi problemləri deyildi. Eyni zamanda, hazırda ən müxtəlif internet resurslarında müxtəlif adlarda formalaşan informasiya subyektləri, onların davranış və fəaliyyəti və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi məsələsi də günümüzün tələblərindən biri idi. Milli informasiya məkanımızda informasiya istehlakçıları, onların mənbə kimi istifadə etdikləri informasiya subyektlərinin çoxşaxəliliyi və bunun virtual və real ictimai münasibətlər sistemimizə təsiri məsələləri kompleks şəkildə yanaşma tələb etməklə, sadalanan münasibətlərin ictimai və hüquqi tənzimlənməsi məsələlərini aktuallaşdırırdı. Başqa mühüm bir problem isə mediamızın bir şəkildə qlobal informasiya məkanına inteqrasiyası, yaxud bu məkanın imkanlarından milli informasiya məkanımızın lehinə istifadə edilə bilməməsi gerçəkliyi idi . Əgər daha açıq danışmalı olsaq, milli mediamızın qlobal informasiya məkanına çıxışının məhdud olması və burada Azərbaycanın informasiya maraqlarının təmin olunmaması idi.Yəni mövcud informasiya subyektlərimizin transmilli media statusunda keyfiyyətli və milli maraqlarımıza uyğun olan iştirakçılığı arzuedilən səviyyədə deyildi. Bu boşluqdan istifadə edən bəzi yumşaq güc mərkəzləri milli media məkanımızı daim təzyiq altında saxlayır, onun üzərində dominantlıq etməklə, əslində, bizim informasiya gündəmimizi təyin edirdilər. Milli informasiya məkanımızın gündəminin başqaları tərəfindən təyin edilməsi cəhdləri isə milli maraqlarımızla daban-dabana ziddiyyət təşkil edirdi. Çox təəssüf ki, əksər halda nə media ilə bağlı yaradılmış ixtisaslaşmış müxtəlif ictimai qurumlarımız, nə də digər strukturlarımız buna qarşı effektiv müqavimət nümayiş etdirə bilirdilər. Nəticədə milli informasiya məkanımız manipulyasiyaya məruz qalır, beləliklə də milli təhlükəsiziliyimizin əsas komponentlərindən olan informasiya təhlükəsizliyimiz pozulurdu. Ona görə də müxtəlif vaxtlarda bu problemləri həll etmək üçün müəyyən cəhdlər olsa da, effektif nəticə əldə etmək mümkün olmadı. Çünki problemin həlli kompleks və əsaslı yanaşma tələb etdiyi halda, kosmetik və pərakəndə yanaşma tətbiq etməklə həll edilməyə cəhd göstərilirdi. Hazırda yeni təsis edilən Medianın İnkişfı Agentliyi isə məhz bu problemlərin həllinə kompleks yanaşma ilə effektiv həll imkanları yaradır. Bunun üçün yeni yaranmış qurumun nizamnaməsinə nəzər salmaq kifayətdir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yaradılan yeni qurumun fəaliyyətinin tətbiqi sahəsi, sadəcə, çap mediası ilə məhdudlaşmır, onun imkanlarından digər bütün media subyektlərinin yararlanması şərtləri formalaşır”.

Həmsöhbətimiz hesab edir ki, Medianın İnkişafı Agentliyi yeni innovativ əsaslarda və yeni keyfiyyətdə informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək.

  • Sevinc Seyidova: “Hazırda çap mediasının üzləşdiyi əsas problemlər sırasında abunə və satış mühüm yer tutur”

“Həftəiçi” qəzetinin baş redaktoru Sevinc Seyidova bildirdi ki,  Prezident İlham Əliyevin müvafiq fərmanı ilə 10 ildən artıq fəaliyyət göstərən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında daha geniş səlahiyyət və imkanlara malik Medianın İnkişafı Agentliyinin yaradılması dövlətimizin mətbuat sahəsinə diqqətinin növbəti əyani təzahürüdür. Agentliyin nizamnaməsində əksini tapan müddəaları mediamızın qarşıdakı illərdə yeni "Yol xəritəsi" də adlandıra bilərik: “Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı print media üçün diqqətçəkən ən vacib məqamlardan biri abunə və satışın təşkilində dəstək məsələsidir.  Hazırda çap mediasının üzləşdiyi əsas problemlər sırasında abunə və satış mühüm yer tutur. Artıq dövlət başçısının təsdiqlədiyi fərmana əsasən, bir çox məsələ ilə yanaşı, bu problemlərin həlli istiqamətində də qurum öz dəstəyini göstərəcək. Mətbuatın iqtisadi müstəqilliyinin təmininin təşkili də diqqətəlayiqdir. Yeni yaradılan qurumun həm də onlayn mediaya dəstək verməsinin nəzərdə tutulması bu sahədə mövcud çatışmazlıq və problemlərin həllində də mühüm rol oynayacaq. Hazırda çap mediasının onlayn formatlarının fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Müasir trendlərin tətbiqi ilə mətbuat orqanının həm print, həm də onlayn versiyasının qarşılıqlı fəaliyyətdə inkişafı, yeni yanaşmaların tətbiqi, modern innovasiyalardan geniş istifadə imkanlarının yaradılması media sahəsinin yeni inkişaf mərhələsinə qalxmasına təkan verəcək. Medianın İnkişafı Agentliyinin yaradılması ilə bütün bu işlər artıq xaotik deyil, nizamlı və planlı şəkildə müəyyənləşdirilmiş konkret məqsədə doğru addımlamaqla həyata keçiriləcək”.

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ