Zəfər Günü Azərbaycanda bayram günləri siyahısına daxil edilir. Trend-in məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, noyabrın 8-i Zəfər Günü olaraq bayram günləri siyahısına daxil edilir.
Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib.