Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Lamiyə İsazadə: “Azərbaycanın bu Qələbəsi Heydər Əliyevin siyasi kursunun təntənəsidir”

Image


Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin vəfatının 17-ci ildönümündə də onu ən xoş xatirələrlə, böyük qürur və sonsuz minnət hissi ilə anırıq. Çünki ulu öndərimizin Azərbaycan xalqı qarşısında böyük və əvəzedilməz xidmətləri olub. İllər öncə cansız bir dövlətə nəfəs verən H.Əliyev bugünkü müstəqil, demokratik və bütöv bir dövlətə sahib olmağımızı təmin etdi. Ümummilli liderimizin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Bu danılmaz bir faktdır ki, Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişa

dövrü başladı. Dövlətimizə, xalqımıza, bayrağımıza, milli-mənəvi dəyərlərimizə sədaqətini hər zaman ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tuturdu və o bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmirdi. Torpaqları təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan, iqtisadiyyatı dağılmış, ordusu olmayan bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Bütün bu çətinliklərə baxmayaraq bu ağır məsuliyyətin öhdəsindən bizim dahi şəxsiyyətimiz, unudulmaz liderimiz Heydər Əliyev gəldi. O, Azərbaycan xalqına hər zaman arxalandığını ifadə edirdi. Xalqımız da ona dəstək verərək və onun ətrafında həmrəylik nümayiş etdirərək müstəqil dövlətin qurulmasına nail oldular. Heydər Əliyevin dövlətimizə rəhbər gəlişindən sonra Azərbaycanda xalq-iqtidar birliyi yarandı.
Ulu Öndərin müstəqillik dövründə  həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işlər də bugünkü müasir Azərbaycanın güclü ordusunun olmağını təmin etdi.  Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən H.Əliyev əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. 2016-cı ilin aprel döyüşlərində qazanılan tarixi qələbəmizi və 2020-ci ildə torpaqlarımızın işğaldan tam azad edilməsini, dünyaya meydan oxuyan bu böyük zəfərimizi ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndiririk. Azərbaycanın bu Qələbəsi məhz Heydər Əliyevin siyasi kursunun təntənəsidir. O, ömrünü xalqına, dövlətinə həsr etdi. Hər zaman millətinin rifahı üçün çalışdı. H.Əliyev elə bir şəxsiyyət idi ki, o öz dərin məntiqi, zəkası və fəaliyyəti ilə dünya miqyasında diqqəti cəlb edirdi və bunun nəticəsidir ki, Azərbaycan bu gün dünya dövlətləri sırasında öz nüfuzu ilə fərqlənir. Dövlətimizin bütün zəfərləri və eləcə də  Azərbaycanın adı birbaşa H.Əliyevin adı ilə bağlıdır.
 Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri onun cismən yoxluğunda da xalqımız tərəfindən böyük minnət, qürur hissi ilə xatırlanır. Bugünkü müstəqil və bütöv Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Böyük tarixi şəxsiyyətlərə zaman özü həmişə ehtiyac duyur və respublikamızın Heydər Əliyevə ehtiyacı olanda o, bu tarixi missiyanı öz üzərinə götürərək Azərbaycanda siyasi rəhbərliyə gəldi. 1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olundu. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi. Həmin illərdə isə iqtisadi vəziyyət acınacaqlı idi. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Ümummilli liderimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi. Həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır. SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.
1970-ci illərdə Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası imicini, adını qazandı. İndi isə məmnunluq hissi ilə deyirik ki, Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil  Azərbaycan dövləti bütün dünyada ən dinamik iqtisadiyyatı olan, ən böyük sürətlə inkişaf edən dövlət kimi tanınmışdır. Çünki, Heydər Əliyev illər əvvəl Azərbaycana rəhbər seçiləndə qarşıda başlıca vəzifə kimi ilk növbədə Azərbaycan xalqının mənəviyyatının, mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu.
Milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayan Heydər Əliyev Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 
Doğrudan da, illər keçdikcə biz ümummilli liderimizin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq. O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider idi. Heydər Əliyev Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi  hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Nə qədər ki, bu dövlət, bu millət var, hər zaman da Heydər Əliyev adı qəlblərdə yaşayacaq, ən xoş xatirələrlə anılacaqdır. Azərbaycan xalqı öz xilaskarını illər keçsə də unutmayacaq, daim onu ehtiramla yad edəcəkdir.
Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ