“Bu əlamətdar, tarixi günlərdə öz adımdan, Fondumuzun kollektivi və Dərbənd şəhərinin çoxsaylı mütərəqqi ictimaiyyəti adından böyük sevinc və qürur hissi ilə Sizi və Sizin simanızda çoxmillətli xalqınızı dövlətin ərazi bütövlüyünün tamamilə bərpa olunması münasibətilə təbrik edirəm.
Bu müddət ərzində bütün dərbəndlilər narahatlıq və həyəcanla qardaş respublikadakı döyüş əməliyyatlarının gedişatını izləyirdi. Bu çətin günlərində Azərbaycanın bütün xalqlarının, harada olmasından asılı olmayaraq bütün azərbaycanlıların birliyi güclü yumruğa çevrildi və işğalçıları doğma torpaqlardan qovmağı bacardı. Xalqın yekdil fikri belə idi: “Qarabağ Azərbaycandır! Ərazi bütövlüyümüz bərpa olunmalıdır!"
Dostlar çətin günlərdə tanınırlar. Xoşbəxtlikdən, həm Dağıstanda, həm də Azərbaycanda yaşayan bütün xalqların mövqeyi bir idi. Hamı bir nəfər kimi bu müharibənin Azərbaycanın azadlıq müharibəsi hesab etdi, separatçı rejimin ölkənizin ərazisindən qovulmasında böyük və güclü bir yumruq kimi çıxış etdi, bu məsələdə mətinlik göstərdi.
Əlbəttə ki, müharibə həm də kədər, ölüm deməkdir. Ürəyimiz Vətən uğrunda canından keçən hər bir xilaskar döyüşçü - şəhid üçün kədərlənir. Azərbaycanın bu şərəfli oğulları yetişdirən ailələrə və yaxınlarına başsağlığı veririk.
30 ildən bəri Azərbaycan xalqının səbri sınanırdı. Bu illər ərzində evlərindən, doğma yurdundan məhrum olan yüz minlərlə məcburi köçkün Vətən həsrəti, nisgil ilə əziyyət çəkirdi.
Azad edilmiş ərazilərdən olan görüntülər işğalçıların ələ keçirdiyi torpaqlarda necə davrandıqlarını göstərir. Onlar şəhər və kəndləri tamamilə məhv edib, viranə qoyublar. Quruculuq işləri vaxt, böyük səy və maliyyə imkanları tələb edəcəkdir. Dərbəndlilər mütəxəssis göndərməklə fiziki baxımdan, həm də lazım olsa maddi cəhətdən qardaş respublikaya kömək etməyə hazırdırlar.
...Bu gün ölkənizə hərbi və diplomatik sahədə qələbə qazandıran müdrik və uzaqgörən siyasətiniz üçün Sizə təşəkkür edirəm. Bu Qələbə Azərbaycanda yaşayan bütün xalqların və dünyadakı bütün azərbaycanlıların bayramıdır. Bu, ədalətin təntənəsinin, həqiqətin yalan təbliğat, xeyirin şər üzərində qələbəsinin bayramıdır.
Qardaş Azərbaycan xalqına dinc bir səma, rifah və firavanlıq diləyirəm!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bunu Rusiya Federasiyasının Dərbənd şəhərindən “Dədə Qorqud” fondunun direktoru Rafiq Mövsümov Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Bak-xeber.com